Tofiq Məhəmməd oğlu Hüseynzadə
538
Yollar, yollar, yamanca
Qarmaqarişiqsiniz,
Sizi tapanda, ancaq
Ömrə yaraşiqsiniz.
Yollar, yollar, a yollar,
Ürək dolu arzular
İndi gəlibdir dilə,
Bəlkə də bilə-bilə
Mən də seçmişəm sizdən
Şeir, sənət yolunu.
Axşam üstü, gah tezdən
Bu məhəbbət qolunu
Dolayaraq boynuma
Şeirə, sözə səsləyir,
Gah girərək qoynuma
Ürəyimi izləyir.
Necə düzü, doğrusu,
Könlümün ilk arzusu
Şeir, sənət yoludur,
Elə, buna görə də
Qəlb ilhamla doludur.
Deyirəm, axi, bir də
Bu yolu, bu ilhami,
Bu şeriyyət dünyami
Həyat göstərib mənə,
Həyat bəxş edib mənə.
1968 fevral
Xəyal cığırı – I cı̇ld
539
BİRCƏ ADDIM
Məni qinamasin, qoy heç bir zaman
Həyatdan sadə yol keçib, ölənlər.
Bu, sadə misrani duymasin asan,
Almani turşudub, içib, ölənlər.
Bir də ki, ömrünə bilib, duymadan,
Şöhrəti qiymətli seçib, ölənlər.
Həyatda çoxuna görünməz gəlir,
Ömürdə atilmiş bir kiçik addim
Nə bilir, bir addim nələr yüksəlir?!
(Bunu bilə-bilə şerimə yazdim).
Bəzən də, atanda bir adi addim,
İnsan qocalmamiş beli əyilir.
Bəzən, küçələrdən biz tez keçəndə,
tək bircə addim,
Ya ömür dözülməz bir şikəst olur,
Ya da çiçək kimi bir anda solur.
Bəzən, bir səfərdən biz gecikəndə,
tək bircə addim,
Min illik arzular viranə qalir,
Çürüdür onu da, ayağa salir.
Həsrətli görüşə əgər geciksən,
tək bircə addim,
Gedir min bir həsrət, qayitmir daha.
Könül qurban olur qüssəyə, aha...
Əgər gecikməsən o görüşə sən,
tək bircə addim,
Tofiq Məhəmməd oğlu Hüseynzadə
540
Arzu qanadlanir, könül dil açir,
Hər dilək, hər istək ətir, nur saçir.
Ağir bir xəstəyə geciksə həkim,
tək bircə addim,
Bir həyat puç olur boş sual kimi,
Bu insan duyulur bir xəyal kimi.
Belə bir zamanda tələssə həkim,
tək bircə addim,
Qaytarar ölümdən min eşqi, hissi,
Siğişmaz aləmə ürəyin səsi.
Həyat sürətini əgər saxlasa,
tək bircə addim,
Kim bilir, dünyada nələr baş verər?..
Nələr öz hökmünü özündə görər?..
Ya da öz yolunda əgər tez atsa,
tək bircə addim,
Uzanar yaxşiya yamanin əli,
Ağilli insana deyərlər dəli.
Kim bilir, bəlkə də başqa hökm olar?..
(Bağrimi nə üçün didir suallar?..)
Yazdiqca yazaram «Tək bircə addim»,
Təzə şahə qalxir şeir, söz atim.
Lakin sevməyirəm uzunçuluğu,
(Şair, öz şerinə sən çələng toxu.)
Hökmü çox böyükdür bircə addimin,
Çoxuna çox adi görünsə də bu.
Tək bircə addimda, bəlkə bəxtimin
Oxunur ən böyük sirli məktubu!?.
1968 fevral
Xəyal cığırı – I cı̇ld
541
DURA BİLMƏRƏM
Baxiram dünyaya ağ varaq kimi,
Ürəyim tər-təmiz, gül, yarpaq kimi.
Eldən utanmayan bir axmaq kimi,
Heç kəsə mən ləkə vura bilmərəm.
Namussuz, qeyrətsiz ucalim deyə,
Baş əyə bilmərəm hər vəzifəyə.
Əriyib, hər zaman dönsəm də iyə,
Belə pozğun həyat qura bilmərəm.
Qoymaram həsrətdə şeri, sənəti,
Vermişəm mən ona ilk məhəbbəti.
Dostlar! Qinamayin, deyirəm qəti,
Şeirsiz bircə an dura bilmərəm.
1968 fevral
Tofiq Məhəmməd oğlu Hüseynzadə
542
BAXIŞLAR
Baxişlar könüllərin,
Ürəklərin, qəlblərin
İlk sirdaşi olubdur.
Baxişlar al güllərin,
Ötüşən bülbüllərin
Ürəyinə dolubdur.
Baxişlarda duyulur
Ya bir sevinc, ya bir kin,
Baxişlarda yuyulur
İztirabi sevginin.
Baxişlarin mənasi
Böyükdür dağlar qədər,
(Bizim dağlar sonasi,
Baxişilə, o, dilbər
Verdi mənə ah, kədər.)
1968 fevral
Xəyal cığırı – I cı̇ld
543
MƏN ÖLÜMDƏN QORXMURAM!
Zil qaranliq bir gecə,
Söz açiram indicə.
Zəhərli ilan kimi
Ürəyimi çalandan,
Məni dərdə salandan...
Xəyala dalan kimi,
Düşündükcə hər işi,
Duyduqca pis vərdişi
Başimdan qalxir duman...
Bizim böyük asiman
Gözlərimdə qaralir,
Xəyala dalan kimi
Məni yenə qəm alir.
Çoxlarini qorxudur
Ölümün ilk mənasi.
Ürək nalələr udur,
Yanir min-bir dünyasi.
Qəlbən gəlir dilimdən:
Mən qorxmuram ölümdən!
Mən qorxuram inanin –
– Atəşimə qalanin –
Ölümdən də qorxulu,
Pis, üfunət qoxulu
Gözlənilməz bir işdən,
Evlər yixan gülüşdən...
Tofiq Məhəmməd oğlu Hüseynzadə
544
Ayağimin altindan
Quyu qazan adamdan,
Nə bilim... neçə min-min
Dustağiyiq əməlin.
Qərəz, necə qandirim?
Sizi necə yandirim?..
Ömrümüzü puç edən,
Arzumuzu heç edən
O iş ki, deyil aşkar,
Onda yaman qorxu var.
Açilir yenə yaram,
Mən qorxuram, qorxuram!..
Nə qədər ki, bu zaman
Yaşadir axmaq insan,
Mən qorxmuram ölümdən!
Mən qorxuram boş başin,
Dost, qohumun, yoldaşin
Pis, yaramaz dilindən,
Firildaği, felindən.
Mən qorxmuram ölümdən!!!
Mən deyirəm düzünü:
Bütün ömrüm uzunu
Qorxmayacam o vaxt ki,
gözlənilməz,
ən dözülməz
hər iş, əməl
Ölüm tək aşkar olsun!
Ölüm tək aşkar olsun!
Murdar əməl!!!
1968 fevral
Dostları ilə paylaş: |