8) Bakteosid lampa nə vaxt yandırılmalıdır?
A) Uşaqlar yatan vaxt
B) Uşaqlar palatada olmayanda
C) Uşaqlara baxış vaxtı
D) Uşaqlar yedizdiriləndə
E) Uşaqlar bələnən vaxt
Ədəbiyyat: Е.Ежова, Г.И.Ежова «Педиатрия» Минск «Вышейшая школа» 2003.
9) Yarımçıq doğulmuş uşağın zondla qidalandırılmasına göstəriş nədir?
A) Donor südü ilə qidalanma
B) Pnevmopatiya
C) Bətndaxili infeksiya
D) Əmmə və udma refleksinin olmaması
E) Hipertermiya
Ədəbiyyat: Е.Ежов, Г.И.Ежова «Педиатрия» Практикум Минск «Вышейшая школа» 2003.
10) Vaxtından əvvəl doğulmuş uşaqlarda fizioloji sarılıq hansı əlamətlə səciyyəvidir?
A) Gedişi uzun müddətli olur
B) Anadan gəlmə olur
C) Olmur
D) Sarılıq gec əmələ gəlir
E) Sarılıq tez keçir
Ədəbiyyat: H.В.Eжoв, E.М.Русакова «Педиатрия» Минск «Вышейшая школа» 2002
11) Yeni doğulmuşun gözünün təmizlənməsində nədən istifadə edilir?
A) 96% spirt məhlulu
B) Bitki yağı
C) Qaynadılmış su
D) 3% peroksid məhlulu
E) 5% yod məhlulu
Ədəbiyyat: H.В.Eжoва, E.М.Русакова. Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
12) Sepsis nə deməkdir?
A) Orqanizmdə immunodefisit fonunda bakterial infeksiyanın yayılmış forması
B) Konstitusional anomaliya
C) Mübadilə pozğunluğu
D) Qan dövranı pozğunluğu
E) Rh-konflikt
Ədəbiyyat: H.В.Eжoва, E.М.Русакова «Педиатрия» 2002
13) Asfiksiya zamanı ilk terapevtik tədbir nədən ibarətdir?
A) Yuxarı tənəffüs yollarının sanasiyası
B) Süni tənəffüsün verilməsi
C) Oksigen verilməsi
D) Ağ ciyərlərin süni ventilyasiyası
E) Ürəyin massajı
Ədəbiyyat: H.В.Eжoва, E.М.Русакова «Педиатрия» 2002
Dostları ilə paylaş: |