|
Tibb bacısı Pediatriya Üzrə Test Tapşiriqlar 1 Skarlatina zamanı İlk əsas klinik əlamət hansıdır?) Döş sümüyünün arxasında sıxıcı ağrılar zamanı həkimə qədərki ilk yardım hansıdır?
|
səhifə | 19/137 | tarix | 22.03.2024 | ölçüsü | 1,45 Mb. | | #183534 |
| Tibb bacısı2021-1164) Döş sümüyünün arxasında sıxıcı ağrılar zamanı həkimə qədərki ilk yardım hansıdır?
A) Əzələdaxilinə analgin - dimedrol qarışığının yeridilməsi
B) Əzələdaxilinə dimedrolun yeridilməsi
C) Əzələdaxilinə analginin yeridilməsi
D) Dil altına nitroqliserinin qoyulması +
E) Əzələdaxilinə morfinin yeridilməsi
165) Xəstənin nəbzi bir dəqiqədə 118 vurğudursa, bu nəyi göstərir?
A) Taxipnoe
B) Taxikardiya +
C) Aritmiya
D) Bradipnoe
E) Bradikardiya
166) Yağlı məhlulun hansı üsulla yeridilməsi yağ emboliyasına səbəb olur?
A) Əzələdaxili
B) Dəriiçi
C) Venadaxili +
D) Dərialtı
E) Per os (ağızdan)
167) Havanın məhlulla birgə necə yeridilməsi hava emboliyasına səbəb ola bilər?
A) Dəri içi
B) Dəri altı
C) Əzələ - daxili
D) Vena – daxili +
E) Bronx daxili
168) Xəstənin ağız boşluğuna qulluq zamanı hansı məhlul istifadə olunur?
1) 2 % - li natrium – bikarbonat turşusu
2) 5% - li borat turşusu
3) 0, 25 % - li novokain məhlulu
4) Furasilin məhlulu
5) 3 %-li hidrogen – peroksid məhlulu
6) 0, 9 % - li natrium-xlorid məhlulu
A) 1, 2 +
B) 3, 6
C) 2, 5
D) 3, 5
E) 1, 4
169) Əzələdaxili inyeksiya üçün iynənin uzunluğu necə mm olmalıdır?
A) 40 - 50 mm
B) 50 mm
C) 60 mm
D) 30- 40 mm
E) 80 – 90 mm +
170) Mədənin yuyulmasına göstəriş hansıdır?
A) Xroniki enterit
B) Xroniki kolit
C) Kəskin kolit
D) Kəskin xolesistit
E) Kəskin qastrit +
171) Anafilaktik şok zamanı təxirəsalınmaz yardım mütləq surətdə harada göstərilməlidir?
A) Qəbul şöbəsində
B) Palatada
C) Hadisə baş verdiyi yerdə +
D) Prosedur otağında
E) Təcili yardım maşınında
Dostları ilə paylaş: |
|
|