The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə51/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   47   48   49   50   51   52   53   54   ...   129

- 105 - 

hesabsız  döyüşlərdə  qəhrəmanlıq  qazanmışdır.  Strategiya,  taktika  və  fəlsəfə  haqqında  “Beş  çevrə” 

(Go  Rin  No  Şo)  kitabının  müəllifi  kimi  şöhrət  qazanmışdır  (4).  Kitab  bu  gün  də  oxucular  arasında 

öz  aktuallığını  qorumaqdadır.  Miyamoto  Musaşinin  ölümündən  sonra  bir  çox  rəvayət  meydana 

çıxmışdır.  Bunların  böyük  əksəriyyəti  döyüşlərdə  göstərdiyi  qəhrəmanlıq  haqqındadır.  Bəzi 

rəvayətlərdə  deyilir  ki,  guya  o,  tərsinə  olaraq  adamı  başına  alıb  1.5  metr  məsafəyə  tullayırmış.  Bir 

çox  rəvayətlərdə  onun  döyüşçülük  texnikası  ilə  bağlı  imkanları  mədh  edilir.  Bəzi  rəvayətlərdə  isə 

Miyamoto  Musaşinin  nəhəng  kərtənkələləri  öldürməsi  təsvir  olunur  (4).   

XIV  –  XVII  əsrlərin  yapon  teatrı  və  dramaturgiyasında  da  samuray  dünyagörüşünün,  onun 

həyat  tərzinin  qabarıq  inikasına  rast gəlinir.   

Tokuqava  dövrünün  ortalarında  müasir  prinsiplər  üzərində  qurulmuş,  yapon  oyunlarının 

əsasını  təşkil  edən  Kabukinin  yaşı  300  ili  keçməz.  Ilk  dəfə  olaraq  370  il  əvvəl  Okuni  adlı  bir 

rəqqasə  tərəfindən  Kyoto  şəhərinin  geniş  küçələrində  oynanılan  və  ilk  çıxışından  etibarın  xalqı 

əyləndirmək  üçün  şəhər  –  şəhər  gəzən  bu  Kabuki  teatrı  nümayəndəsini  zaman  –  zaman  başqaları  da 

təqib  etməyə  başlamışdır  (5).  Nəhayət,  yapon  hökuməti  bunu  sabit  bir  hala  gətirmək  üçün  qayda 

qoymuş  və  yalnız  kişilərin  ümumi  yerlərdə  rəqs  edə  biləcəkləri  qərarını  vermişdir.  İlk  vaxtlar  bu 

teatrın  nümayəndələri  cəmiyyət  tərəfindən  qəbul  edilməyən  insanlar  olmuş,  lakin  bu  yeni  sənət 

növünün  şöhrəti  atrdıqca  yapon  aristokratları  belə  gizlin  olaraq  onu  izləməyə  gəlmişlər.  Zaman 

keçdikcə  xalqın  əxlaq  və  ictimai  vəziyyəti  daha  da  yüksəlincə  teatra,  eləcə  də  incəsənətin  digər 

növlərinə  dərin  rəğbət  özünü  göstərməyə  başlamışdır.   

Kabukinin  əslində  buqakudan  inkişaf  etdiyi  göstərilir.  Hətta  denqaku,  saruqaku  və  hərb 

əsnasında  meydana  gələn  “No”  rəqsinin  də  buqakudan  yarandığı  fərz  edilir  (5).  Bu  rəqs  növü  bütün 

siniflər  arasında  yayıldığına  görə  müəyyən  ampulada  özünü  göstərməyə  başlamışdır.  Bu  səbəbdən 

də  xalq  daha  demokratik  ruhlu  oyun  yaratmağa  müvəffəq  ola  bilmək  üçün  Okuni  Kabuki  deyilən  bir 

oyun  növü  ərsəyə  gətirmişdir.   

Üçtelli  samisənin  (bir  növ  saz)  Luçhu  adalarından  Yaponiyaya  girişi  teatrda  zirvə  təşkil  edir. 

Çunki  həmin  vaxtlarda  No  rəqsi  üçün  musiqi  kompozisiyası  bu  alətlə  çalınmışdır.  Kabukidən  sonra 

Qaragöz  adlanan  kukla  teatrı  da  yarandı  ki,  bu  da  Kabukinin  ənənələrini  davam  etdirməyə 

başlamışdır  (5).                              Ümumiyyətlə,  Yaponiyada  yaranan  bu  teatrlar  Avropadan  gələn  istedadlı 

musiqiçilər  tərəfindən  birgə  iş  kimi  özünü  göstərməyə  başlamışdır  .  Məhz  bunun  sayəsində  də 

Kabuki  teatrı  zamanla  özünün  ən  yüksək  inkişaf  mərhələsinə  çatmışdır.  Qeyd  edək  ki,  Kabuki 

aktyorlarını  klassik  dramların  təşkilində  mütəxəssis  hesab  etmək  düzgün  deyil.  Teatrlar  zaman  – 

zaman  müasir  dramları  da  səhnələşdirmişlər.  Həmçinin  teatrlarda  yapon  aktyorları  Şekspirin 

əsərlərini  də oynamışlar  (5).  

Meici  dövründə  Kabuki  aktyorlarına  aid  olmayan  tamamilə  fərqli  bir  zümrə  tərəfindən  yeni 

bir  dram  məktəbi  təsis  edilmişdir.  Qərbin  məhsulu  olan  revü  oyunu  Yaponiyada  çox  rəğbətlə 

qarşılanmışdır.  Qısa  zamanda  bu  ölkədə  yayılmasına  baxmayaraq  bu  oyun  növü  ilə  bağlı  peşəkarlar 

meydana  çıxmağa  başlamışdır.   

Son  dövrlərdə  yapon  teatrını  müasirləşdirən  müəlliflərdən  biri  Kavakimidir.  O,  özünün  “Na 

Jururi”  adlanan  toplusuna  müxtəlif  dramlar   daxil  etmişdir  (4).   

Ümumiyyətlə,  yapon  ədəbiyyatı  müəyyən  mərhələlərə  bölünür.  Bu  mərhələlər  də  bildiyimiz 

kimi  Yaponiyada  zaman  – zaman  baş verən  ictimai-siyasi  həyatla  birbaşa  əlaqədardır.   

 Göründüyü  kimi,  Azərbaycan  –  Yaponiya  əlaqələrinin  mühüm  bir  qismini    Azərbaycan  – 

Yaponiya  ədəbi  və  mədəni  əlaqələri  təşkil  edir  və  bu  sahədə  elmi  tədqiqatların  aparılması,  hər  iki 

xalqa  məxsus  ədəbiyyatın  müqayisəli  şəkildə  araşdırılması  elmi  ədəbiyyatşünaslığa  layiqli  töhfə  ola 

bilər.    



ƏDƏBİYYAT 

 

1.

 



Rza  Talıbov.  Azərbaycan  –  Yaponiya  əməkdaşlığı.  Bakı,  “Elm  və  təhsil”  nəşriyyatı, 

2009 


2.

 

http://azertag.az/xeber/Asiya_olkeleri_beynelxalq_munasibetler_sisteminde_kitabi_nesr



_olunub-825324 

3.

 



http://tr.wikipedia.org/wiki/Japon_edebiyat%C4%B1 


- 106 - 

4.

 



http://en.wikipedia.org/wiki/Japanese_literature 

5.

 



http://en.wikipedia.org/wiki/Culture_of_Japan 

 

ABSTRACT 

 

From  Japanese mythology  to Japanese theatre 

 

In  the  article  it  deals  with  relations  between  Azerbaijan  and  Japan  literature  and  culture.  It 



analyzed  the  solving  of  mythology  and  theatre  problems  in  semi  centuries  in  Japanese  literature  and 

also  culture.      



РЕЗЮМЕ 

 

От Японской мифологии до Японской литературы 

 

 В  статье  речь  идет  литературные  и  культурные  отношении  между  Азербайджаном  и 



Японией.  В нем анализируются решении мифологии и театральных проблем в средном веке 

в японской литературе, а также  культуры. 

 

 

NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 

olunmuşdur  (protokol  №  05) 

         Məqaləni  çapa təqdim  etdi:  Filologiya üzrə fəlsəfə doktoru  H.Mehdiyev   

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə