Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə35/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   31   32   33   34   35   36   37   38   ...   143

Xəyal cığırı – I cı̇ld

163


«Heraklit dedi ki, sonsuzdur həyat,

Berkeli dünyanı şüurda gördü,

Hegeli ideya yaşatdı hər vaxt,

Feyerbax materiya –  deyərək, durdu.

Əməldə dönüşlər, arzular sonsuz,

Yeni çertyojlar, diaqrammalar, 

Hər adi kəlmədə bir sonsuzluq var,

Hər şey sonsuzluğa olubdu məxsus.

Xəyaldan ayrıldım…

                            İndi bilmişəm

Həyat sonsuz imiş arzular kimi,

Heraklit dediyi fikrə gəlmişəm,

Əsirəm, çoşuram gur sular kimi.

Deyirəm: Sonsuzdur, sonsuzdur həyat,

Sonsuzluq yaşatmış həyatı hər vaxt».

«Dünyanin dərdini çəkməyə nə var?» (02.12.1980) adli şe-

irində o, ulu babasi Miskin Abdaldan ötürülən zəngin genetik, 

mənəvi varislikdən ilhamlanaraq, yüksək ilahi hikmətlərlə, su-

fiyanə tərzdə insanla dünyani qarşilaşdiraraq insanin qəlb yü-

künün, mənəvi aləminin sərhədlərinin dünyanin hüdudlarindan 

da kənara çixaraq, «o biri  dünya» ilə birlikdə «iki dünya» mə-

kanina güclə siğdiğini, bununla da, insanin dərdinin dünyanin 

dərdindən böyük olduğunu gözəl bəddi təxəyyül vasitələri ilə 

belə təsvir etmişdir:




Tofiq Məhəmməd oğlu Hüseynzadə

164


«Dünyanın dərdini çəkməyə nə var?..

Günəşi tər-təmiz, Ayı dum-duru,

Ulduzlar səmada par-par parlayar,

Səyyarələr alar Günəşdən nuru.

İnsanın dərd yükü göylərdən ulu,

Onları əl boyda ürək daşıyar,

Qəlb kin, nifrət, həsəd, ədavət dolu, 

Bir könül, gör, neçə tale yaşayar!?.

Dünyanın dərdini çəkməyə nə var!?

Sığmaz bir cahana ahı insanın,

İnsan xislətinə dünya dar olar,

Axirəti də var bu kəhkaşanın.

Bir parça tikədə, qəlb yuvasında,

Gör, neçə aləmi sığdırdı insan...

Bu dünya, o dünya qoşalaşsa da,

İnsanın dərdinə tapmadı dərman.

Dünyanın dərdini çəkməyə nə var!?

Sular öz yerində, torpaq qup-quru.

İnsanın dərdindən göylər çatlayar,

Səmadan hayqırar İsrafil suru».

«Kölgə» adli şeirində (13.03.1969) şair, bir insanin kölgə-

sində bir mahalin şöhrət tapdiğini, kölgənin cansiz olsa da, canli 

kimi göründüyünü, çox canli insanlarin isə kölgə kimi süründü-

yünü, son dərəcə yüksək poetik dillə nəzmə çəkmişdir:  



Xəyal cığırı – I cı̇ld

165


«Bir dağın kölgəsində

Min qoyun-quzu yatar,

Bir insan kölgəsində

Bir mahal şöhrət tapar.

Kölgə cansız yarandı,

Canlı kimi göründü. 

Çoxu, canlı oldusa, 

Kölgə kimi süründü».

«Bir həyat mənzərəsi» (07.07.1970) adli şeirində, şair, dün-

yamizin ikili ziddiyyətlər əsasinda yarandiğini, əksliklərin vəh-

dəti və mübarizəsi qanunauyğunluqlarinin ağuşunda mövcudiy-

yətini, eyni zamanda, bu təşbehlər müstəvisində bəzi insanlarin 

ikili təbiətə malik olduğuna da eyham edir:

 

«...Hey dolanır fəsillər.

Filosoflar deyirlər:

– Həyat ziddiyyətdədir,

Ziddiyyət vəhdətidir. –

...Qəribədir dünyanın 

İşi də,

          adəti də... 

Verib bəzi insana 

İki təbiəti də».

Bunlardan  əlavə,  Tofiq  Hüseynzadənin  yaradiciliğin-

da  dünyanin Allah  tərəfindən  yaradilişi,  idarə  edilməsi,  ilahi 

nizam,  qayda-qanunun  bərqərar  olmasi,  təbiət  və  sosial  qa-

nunauyğunluqlarin  təməlində  dayanan  əsaslarla  bağli  dərin 



Tofiq Məhəmməd oğlu Hüseynzadə

166


fəlsəfi   mülahizə  və  ideyalari  xüsusilə  diqqəti  cəlb  edir.  Belə 

fəlsəfi mülahizələr onun bütün yaradiciliğina hopsa da, təkcə 

20.09.1980-ci il tarixdə qələmə aldiği «Ləpələr» şeirində, ulu 

babasi Miskin Abdal ruhunun daşiyicisi kimi, sufiyanə tərzdə, 

dünyada baş verən bütün fiziki hadisə və qanunauyğunluqlarin 

kontekstində, zahirdə ədalətsizlik, ziddiyyət kimi görünən, əsl 

həqiqətdə isə – batində qanunauyğunluq kimi qaçilmaz zərurətə 

bağli olan ilahi hikmətin, ilahi qeyb, batini elm sayilan «Ledün 

elmi» vasitəsilə qayda-qanunlarin əsl mahiyyətini açmağa, izah 

etməyə çalişmiş və bir şeirin ölçüləri həcmində öz məqsədinə – 

oxucuya öz fəlsəfi mülahizələrini müvəffəqiyyətlə çatdirmağa 

nail olmuşdur. Həmin şeirində o, dağlarin, təpələrin pünhan – 

gizlin hərəkətdə olduğunu, ləpələrin isə aşkar hərəkətini vurğu-

layir ki, bu da bizə «Quran»in «Nəml» surəsinin 88-ci ayəsində 

dağlarin hərəkətdə olmasina dair ayəni xatirladir. Bu misralar 

şairin ulu babasi Miskin Abdal kimi Allah tərəfindən İlahi hik-

mət,  fəzilət  və   kəramətlə  təltif  edildiyinin  açiq  göstəricisidir 

ki,  Allah  «Quran»in  «əl-Bəqərə»  surəsinin  269-cu  ayəsində 

buyurur: «Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət 

bəxş edilmişsə, ona böyük xeyir verilmişdir. Bunu ancaq ağilli 

adamlar dərk edərlər». Tofiq Hüseynzadənin şəxsiyyəti, ruhu 

və  mənəviyyati  tam  mənada  «Quran»in  bu  hökmünə  tabedir. 

O,  sufiyanə  şəkildə,  «Qiran»in  «Kəhf»  surəsində  göstərilən 

«Ledün elmi»nə (İlahi batini elm) işarə edərək, «dünyanin hər 

kəlməsinin tərs başa düşülməsi»ndən, yəni işlərin, əslində gö-

ründüyü kimi deyil, zahiri görünüşünün əksinə olaraq, batini 

mahiyyət  daşidiğindan  bəhs  edir.  Şairin  «Ləpələr»  şeirindən 

fəlsəfi ideyalara diqqət edək: 




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə