Azərbaycan folklorundan yeni nümunələr
QUBADLI FOLKLORU
QUBADLI FOLKLORU
Bakıdan 403 kilometr məsafədə yerləşən Qubadlı rayonu Araza
tökülən Bərgüşad və Həkəri sahillərindəki ərazini əhatə edir. 27 min əha-
lisi, 802 min kvadrat kilometr ərazisi olan qədim türk yurdu artıq 19 ildir
ki, düşmənin tapdağı altındadır. Ürəkləri vətən həsrətindən köz bağlayan
qubadlılar Azərbaycanın müxtəlif bölgələrinə səpələnib sığınacaq
tapıblar. Qəlblərini doğma torpaqda qoysalar da, mədəniyyətləri, folkloru,
adət-ən`ənələri də özləri ilə birlikdə didərgin düşüb. Vətəndən uzaqda
olmalarına baxmayaraq Qubadlı camaatı gündəlik həyatlarında canlı xalq
danışıq dilini e`tibarla qoruyub saxlamışdır.
Aşağıdakı folklor nümunələrini məhz bu keyfiyyətlərə malik, əslinə-
nəslinə sadiq olan yerli Qubadlı sakinlərindən toplamışıq. Söyləyicilərlə
müxtəlif vaxtlarda, onların evlərində görüşərək söhbətlərini diktofonla
yazıya almışıq. Söyləyicilərin hamısı təqaüdçülərdir: üç kişi, iki qadın.
Mərasim folklorunu şahid olduqları hadisələr, yerli adət-ən`ənələr əsasın-
da danışıblar. Kiçik janrlar isə uzun çəkən söhbətimiz zamanı xatır-
landıqca qeydə alınmışdır. Onlardan topladığımız, demək olar ki, bütün
folklor mətnlərində Vətən həsrəti, yurd yanğısı açıq-aşkar duyulurdu. Bu
da tamamilə təbiidir, çünki insanın yaşantıları onun söylədiyi mətnlərdə
öz izlərini qoyur. Onların düşüncələri, hiss və duyğuları, taleləri, bütün
çətinliklərə baxmayaraq həyata bağlılıqları söylədikləri nümunələrə
nüfuz etmişdir. Gülənbər xala ürəkləri dağlayan ağılarını sanki Vətəni ilə
birlikdə itirdiyi şəhid oğluna ünvanlamışdı. Əsir torpaqları ilə bağlı
xatirələrini bölüşərkən Əyin, Dəmirçilər, Mirlər, Atirizi, Oğlan-qız dərəsi,
İmamzadə kimi doğma yer adlarını sadalayan söyləyicilərimizin həyəcanı
gözlərini həsrət yaşı ilə doldurmuşdu.
Zəngin folklor ehtiyatına malik olan ahıl insanlarımız getdikcə azalır,
həyatla vidalaşır. Ona görə də folklorumuzun toplanmasına daha tə`cili və
məs`uliyyətli bir iş kimi yanaşmalı, onun itirilməsinə imkan vermə mə -
liyik.
Elnarə ƏMİRLİ
2011/
IV
134
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
MƏRASİM FOLKLORU
NOVRUZ ADƏTLƏRİ
Bir həfdə qabağ ev-eşiyi tökürdülər. Yorğan-döşəh hamısı tökülməliy-
di çölə. Ev qurumlanırdı, təmizlənirdi, ağardılırdı. Hər Noruzdan qabax
nənəm divarımızı ağardırdı. Bütün qab-qaşıx sürtülüp salavatdanırdı.
Sora ev-eşiyi yığışdırıp təmizdiyirdih, başdıyırdıx bayram hazırrıxlarına.
Nə bilim, buğda alınırdı, kar-kanfet alınırdı. Aşın hazırrıxları olurdu. Hər
bayramda bütün evdəki uşaxlar, böyüyhlər təzə paltar geyinməliydi. Köh -
nə paltar olmazdı. O vax o şəkərbura, paxlava-zad yoxuydu bizdə. Kəntdə
belə balaca kokalar-zaddar bişirirdih. Həmişə gözdüyürdüh ki, kim birin-
ci olejeh. Qonşumuz Valeh dayıgil çalışırdı ki, bizə birinci gətirsin
(bayram payı nəzərdə tutulur – top.), biz də çalışırdıx ki… Görəh kim bir-
inci olejeh. Qonşulara pay aparırdıx. Uşaxlar torba salırdılar boyunnarına,
qapı-qapı gəzirdilər. Heş kəs özünə ayıp bilmirdi ha… Hər qapıda eyni
qarşılamırdılar. Kim ki saa yumurta verirdi, elə bilirdin ki, saa dünyanı
verip. Yumurtanı da hər adama vermirdilər. Dədəm yüzbaşı oğlu olub
axı… Qara kişi də bılların qapısında nökər işdiyirmiş. Dədəmi alıp çiyn-
inə aparırmış qapılara. Hər qapıda bir dənə toyox verirmişdər dədəmə ki,
Şükür yüzbaşının oğlu gəlipdi. Alt emmiznən bir toyox yığıpdı dədəm.
Elə ki bayram axşamı olurdu, gejə qodular gəlirdilər. Arvat tumanı zad
geyirdilər, eliyirdilər. Rəhmətdih Hüseyiniydi, rəhmətdih Azəriydi, bir də
bir başqa kimsə. Onun üçünün bir oyunu varıydı. Hansısa arvat olurdu, o
birsi kişi olurdu. Biri yıxılırdı, o birsi də deyirdi: «Vay, arvadım öldü!»
Pul yığırdılar, gedirdilər.
Evlərdə qədir saxlıyırdılar. Mənim yadımdadı ki, rəhmətdih Oxdar
əmimgilin patifonu varıydı. Çiçəh mahnısın qoyurdular. Arifə mamagil
(bibi) qədir saxlıyırdılar. Həm çərşənbə axşamı, həm də bayram axşamı.
Beş-altı qız yığılırdı, bir evdə saxlıyırdılar, yeddi-səkgiz qız yığılırdı, o
biri evdə saxlıyırdılar. Axşam bir-birlərinə qonax gəlirdilər. Bişir diyin -
nən-düşürdüyünnən bir-birinə pay aparırdılar. Bir də görürdün, aş qazan-
narın oğurruyurdular. Zarafat eliyirdilər. Həqiqi, Noruzu elə-belə qeyd
eləmirdilər. Kim kimin qabağına çıxırdı, deyirdi: «Bayramın mübarəh!»
Bir dənə bayramıydı, elin bayramıydı. Səhər tezdən qarannıxda gedirdilər
çaydan daş götürürdülər. Bərəkət daşıydı. O daşı gətirirdilər, birin, elə bil
ki, un saxlanan yerə, harda ki ərzağın-zadın var, heylə yerrərə qoyurdular.
Onnan sora yumurta döyüşdürürdülər. Əmralı əmimin köhnə tükanının
üzü belə yola sarıydı. Ordan yumurtanı yomaladırdılar. Dədəm okqədər
2011/
IV
135
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
bayram həvəskarıydı ki, uşax kimi sevinirdi bayram gələndə. Gedirdi,
uşaxlarnan ordan yumurtanı yomaladırdılar. Dik yoldan, dik yerdən. Ki -
min yumurtası kimin yumurtasına dəydi… Bir də görürdün nə qədər yu -
murta udup gətiripdi kişi. Qoja kişiydi, ona ləzət eliyirdi Noruz bayramı.
Mənim ən yadımda qalan Noruz axırıncı – Qubatdının çıxdığı ilki
Noruz bayramıdı. Hələ indiyə qədər Qubatdıda heylə Noruz olmuyup.
Bütün təpələrdə ojaxlar qalammışdı. Biri, elə bil ki, Dəmirçilərin yalında,
biri Əyinin yalında, biri harda…tonqallar qalamışdılar. O, elə bil ki, bütün
qubatdıların yadında qalıpdı. Həylə Noruz biz görməmişdih.
Təzə gəlini görməyə gedirdilər. Evində balaca uşax varıydısa, ona pal-
tar alıp gətirirdilər.
Söylədi: Qubadlı sakini Baxşalıyeva Gülnisə, 1952-ci il təvəllüdlü,
təqaüdçü
TOY ADƏTLƏRİ
I mətn
Adət-ən’ənəmizə görə kəntdə toy olanda toyun ortasında bir yelli
çəkirdilər. Yellinin (yallının – top.) də başında rəhmətdih Mirzaxan dayı
dururdu. Mirzaxan dayı cavannarı yığırdı yanına, bir on nəfər, on iki
nəfər, başda da o. Əlində də bir şiv çubux. Şiv çubux da, yanı nazih çu -
bux. Şiv çubuğu da onnan ötrün alırmış əlinə ki, uşaxlar hansı səf eləsə,
bı elədiyi hərəkəti ollar eləməsə, olların qışdarına-zadına çubuxnan vı rır -
dı. Birdən elə olurdu ki, Mirzaxan dayı elə bir şey götürürdü əlinə, bı
uşax lar hardan bilsin ki, o, bı şeyi gətiripdi. Məsələn, ya qaşıx, ya bir gül,
nə bilim nə… O toy mərasiminin içində əgər qohum-əqrabalarınnan
kiminsə cibində varıydısa, tez verirdi uşaxlara. Olmaseydı, yazıx uşax -
ların qoluna-qıçına vırırdı. Birdən elə olurdu, cumurdular oğlan uşağı alır -
dılar, tez hərə bir uşağı alırdı qucağına. Bax belə yelli çəkirdilər.
Toy mərasimlərinin birində də adamı nətər düzəldirdilər, ayax
yerindəydi, belə çökələ dururdun, əllərıı da belə yerə qoyurdun (göstərir),
baş hissaa da belə qabağa verirdin, üstaa da qırmızı örtürdülər, ordan da
ceyranın buynuzun-zadın düzəldirdilər. Gəlirdi adamlara belə qıdı-qıdı
eliyirdi. Göz, baş, qulax-zad düzəldirdilər. Ona deyirdilər «ceyran oynu -
yur». Ceyran da başdıyırdı gülməli hərəkətdər eləməyə. Onun da bizim
kəndimizdə Bayram dayının oynadığın mən görmüşəm.
Söylədi: Qubadlı sakini Baxşalıyeva Gülənbər, 1948-ci il təvəllüdlü,
təqaüdçü
2011/
IV
136
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |