The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə57/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   53   54   55   56   57   58   59   60   ...   129

- 117 - 

NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 

olunmuşdur  (protokol  №  05) 

         Məqaləni  çapa təqdim  etdi:  Filologiya üzrə elmlər doktoru H.Həşimli   



 

 

 



 

НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 



 

NAKHCHIVAN ST AT E UNIVERSIT Y

.

  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 



 

QURBAN QURBANLI                                                                              

                             Naxçıvan Dövlət Universiteti      

UOT:81                                                                                       

“AZƏRBAYCAN  DİLİNİN İZAHLI  LÜĞƏTİ”NİN  SON NƏŞRİ BARƏDƏ 

BƏZİ MÜLAHİZƏLƏR 

 

 

Açar  sözlər: Azərbaycan dili, izahlı  lüğət, son nəşr, təkmilləşdirilməsi  üçün təkliflər, tərtib 

prinsipləri,  lüğət məqalə 

Key  words:  Azerbaijan  language,  explanatory  dictionary,  the latest publication, proposals 

for improvement, principles of compiling, dictionary article 

Ключевые  слова:  азербайджанский  язык,  толковый  словарь,  последнее  издание, 

принципы составления, словарная статья, предложения по совершенствованию. 

 

 XXI  yüzilliyin  ikinci  onilliyini  yaşadığımız  bir  zamanda,  Azərbaycan  lüğətcilik  elminin 

intensiv  inkişafı  dönəmində  leksikoqrafiyanın  nəzəriyyəsinə  və  təcrübəsinə  yeni  baxışdan  yanaşmaq 

zərurəti  olduqca  labüddür.  Əslində  yeni  bir  əlamətdar  tarixi  dövrə,  müstəqilliyə  qədəm 

qoyduğumuzdan  sonra  Azərbaycan  Respublikası  hüquqi-demokratik  bir  dövlət  kimi  formalaşıb 

durmadan  irəliləyişlərə  nail  olduğundan,  iqtisadiyyat,  sənaye  və  istehsalın,  habelə  mədəniyyət  və 

elmin  böyük  dönüşlərə  çatdığı  bir  dönəmdə  hər  bir  sahədə  olduğu  kimi,  xüsusən  də  dilçilik  elmində 

təxirəsalınmaz  yeni-yeni  problem  və vəzifələr  öz həllini  gözləməkdədir. 

Yüzilliklər 

boyu 


xalqımızın 

yaddaşında, 

adət-ənənələrində, 

milli 


mənsubiyyətində 

formalaşan,  nəsillərdən  nəsillərə  ötürülən  dəyərli  söz  xəzinəmizin,  mənəvi  yatırlarımızın  toplanılıb 

lüğətlər  şəklində  gələcək  nəsillərə  olduğu  kimi  qorunub  çatdırılması  bu  gün  də  çağdaş  dövrümüzün 

ən  aktual  və  vacib  vəzifələrindəndir.  Dördcildlik  “Azərbaycan  dilinin  izahlı  lügəti”nin  işıq  üzü 

görməsindən  keçən    müddətdə  Azərbaycan  ədəbi  dilinin  respublikamızın  ictimai-siyasi,  elmi-ədəbi, 

iqtisadi  və  mədəni  həyatında  şahidi  olduğumuz  məlum  köklü-köməcli  dəyişikliklərlə  bağlı  çoxlu 

miqdarda  yeni  söz,  mürəkkəb  adlar  və  ifadələr  əmələ  gəlmişdir.  Onlar  bu  gün  artıq  həyatımıza 

möhkəm  daxil  olmuş,  dilimizin  lüğət  tərkibində  geniş  işləklik  kəsb  etmiş,  vətəndaşlıq  hüququ 

qazanmış, 

elmi 


ədəbiyyatda, 

habelə 


kütləvi 

informasiya 

vasitələrində 

intensiv 

istifadə 

olunmaqdadır.  Yeri  gəlmişkən  qeyd  etmək  istərdik  ki,  son  dövrlərdə  Azərbaycan  dilində  elmin  ən 

yeni  prioritet  və  habelə  klassik  sahələri  üzrə  çoxsaylı  tədqiqat  əsərləri,  dərsliklər  və  başqa  vəsaitlər 

yazılıb  nəşr  edilmiş,  alimlər  tərəfindən  bir  sıra  terminoloji    lüğətlər  tərtib  olunmuş  və  elmi 

leksikoqrafiya  yaradılmış,  Azərbaycan  dili  sözlərinin  böyük  bir  hissəsi  elmi  terminologiya 

səviyyəsinə  qaldırılmışdır  və bu gün  terminoloji  fondu  təşkil  edir.     

 

 

 



 

Bəllidir  ki,  “Azərbaycan  dilinin  izahlı  lüğəti”  ilk  dəfə  1966,  1980,  1983  və  1987-ci  illərdə 

dördcilddə  nəşr  olunmuşdur.  Sonra  isə  Azərbaycanda  latınqrafikalı  əlifbaya    da  keçilərkən  (2001-ci 

ildə)  bütün  ədəbi-bədi  ədəbiyyat,  elmi-siyasi  ədəbiyyat,  lüğətlər,  dərsliklər,  klassiklərin  bədii  irsləri 

2004-cü  ildə  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  sərəncamı  ilə  hissə-hissə  yeni 

Azərbaycan  əlifbasında  nəşr  olunmağa  başlanıldı.  Ana  dilimizin  izahlı  lüğəti  də  2006-cı  ildə  yeni 

əlifba  ilə  nəşr  edildi,  bu  nəşrdə  qismən  düzəlişlər,  təkmilləşdirmələr  aparıldı.  Amma  müşahidələr, 



- 118 - 

araşdırmalar  göstərir  ki,  xalqımızın,  dilimizin  bu  əvəzsiz  mənəvi  xəzinəsi  bu  günümüzün, 

zamanımızın  tələblərinə  bütövlükdə,  tam  mənada  cavab  vermir,  bu  lüğət  həcm  və  sözlükdəki  lüğət 

məqalələrinin  sayı  etibarilə  lüğət  fondundakı  söz  və  ifadələri  tamamilə  və  dolğun  əks  etdirmir.  Daha 

sonra  buradakı  (2006-cı  ilin  nəşri  nəzərdə  tutulur)  sözlərin  məna  tutumu  və  rəngarənglikləri  bütöv 

halda  hazırki  zəmanəmizin  ruhunu  əhatə  etmir,  günümüzlə  səsləşmir,  yenilik  baxımından  tələblərə 

uyğun  deyil,  həllini  gözləyən  bir  sıra  problemlər  doğurur: 

 

1.Lüğət məqalələrində müasir Azərbaycan ədəbi dilinin orfoqrafiya normalarına və qrafik 

dəyişmələrə  uyğun  təkmilləşmələr  aparılmalıdır.  Bəllidir  ki,  2004-cü  ildə  nəşr  olunmuş 

Azərbaycan  dilinin  orfoqrafiya  lüğətində  Azərbaycan  dilinin  orfoqrafiya  qaydalarından  fərqli  olaraq 

bəzi  sözlərin  (feil,  feili,  şeiriyyət,  cəfəngiyyat,  cisim,  əsginas,  anticisim,  nəqərat,  münacat,  təbaşir, 

qığırdaqvarı,  üzükvarı,  zəncirvarı,  alqı-satqı  və  b.)  yazılışı  fel,  feli,  şeriyyət,  cəfəngiyat,  cism, 

əsginaz,  anticism,  nəqarət,  minacat  (həm  də  münacat  kimi  iki  variantda  getmişdir),  tabaşir, 

qığırdaqvari,  üzükvari,  zəncirvari,  alğı-satqı  şəklində  orfoqrafiya  normalarına  uyğun  olmadan 

verilmişdir.  Bu  lüğətin  2013-cü  il  6-cı  nəşrində  artıq  bu  sözlərin  düzgün  yazılışı  bərpa  olunmuşdur. 

Əfsuslar  olsun  ki,  “Azərbaycan  dilinin  izahlı  lüğəti”    haqqında  bu  sözləri  demək  mümkün  deyil. 

Çünki  son nəşr,  qeyd edildiyi  kimi,  2006-cı ilə  aiddir. 

2)  Azərbaycan  filoloji  lüğətləri  üzərindəki  müşahidələr  göstərir  ki,  bir  çox  terminlərin 

üslubi  baxımdan  hansı  elm  sahəsinə  aid  olmasının  verilməsi,  nədənsə,  unudulmuş,  yaxud  da 

göstərilməsi  lazım  bilinməmişdir.  Konkret  olaraq  “Azərbaycan  dilinin  izahlı  lüğəti”nin  təhlili  

göstərir  ki,    burada  verilən  termin  səciyyəli  sözlərin  nəinki    heç  də  hamısında  onların  hansı  elm 

sahəsinə  mənsubluğu  verilməmiş,  eyni  zamanda  onlardan  bəzilərinin  bir  neçə  elm  sahəsinə  aid 

olanları  da  göstərilməmişdir.    Təbiidir  ki,  bu  səbəbdən  izahlarına  da  rast  gəlmədik.  Faktlara  diqqət 

edək:  Məsələn,  “Affekt”  termini  barədə oxuyuruq: 

Affekt  (lat.  affectus  –  ruhi  həyəcan)  İnsanın  əhvaldan  və  ehtirasdan  fərqli  olaraq  güclü, 

coşqun  baş  verən  və  nisbətən  qısamüddətli  olan  emosional  həyəcanı,  qəzəbi,  dəhşəti  və  s.  Affektin 

aradan  qladırılması  xeyli  dərəcədə iradə  gücü  tələb  edir  ( ADİL.  I c, 2006 səh.51). 

Bu  termin  hazırda  nisbətən  geniş  və daha dəqiq  şəkildə  işlənməkdədir: 



Affekt.is.psix  (lat.  Affectus  –  ruhi  həyəcan,  çılğınlıq)  bəzi  insanlarda  qəflətən  yaranan, 

nisbətən  qısamüddətli,  güclü  və  coşqun  emosional  vəziyyət.  Psixologiya  elmi  affekt  vəziyyətini 

zorakılıq,  ağır  təhqir,  qanunsuzluq,  əxlaqsızlıq  və  dözülməz  psixi  şərait  nəticəsində  qəflətən  baş 

verən  güclü  ruhi  həyəcan  kimi  müəyyən  edir.  Affekt vəziyyətə düşmək

 

Göründüyü  kimi,  ADİL-in  2006-cı  il  nəşrində  affekt  termini  haqqında  verilən  izahla  bizim 



verdiyimiz  şərh  arasında  xeyli  fərq  var,  sonrakı  açıqlama  həm  həcmcə,  məzmunca  dolğundur,  həm 

də terminin  tətbiq  sahəsi  müəyyənləşdirilmişdir. 

ADİL-də  verilmiş  “abolisionizm”  termini  haqqında  izaha  da  nəzər  salmaqla  dildə  müasir 

dövrdə işləndiyi  məzmunu  qarşılaşdıraq: 

ADİL,  səh.30:  Abolisionizm  is  (lat.)  ABŞ-da  XVIII-XIX  əsrlərdə  zənciləri  köləlikdən  azad 

etmək  hərəkatı. 

Bugünkü  dövrün  mahiyyətinə  uyğun  olaraq  “abolisionizm”  sözü  barədə  aşağıdakı  məlumatı 

çatdırmağı  məqsədə  müvafiq  hesab etmək  olar.  Abolisionizm  (lat.abolotio-məhvetmə,  ləğvetmə). 

1)  Hər    hansı  hədsiz  məhdudlaşdırıcı  qanunun  ləğvinə  çalışan  ictimai  hərəkat.  Abolisionizim 

hərəkatı.  2)  XVII-XIX  əsrlərdə  ABŞ-da,  sonralar  isə  İngiltərə,  Fransa  və  Avropanın  başqa 

ölkələrində  köləliyin  ləğvi  uğrunda  gedən  mübarizə.  Abolisionizim  dalğası.  Bu  leksik  vahidə 

verilən  izahın  geniş  və  səhih  olmasını  hamı  təsdiqləyə  bilər.   

 

 

 



 

 

Bəllidir  ki,  izahlı  lüğətlər  hazırlanarkən  onlara  müəyyən  prinsiplər  üzrə  yanaşılır;  belə  ki, 



terminlərin  hansı  elm  sahəsinə  aidliyi  göstərilir  (buna  bənzər  orfoqrafiya  lüğətlərində  də  əməl 

olunur),  sözün,  terminin  hansı  dilə  mənsubluğu  və  mənası  verilir,  bu,  daha  dəqiq  izahlara  əməl 

olunmaq  xatirinə  edilir.  Təəssüf  ki,  Azərbaycan  dilinin  izahlı  lüğətində  gedən  məqalələrin  yalnız  bir 

qismində  bu  şərt  yerinə  yetirilir.  Ümumən  leksikoqrafiya  təcrübəsində  məqbul  sayılan,  qəbul  olunan 

qaydalar  əsasən  diqqət  mərkəzində  saxlanılır.  Bu  aspektən  daha bir  neçə nümunəyə  nəzər  salaq:   

 

 



 

 

 



 

Aqreqat



is. [lat.] Maddənin  üç halının  – bərk, duru  və qaz  hallarının  ümumi  adı. 


Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə