belə deyib: “Yallının vətəni Şərurdur, yallı Şərurda doğulub” (8). Toyda
ağsaqqal və ağbirçəklər “Şahsənəmi”, “Heyvagülü” oynayırlar.
Şərur toylarında “Xına gecəsi” də olur. Buna “Xına yaxdı” da deyirlər.
Bu adəti xanımlar çox gözəl və təntənəli sürətdə qeyd edirlər. Xon çaya
xına, meyvə, şirniyyat və s. qoyaraq çalğıçılarla birlikdə qız evinə gedirlər.
Xına xonçasını gətirən qıza nəmər (yə`ni pul) verilir. Xınanı gəlinin əl-
ayağına, saçlarına, gənc qızların əl-ayağına qoyurlar. Bu da səadət və
xoşbəxtlik rəmzi sayılır. Xına gecəsi olan günün axşamı qız evi bəy
xonçası hazırlayıb oğlan evinə gedər. Orada bəyi oynadırlar, bəyin başına
pul, gül atılır və bəyə hər kəs “şabaş” (yə`ni pul) verir. Toy gecə yarıyadək
davam edir. “Qazı-qazı”, “Kos-kosa” oyunları oynanılır. Yallı gedilir.
Toyun sonuncu günü axşama yaxın qız evinə çalğıçılarla birlikdə gedib,
orada rəqs edirlər. Bu zaman müxtəlif mahnılar oxunur. Oğlan evi deyir:
Quda, gəlmişik sizə,
Hörmət ediniz bizə,
Bu gecə qız sizdədir
Sabah aparrıq bizə.
Al almağa gəlmişik,
Şal almağa gəlmişik.
Biz oğlan adamıyıq
Aparmağa gəlmişik.
Cavab olaraq qız evi deyir:
Al almağın vaxtı var,
Şal almağın vaxtı var.
Biz qızın adamıyıq
Aparmağın vaxtı var.
Oğlan evinin ağsaqqalları gəlini çıxarmaq üçün evə daxil olur. Bu
zaman qız evinin balaca oğlan uşaqlarından biri qapını kəsir və nəmər
istəyir. Nəmər alandan sonra qapıdan çəkilib, yol verir. Buna da “qapıkəs-
di” deyirlər. Gəlini bəzəyənlərə də nəmər verirlər. Qırmızı yaylıqla gəli-
nin üzünü örtüb, qırmızı rəngli belbağıyla gəlinin belini bağlayırlar.
Gəlinin belini bağlayan ağsaqqal üç dəfə belbağını gəlinin başından
gətirib, ayağının altından keçirir. Üçüncü dəfə belində bağlayır. Düyün
vurmaq olmaz. Bağlaya-bağlaya deyir:
Anam-bacım qız gəlin,
Əl-ayağı düz gəlin.
2011/
IV
131
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Yeddi oğul istərəm,
Bircə dənə qız gəlin.
Sonra gəlinin valideynləri və ağsaqqal, ağbirçək qohumları gəlinə
xeyir-dua, məsləhət verir. “Gəlin havası” –Vağzalı sədaları altında gəlin
oğlan evinə yola düşür. Oğlan tərəfi qız evinə belə deyir:
Kəfkiri düz qoy, quda,
Aşını süz qoy, quda.
Biz qızını apardıq
Ürəyinə buz qoy, quda.
Gəlin çıxanda oğlanın qohumları qız evindən bir qaşıq və bir boşqab
alırlar. Yol boyu qaşıqla boşqabı döyəcləyirlər. Bu da şər ruhların qor-
xudulub, uzaqlaşdırılması mə`nasını daşıyır. Qız evi ağ rəngdə bir toyuğu
ya xına, ya da qırmızı rənglə boyayıb, boğazına qırmızı lent bağlayır.
Buna “gəlin toyuğu” deyirlər. Gəlin köçəndə toyuğu onunla yanaşı aparıb,
nəmər alırlar. Toyuğun ağ rəngdə olması ağ gün, səadət rəmzi daşıyır.
Oğlan evində gəlinin başına qırmızı alma və şirniyyat atırlar ki, bu da bol-
luq, bərəkət rəmzidir. Gəlin evə girəndə qapının ağzına tərs çevrilmiş şüşə
qab qoyulur. Gəlin vurub qabı sındırır. Bu da şər ruhların qorxudulması,
gəlinin güc-qüvvəsinin sınanmasıdır. Bəyin anası gəlinə hədiyyə verir.
Buna “Dizdayağı” deyirlər. Gəlinin yanındakı qadınlar “Haxışta” deyir-
lər. Haxışta Azərbaycan toy mərasimlərində yalnız Naxçıvan toylarına
məxsusdur. Oğlan evinin xanımları gəlinin ətrafına toplaşır. Xanımlardan
biri uca səslə sözləri deyir, ətrafdakılar isə bir səslə “haxışta” deyir.
Qızıl dişim laxladı, haxışta
Verdim anam saxladı, haxışta
Anama qurban olum, haxışta
Yarı qonaq saxladı, haxışta
Qızıl üzüyün qaşı, haxışta
Yandı bağrımın başı, haxışta
Mən deyən yar olmasa, haxışta
Yandırram dağı-daşı, haxışta
Araxçının qızıl qoy, haxışta
Dövrəsinə qızıl qoy, haxışta
Məni sənə verməzlər, haxışta
Get atını hazır qoy, haxışta
2011/
IV
132
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Çəpəri basma oğlan, haxışta
Bizə tələsmə oğlan, haxışta
Mən özgənin malıyam, haxışta
Yolumu kəsmə oğlan, haxışta
Boz at mindim boz oldu, haxışta
Yorğa sürdüm toz oldu, haxışta
Yar yaylığın düşürdü, haxışta
Mən götürdüm söz oldu, haxışta
Toydan üç gün sonra bəy və gəlin qız evinə qonaq gedir. Buna da “əl
öpmə” deyilir. Qızın ağsaqqalları, ağbirçəkləri onlara xeyir-dua verir.
Sonrakı günlər oğlanın qohumları gəlin və bəyi qonaq çağırırlar. Bu adət
də yeni qurulan ailənin cəmiyyətdə özünə yer tutmasına, gələcəkdə qo -
humların bir-birinə qarşı mehribançılığına şərait yaradır.
İşin elmi nəticəsi. Toy hər bir xalqın mədəniyyətinin ayrılmaz hissəsi
sayılır. Bütün dünya xalqlarının toy ən`ənələri əsrlərlə formalaşır və hə -
min xalqın təmsilçisinə çevrilir. Ona görə də xalqımızın toy adət-ən` ənə -
lərini, dünyaya baxışını, e`tiqadını, məişət tərzini, təbiətə və cə miyyətə
münasibətini öyrənməyin mühüm elmi əhəmiyyəti vardır. Bun ları gələcək
nəslə çatdırmaq zəruridir.
İşin tətbiqi əhəmiyyəti. Əldə olunan nəticələrin tətbiqi əhəmiyyətini
xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, araşdırılan mövzunun əhə -
miy yətini nəzərə alaraq, onun folklor toplayıcıları və tədqiqatçılar üçün
önəmli mənbə olacağına əminik.
ƏDƏBİYYAT
1. Azərbaycan folkloru antologiyası. Bakı : Elmlər Akademiyası, 1968, 289 s.
2. Azərbaycan folkloru antologiyası. Naxçıvan folkloru. I kitab, Bakı : Sabah,
1994, 388 s.
3. Cəfərli M. Xalqla bağlılıq. Bakı : Elmlər Akademiyası, 1986, 43 s.
4. Həsənov K. Azərbaycan qədim folklor rəqsləri. Bakı: İşıq, 1988, 130 s.
5. Əfəndiyev P., Babayev İ. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı : Maarif,
1970, 268 s.
6. Şərur folkloru. Bakı : Nurlan, 2006, 128 s.
7. Vəliyev V. Azərbaycan folkloru. Bakı: Maarif, 1985, 416 s.
8. www.turania.org
9. www.anl.az
fil.ü.f.d., dosent: R.Z.XƏLİLOV
2011/
IV
133
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |