Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Sadalanan simptomlardan hansı həzm sistemi xəstəliklərinin əsas



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə46/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   42   43   44   45   46   47   48   49   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

 
155.Sadalanan simptomlardan hansı həzm sistemi xəstəliklərinin əsas 
simptomlarındandır? 
A) Boğulma 
B) Bəlğəm ifrazı 
C) Təngnəfəslik 
D) Qusma
E) Öskürək 
Qusma mürəkkəb, qeyri-iradi aktdır, bu zaman mədə möhtəviyyatı mədədən ağız 
vasitəsilə xaricə atılır. Qusma əsasən həzm sistemi xəstəliklərində, bəzən də mərkəzi 
sinir sistemi xəstəliklərində müşahidə olunur. Sadalanan digər simptomlar isə əsasən 
tənəffüs və ürək-qan-damar sistemi xəstəliklərində müşahidə olunur. 
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 187. “ Təhsil ” Bakı 
1998 . 
 
156. Yataq yaralarının profilaktikasına nə aiddir? 
1.Yataq ağlarının tez-tez dəyişdirilməsi 
2. Xəstəyə tənəffüs gimnastikası etdirmək 
3.Yataq ağlarının həftədə bir dəfə dəyişdirilməsi 
4. Xəstənin dərisinin dezinfeksiya edici məhlullarla silinməsi 
5. Xəstəni rejimlə qidalandırmaq
A)1,4
B)2,5
C)1,3
D)2,4
E)4,5 
Uzun müddət yataqda olan xəstələr tez-tez tərlədiyindən islanmış ağların vaxtaşırı 
dəyişdirilməsi və dərinin dezinfeksiyaedici məhlullarla silinməsi yataq yaralarının 
yaranmasının qarşısını alır. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 58-59 
Bakı 2008 


47 
157. Qusuntu kütləsinin laboratoriyaya göndərmək lazım gəldikdə tibb bacısı 
aşağıda sadalananlardan nəyi düz etmir?
A) Qusuntunu üzərində miqdarı dərəcələnmiş bankaya yığır 
B) Qusuntunu ağzı enli bankaya töküb, ağzını bağlayır 
C) Xəstə barədə lazımi məlumatları və analizin məqsədini yazıb bankaya yapış- 
dırır 
D) Xəstə sutkada bir neçə dəfə qusursa, hər dəfə qusuntunu ayrıca qaba yığır 
E) Qusuntunu dərhal laboratoriyaya göndərmək mümkün deyilsə onu isti yerdə
saxlayır 
Qusuntu kütləsini dərhal laboratoriyaya göndərmək mümkün deyilsə onu isti deyil, 
sərin yerdə saxlamaq lazımdır, çünki istinin təsirindən orada çürümə prosesi 
sürətlənir və bu da analizin göstəricisini dəyişə bilər. Xəstə sutkada bir neçə dəfə 
qusarsa, hər dəfə qusuntunu ayrıca qaba yığmaq lazımdır, çünki qusuntunun 
keyfiyyətcə və miqdarca fərqinin diaqnostika üçün böyük əhəmiyyəti vardır. 
Qusuntunun miqdarını dəqiq bilmək üçün onu üstü dərəcələnmiş bankaya yığmaq 
lazımdır

Ədəbiyyat:
N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 33 
Bakı 2008 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə