Tibb bacısı ixtisası üzrə nümunəvi test suallarının toplusu
Pediatriya Üzrə Test Tapşırıqları
1) İlk qışqırıq mexanizmi nə ilə bağlıdır?
A) Hipertermiya ilə
B) Hipoksiya ilə
C) Hiperbilirubinemiya ilə
D) Anemiya ilə
E) Cinsi krizlə
Ədəbiyyat: H.В.Eжoва, E.М.Русакова. Г.И.Кащива «Педиатрия» Минск «Вышейшая школа» 2002
2) Finkilşteyn düsturu aşağdakılardan hansıdır?
A) 10 x n+2
B) 10+2 (n+1)
C) 10 x 7 x n
D) 10-7 x n
E) 100+7+n
Ədəbiyyat: Е.Ежова, Г.И.Ежов «Педиатрия», Практикум Минск «Вышейшая школа» 2003.
3) Bətndaxili qonoreyanın klinik əlaməti hansıdır?
A) Blenoreya
B) Ensefalit
C) İnkişaf qüsuru
D) Sepsis
E) Görmə sinirinin atrofiyası
Ədəbiyyat: Е.Ежова, E.М.Русакова. Г.И.Ежовa «Педиатрия» Минск «Вышейшая школа». 2002
4) Ağır yarımçıq doğulmuş uşaqlarda öskürək refleksinin olmaması nə ilə nəticələnir?
A) Atelektaz
B) Yedizdirmə zamanı aspirasiya
C) Pnevmotoraks
D) Plevropnevmoniya
E) Ağ ciyərin emfizeması
Ədəbiyyat: Е.Ежова, E.М.Русакова. Г.И.Ежовa «Педиатрия» Минск «Вышейшая школа» 2002.
5) Yarımçıq doğulmuş uşaq yedizdirilən zaman göyəribsə nə etmək lazımdır?
A) Ürək qlukozidləri vurmaq
B) Oksigen vermək
C) Hormonlar vermək
D) Antibiotik vurmaq
E) Qan köçürmək
Ədəbiyyat: Е.Ежова, E.М.Русакова. Г.И.Кащеева «Педиатрия» 2002
6) Anadan gəlmə ürək qüsuru verən bətndaxili infeksiya hansıdır?
A) Qızılca
B) Toksoplazmoz
C) Listerioz
D) Sifilis
E) Məxmərək
Ədəbiyyat: Н.Н. Шабалов. Д.А. Ходов «Неонатология» 1998
7) Hemolitik xəstəlik zamanı qanda nə baş verir?
A) Eritropeniya
B) Trombositopeniya
C) Leykopeniya
D) Eritrositoz
E) Hemoliz
Ədəbiyyat: Е.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002.
Dostları ilə paylaş: |