Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə64/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   60   61   62   63   64   65   66   67   ...   143

Xəyal cığırı – I cı̇ld

369


HİCRAN

Bir dəstə gül bağladim,

Sevgilimə saxladim.

Eşitdim ki, yar gedib,

Nalə çəkib, ağladim.

Aman-aman, ölürəm,

Günüm yaman, ölürəm.

Dərə keçdim, dağ aşdim,

Neçə oba dolaşdim, 

Tapmayib sevgilimi,

Öz bəxtimlə dalaşdim.

Aman-aman, ölürəm,

Günüm yaman, ölürəm.

Düz sözümü üzdülər,

Min bir yerə yozdular,

Ara vuran nainsaf, 

İlqarimi pozdular.

Aman-aman, ölürəm,

Günüm yaman, ölürəm.

Yoxdur yalan sözümdə,

Güc qalmadi dizimdə,



Tofiq Məhəmməd oğlu Hüseynzadə

370


Özü getdi əbədi,

Eşqi qaldi gözümdə.

Aman-aman, ölürəm.

Günüm yaman, ölürəm.

1967 sentyabr



Xəyal cığırı – I cı̇ld

371


VURĞUNAM SƏNƏ

(Sumqayita ithaf)

Sən, ey nur şəhərim, gənclik şəhərim,

Mənim zəhmət yurdum, dinclik şəhərim.

Gülür gözəlliklə varli torpağin,

Ucalir göylərə zəfər bayrağin.

Könlüm heyran qalir bu büsatina.

Qizil polad gölün Xəzərə bənzər,

Vurğunam firavan, şən həyatina.

Nur selin çağlayar, axar sərasər. 

Hünər görməmişəm mən sən hünərdə,

Bir toxum min çiçək açir bu yerdə. 

Adicə bir vətən deyilsən mənə,

Sən mənim əməlim, mənim işimsən.

Onunçün bu qədər vurğunam sənə, –

Böyük gələcəyə yüksəlişimsən.

1967 oktyabr 

(Müəllifin ilk nəşr şeiridir – «Sosialist Sumqayıtı» qəzetinin 

29.10.1967-ci il tarixli sayında dərc olunmuşdur.)



Tofiq Məhəmməd oğlu Hüseynzadə

372


BOYNUNU BÜKMƏ

Aman, a sevgilim, göz yaşi tökmə,

Əhdini unudan, atan sən oldun.

Yarali quş kimi boynunu bükmə,

Eşqini yadlara satan sən oldun.

Mən səni sevəndə and içib dedim: 

«Səni unutmaram son nəfəsdə də!»

Bilmirəm, baş alib hayana gedim?

Yaşamaq heyifdir boş həvəsdə də.

İlk dəfə «hə» deyib, and içdiyimiz,

O yer ki, göy çəmən, qoy dilə gəlsin!

Mənali-mənali çox keçdiyimiz,

Dərələr... xoş nəğmən, qoy dilə gəlsin!

Nə deyim... ömürün dağ kimi uçdu,

Səni yuvarlatdi bir başqa niyyət.

Mənim də qəlbimdən ilhamim köçdü,

Göz yaşi tökərək, gəzdi məhəbbət.

Mən yenə deyirəm, göz yaşi tökmə,

Mənə ürəyini açan sən oldun.

Yorğun maral kimi boynunu bükmə,

Əhdini unudub, qaçan sən oldun.

1967 oktyabr




Xəyal cığırı – I cı̇ld

373


A  CEYRANIM

Sən bizim ellərə oldun yaraşiq,

Hüsnünə söz qoşdu şair və aşiq,

Sənin o hüsnünə bircə dolaşiq,

Olmasin xəyal da tuş, a ceyranim!

Qoy ovçu vurmasin, insaf eyləsin,

Yorğun bədənini azca teyləsin,

Gözəllər üzündə xali söyləsin,

Görməyim gözündə yaş, a ceyranim!

Tufanla bir yerdə qopsa da sazaq,

Qiymaram gözümdən gedəsiz uzuq,

Deyirəm, tərifi hələ çox yazaq,

Deyildir ürəyim daş, a ceyranim!

1967 oktyabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

374


İNCİDİM

Qaşlarini çəkdi hər an,

Göy üzünü örtdü boran.

Baxib yada, könül qiran –

Bir qələm qaşdan incidim.

Eşqə düşdüm bilə-bilə,

Məcnun oldum, düşdüm çölə.

Ağlamadi, döndüm külə,

Ürəyi daşdan incidim. 

Unuduldum xeyli, yaman,

Fəryad etdim, çəkdim aman.

Küsüb, sonra yada salan,

Gözləri yaşdan incidim.

1967 oktyabr




Xəyal cığırı – I cı̇ld

375


CANA MƏNİ

Aman gözəl, baxib yada,

Qoyma yana-yana məni.

Vəfali ol indisə də...

Atma gəl bir yana məni.

Naz eyləmə asta-asta, 

Yaziq könlüm oldu xəstə,

Pərvanəyəm alov üstə,

Gəl yetirmə cana məni.

Qurban gedir hər nə isə;

Yaziq canim əsə-əsə...

Göz eyləyib sən bir kəsə,

Salma nahaq qana məni.

1967 oktyabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

376


KÜSMƏ MƏNDƏN 

Aman! Könlüm, durma, ağla;

Nalələrlə sinə dağla,

Qəm-kədərlə ilqar bağla,

Qismətimdir, küsmə məndən.

Güldü çiçək, güldü çəmən,

Güldü həyat, gülmədim mən,

Yaziq-yaziq qopdu nəğmən,

Söhbətimdir, küsmə məndən.

Dağ başini örtdü bulud,

Ürəyimi yedi sükut,

Çək bir yana, əlimdən tut,

Şöhrətimdir, küsmə məndən.

Bu dərdimi bilə-bilə, 

Söhbət açdim əhli-dilə,

Göz yaşlarim döndü selə, 

Sənətimdir, küsmə məndən.

1967 oktyabr




Xəyal cığırı – I cı̇ld

377


DAĞLAR

Səni candan artiq sevən Ələsgər tək, Vurğun kimi,

Gətirirəm asta-asta sözə səni yenə, dağlar.

Məni indi sən sayma gəl, söz elində yorğun kimi,

Öz gücümü, qüdrətimi bağlamişam sənə, dağlar.

Səhər-səhər gün doğmamiş mən çixanda şehli döşə,

Görüb yorğun bədənimi dil açmamiş tər bənövşə.

Dilə gəlib ürəyimdə çiçəklərdən tez həmişə,

Çobanlarin, hey yaniqli tütəkləri dinə, dağlar.

Vədə verdim, and içdim ki, axan durna bulaqlara,

Unutmaram, gələn il də gələcəyəm bu dağlara.

Hər çiçəyin, hər bir gülün hörməti var qonaqlara,

Ancaq bircə qorxuram ki, atəşlərdən sönə, dağlar.

Ovçu atsa gülləsini ceyran-cüyür hürküb qaçir,

Gül-çiçəklər, yasəmənlər xəfif-xəfif piçildaşir.

Elə, şair bu yerdəcə, şerə dolub dastan açir,

Bu hüsnünə neçə-neçə boşalibdi sinə, dağlar.

Həzin-həzin mahnim ilə dar gədikdən keçəndə mən,

Heyran oldum qüdrətinə, susdu o dəm yaşil çəmən.

Əks-sədani sən qopardin, qulaq asdim, qopdu nəğmən,

Qariş-qariş gəzdikcə mən, ilham verdin mənə, dağlar.



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə