Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə62/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   58   59   60   61   62   63   64   65   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

352


 ÖZÜ YANDI

Mən ona dedim ki, tez açilmayaq,

Qoy hələ yaz keçsin, gəlsin yay ayi.

Duymadi; sevgiyə tez basdi ayaq,

Əzəldən bərk tutdu, sonra dolayi.

Dedim, tez alişan yanmir çox uzun,

Sönür bir anliğa, yandiği kimi...

Yenə də söylədim: «Yanima, quzum!»,

Baxmadi sözümə bir atəş kimi.

Yandi, alovlandi o, yer Günəşi,

Məni yandirmadi onun atəşi.

Bizim eşqimizdə o, tez oyandi,

Bilmədi. Sonradan o, özü yandi.

1967 sentyabr




Xəyal cığırı – I cı̇ld

353


OLARMI?..

Əgər ki, bir sözdən inciyib, küssəm,

Görəsən, könlümü alan olarmi?..

Əzəldən kədərli, qəmli bir kəsəm,

Bilmirəm, bu dərdim yalan olarmi?..

Yarib asta-asta six buludlari,

Neçün qəmli ötür durna qatari?

Çatmasa taqətim, dindirib tari,

«Segah» muğamini çalan olarmi?..

Baxmadim «əhli-kef» keçirilən dəmə,

Dost oldum əbədi qüssəyə, qəmə.

Könül ağlayaraq deyir qələmə: 

«Görən, bizi yada salan olarmi?..»

1967 sentyabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

354


A  DÜNYA

Həmişə, hər zaman düşünürəm mən,

Nə üçün, ən böyük, sən oldun düşmən?

Almayib könlümü bilmirəm nədən,

Qiymadin dərdimə dərman, a dünya?

Çəkdin sinəm üstə düyünlü daği,

Keçdi bir anliğa ömrümün çaği,

Şirin qismətimə qataraq aği,

Verdin ölümümə fərman, a dünya!

Atildin irəli, verdin badalaq,

Gücünü sinadin məndə çox nahaq,

Onda düşündüm ki, gəlmişəm qonaq,

Oldu var bədənim xirman, a dünya.

1967 sentyabr




Xəyal cığırı – I cı̇ld

355


YANDI, NƏ YANDI

Həyat mənasini, deyirəm ki, kaş,

Nə ola, heç zaman düşünməyə baş.

Dedim ki, bu dərdi anlamir çoxu...

Xəyalim önündə hər insan oğlu

Axan göz yaşilə durub, dayandi,

Ciyərim od tutub yandi, nə yandi.

1967 sentyabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

356


DÜŞÜNCƏLƏRİM...

Sel tək tükənməyən söz dünyasinda,

Bəzən də, bəzən də mən tələsmişəm.

Qocaman dünyanin göy dəryasinda, 

Bəzən firtina tək azca əsmişəm.

Alanda qələmi əlimə ilkin,

Həyati daha tez duya bilmədim.

Süründüm dalinca eşq, məhəbbətin, 

Daha tez yoluma gələ bilmədim.

Bu gün mən duyuram həyat eşqini,

Bu doğma yurdumun yüksəlişini.

Könül bəzək verir şehli yaylağa,

Baxdiqca ürəyim dönür bir dağa.

Gəzəndə çəməni mən addim-addim,

Mən yox, həvəsimi güllər oyatdi.

Bir sənət eşqilə gəzib, dolandim,

Ürək uydurmani bir yana atdi.

Demirəm, sevgini unudaq təmiz,

Bəzən də, bəzən də bir azca deyək.

Onun əsiridir sənət eşqimiz,

Hər şeyə hörməti bəxş edək gərək.

Deyirəm, qoy ürək alsin ilhami,

İnsan hünərilə, məhəbbətilə.

Deyirəm, qoy bu gün düşünsün hami,

Yaratmaq yaxşidir öz sənətilə.        1967 sentyabr



Xəyal cığırı – I cı̇ld

357


İNSAN ÜRƏYİ

Gəlmişik dünyaya bir insan kimi, 

Çəkirik həyatin hər ağrisini.

Görsək xəyallanmiş çox zaman kimi,

Onun da çəkirik tez qayğisini.

Bəzən dağdan ağir bir dağ çəkirik,

Yürüyüb dünyada eniş-yoxuşa,

Hər bir ağrilara döş də gəririk,

Qoymuruq qəlbimiz heç kinlə coşa.

Dözürük, dözürük bir insan kimi,

Ölüm xəyalinin işgəncəsinə.

O, susmur o zaman, biz susan kimi,

Keçsək də yenə də it pəncəsinə.

Yenə də həyata hörmətimiz var,

Düşmürük onun tək pis xəyallara. 

Sönməyir yenə də döyünən vüqar,

Qalxsaq da çox çətin sərt dolaylara.

Bilirik hər dərdə, hər bir möhnətə, 

Yumruq tək bükülmüş ürəyimiz dözür.

Həyata – zindana, kinli niyyətə,

Ürəkdən güc alan qəlbimiz dözür.

Əgər ürək olsa bircə dağ boyda,

Gör, insan olarmi hakim dünyaya?!

1967 sentyabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

358


YAŞAMA, YAŞAT

Gəlmisən həyata, ey insan oğlu!

Namusla, hörmətlə ömrü başa vur.

Həyatin ən böyük uğurlu yolu,

Düşün ki, hər zaman hər addim budur.

Nə var, bir bədəni dolandirmağa?! 

Özünü yaşatmaq qoçaqliq deyil.

Düşünmə dünyada təkcə durmağa, 

Nə də bu xəyala göstərmə meyil.

İnsan oğlusansa yaşama, yaşat! 

Həyatda ən böyük səadət budur.

Ağla ağlayanla, gülənlə ol şad, 

Hər əməl önündə insan kimi dur.

Yaşamaq istəsən yüz illər boyu,

Vətənçün addimla, vətənçün yaşa. 

Qafil, bulandirma dupduru suyu,

Bulanmaz o özü dəysə də daşa.

Can tək əziz olan hər doğma vətən,

Unutmaz heç zaman qəhrəmanini.

Nə də ki, dünyada mərd gəlib-gedən,

Xalqiçün yaşayan bir insanini.

Bilirəm, dünyada insana, ancaq

Namusla doğulmuş bir ad qalacaq.

1967 sentyabr




Xəyal cığırı – I cı̇ld

359


SEVMİŞƏM SƏNİ

İlk bahar cağinda, əriyəndə qar,

Açanda yarpaqlar, sevmişəm səni.

Olanda yamyaşil dərələr, dağlar,

Axanda bulaqlar, sevmişəm səni.

Keçən təmtəraqli bu gəncliyimdə,

Mən ilk sevincimdə sevmişəm səni.

Görsəm də əzablar dəcəlliyində,

Şeir tək incimdə sevmişəm səni.

Uca dağ döşündə açanda güllər,

Dinəndə bülbüllər, sevmişəm səni.

Gələndə ilhama eşqi-könüllər,

Dil açsin qoy dillər, sevmişəm səni.

Sənin saçlarinda gəzəndə əlim,

Söylədi ki, dilim: Sevmişəm səni.

Sevincdən titrədi, əsdi qələmim,

Danişdi aləmim: Sevmişəm səni.

1967 sentyabr




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə