və məsələnin qoyuluşunu bu istiqamətdə öyrənmək əsas götürülmüşdür.
İşin məqsədi. Hər regionun bir-birindən fərqli, əvəzolunmaz və ma -
raqlı toy adət-ən`ənələri vardır. Toy mərasimlərindəki bu adət-ən` ənələr
zaman keçdikcə unudularaq yaddaşlardan silinir. Xalqımıza məxsus bu
adət-ən`ənələrin qorunub saxlanılması, gələcək nəslə çatdırılması çox va -
cib məsələlərdən biridir. Məqalədə Şərur toy adət-ən`ənələrinin öyrə nil -
məsi və bu haqda daha dolğun mə`lumat əldə edilməsi əsas götürül müş dür.
Hər bir xalqın milli-mə`nəvi dəyərlərini özündə əks etdirən fərqli toy
adət-ən`ənələri var. Uzaq keçmişdən miras qalan bu xüsusiyyətlər illər,
əsrlər keçməsinə baxmayaraq heç zaman unudulmur. Toy mərasimi bütün
dünya xalqlarının həyat tərzində mövcud olan ən qədim adətlərdən biridir.
Toy hər bir xalqın mədəniyyətinin ayrılmaz hissəsidir. Dünyanın hər
yerində xalqların toy ən`ənələri əsrlərlə formalaşır, xalqın təmsilçisinə
çevrilir. Hər bir xalqın toy
mərasimi,
ümumiyyətlə, adət-ən`ənələri onun
dünyagörüşünü, fəlsəfi baxışlarını və dəyərlər toplusunu özündə ehtiva
edir. Azərbaycan türklərinin də bu mənada zəngin dəyərlər sistemi var.
Əsrlərin, ən çətin dövrlərin sınağından çıxan bu sistem indiyə kimi Azər -
baycan xalqı haqda geniş mə`lumat verməkdədir. Toy “cəmiyyətin hü cey -
rəsi olan ailənin” yaranması üçün təşkil olunan şənlik mərasimidir (1).
Cəmiyyət inkişaf etdikcə adət-ən`ənələr, vərdişlər, xarakterlər dəyişir, ye -
niləşir, inkişaf edir. Azərbaycan folklorunda toy mərasiminin başlanması-
na qədər aparılan hazırlıq işləri bir daha təsdiq edir ki, xalqımız yeni quru-
lan ailənin təməlinin möhkəm olmasına çalışmışdır. Paşa Əfəndiyev
yazir: “Mərasimlərdən ən çox yayılanı və məşhur olanı toy mərasimlə ri -
dir. Bu, çox qədimdən başlayaraq ən şən, şux, gur keçirilən məişət mərasi-
mi olmuşdur” (3, 32).
Azərbaycanda maraqlı toy adətləri var. Hələ üstəlik hər milli azlığın, hər
mahalın, hətta hər kəndin, elin özünə xas maraqlı adətləri mövcuddur. Hər
birinin öz marağı, öz gözəlliyi var. Qızbəyənmə, qızgörmə, xəbər gön dərmə,
danışığagəlmə, elçilik, nişan, gəlingörmə, kəbinkəsdirmə, bayramlıq xon -
çagətirmə, qız toyu, cehizaparma, xınayaxdı, gə-linaparma, oğlan toyu,
üzəçıxdı, qonaqçağırma, ayaqaçdı və s. bu kimi adət-ən`ənələrimiz hələ də
qalmaqdadır.
Azərbaycan xalq yaradıcılığının ən zəngin qollarından birini Naxçıvan
folkloru təşkil edir. Kiçik Qafqazın cənub qərbində yerləşən bu dağlıq
bölgədə min illərdən bəridir ki, azəri türkləri özünün bənzərsiz şifahi söz
sənətini yaradır, nəsildən-nəslə keçən qədim adət-ən`ənələrini, mərasim-
2011/
IV
128
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com