Tofiq Məhəmməd
oğlu Hüseynzadə
144
«Yaxşı dostu satma dünya malına,
Yaman gündə qızıl, zərdən yaxşıdı.
Söz danış ki, o, çıxmasın yalana,
Bir doğrü söz min gövhərdən yaxşıdı».
«Elin yarasi» adli şeiri (10.10.1968) də «dil yarasi» məfhu-
munun təsir gücü, «vətən sevgisi, vətənə sədaqət» mövzularinin
tərənnümü baximindan çox dəyərlidir:
«Ürək! Nə ah çəkmə, nə də ki, fəryad,
Qalmaz əsrlərə ilin yarası.
Sağalar qırılan hər qol, hər qanad,
Gedər qiyamətə dilin yarası.
Bir kəs yaranmamış vətənsiz, elsiz,
Vətənlə hər insan yaranmış ekiz.
Nə qədər dünyada yaşasaq da biz,
Çıxmaz yadımızdan elin yarası».
Şairin əxlaqi mövzularda, satirik tərzdə, gənclərin milli əx-
laqa uyğun olmayan həyat tərzlərini qamçilayan, onlari satirik
dillə milli ruhda yaşamağa çağiran şeirləri də çox maraqlidir.
Onun, M.Ə.Sabirin «A canim» şeirinə nəzirə olaraq 1967-ci ilin
iyul ayinda yazdiği, Baki şəhərində nəşr olunan «Tibb kadrlari
uğrunda» qəzetinin 24.05.1968-ci il tarixli sayinda dərc olun-
muş eyni adli şeirindən bir parçaya diqqət edək:
«Başqalaşıb indi zaman, nə müəllim, nə institut,
Buyur, əşi, gəl utanma, bir gözəlin əlindən tut,
Nə eyləsən «çatmır» yaşın, yoxdur sənə sorğu-sübut.
Veyil-veyil dolanmaqda həmdostuna çat, a canım,
«İncə xanım» önündə sən, gəl əyil üçqat, a canım».
Xəyal cığırı – I cı̇ld
145
«A qardaş» adli şeirində (1968 mart) də şair, eyni mətləbləri
gözəl bədii təsvirlərlə çatdirir:
«Yuyuldu modada elin adəti,
Kəsildi saç kimi yar məhəbbəti.
Modaya satdılar bu səltənəti,
Ağlayır, ah çəkir hər qaya, hər daş,
Güc yoxdur bu dərdi yaza, a qardaş».
«Gözəllik» adli şeirində (13.03.1968) şair, qizlari da mənə-
vi dünyalari ilə ucalmağa, namuslu həyatla yaşmağa, süni, zahiri
gözəlliklər dalinca qaçmamağa çağirir:
«Uçursan-qaçırsan eniş-yoxuşa,
Gözəllik hardadır bilmirsən, fəqət.
Dünya da xaraba qaldı bayquşa,
Qartalı göylərə qaldırdı qeyrət!
...Çalış, namusunu gözün tək qoru,
Dünyada ən böyük gözəllik budur.
Çalışma, namusa qurasan toru,
Ömrünün yolunda polad kimi dur!
...Gözəllik duyulmur bir, Ay camalda,
Gözəllik gözəldir dərin kamalda».
«Yaxşidi» adli şeirində (16.07.1968) də gözəlliyi qizin «qa-
şinda, gözündə deyil, ağlinda axtarmaği» məsləhət bilir:
«Cavan ikən Ay camaldan uzaqlaş,
Puça getdi bu yollarda neçə baş...
Gözəlliklər nə göz deyil, nə də qaş,
Ağıllı qız yüz dilbərdən yaxşıdı».
Tofiq Məhəmməd oğlu Hüseynzadə
146
«Ölümdən betər» adli şeirində (1967-ci il avqust) ən yüksək
əxlaqi nemət kimi namuslu həyat yaşamağin dəyərini, «pozğun
namusa» ölümün də çarə olmadiğini belə ifadə edir:
«Ölüm pis şey deyil, pis işlər üçün,
Saflığı çürüdən əməllər üçün.
...Əxlaqsız namusun varmı çarası?..
Yox!.. Yox!..
Ölsə də getməyir əməl yarası.
...Deyirəm, çarə yox, hey susa-susa...
Ölümə, bir də ki, pozğun namusa!»
«Mən ölümdən qorxmuram» (1968 fevral) adli şeirində
ölümdən deyil, xəyanətkar əməllərdən qorxduğunu ifadə edir:
«Qəlbən gəlir dilimdən:
Mən qorxmuram ölümdən!
Mən qorxuram inanın –
– Atəşimə qalanın –
Ölümdən də qorxulu,
Pis, üfunət qoxulu
Gözlənilməz bir işdən,
Evlər yıxan gülüşdən...»
Şair ədəbi yaradaciliğinin böyük və əhəmiyyətli hissəsi-
ni 1966-1991-ci illərində, keçmiş SSRİ-nin mövcud olduğu
sosialist hakim düşüncəsi və fəlsəfəsinin birmənali tüğyan et-
diyi dövrdə qələmə almişdir. Həmin müddətdə Tofiq Hüseyn-
zadə SSRİ-də şəriksiz hakimiyyətdə olan Kommunist Partiya-
sinin üzvü olmaqla, Ermənistan SSR Kommunist Partiyasinin
Xəyal cığırı – I cı̇ld
147
Vardenis rayon Partiya Komitəsinin mətbuat orqani olan «Var-
denis» qəzetində əvvəlcə ədəbi işçi, sonralar isə şöbə müdiri
vəzifələrində çalişmaqla əmək fəaliyyətində Kommunist Parti-
yasinin dövlətin qarşisinda qoyduğu prinsipial vəzifələri rəhbər
tutmuşdur. Bu baximdan, onun şeirlərinin demək olar ki, çox
az bir qismi həmin dövrün hakim dünyagörüşünə və ideallarina
uyğun olsa belə, həmin şeirlərin özündə də o, əsl məzmun kimi,
yüksək mənəvi ideallari, gözəllikləri, Azərbaycanin tarixini,
qüdrətini və xoşbəxt gələcəyini vəsf etmiş, xalqa, vətənə, bütün
yüksək əxlaqi keyfiyyət və dəyərlərə sevgisini önə çəkmiş, bu
da şeirlərinin ədəbi-bədii məzmun çəkisini daha da artirmişdir.
Tarixə «Böyük Oktyabr Sosialist inqilabi» kimi daxil ol-
muş inqilabin 50 illiyinə həsr etdiyi, 1967-ci ilin noyabr ayin-
da yazdiği «Mən nələr görmədim...» adli poemasinda o, həmin
inqilabdan daha çox, simvolik olaraq, özünün, əslində Böyük
Vətən müharibəsində böyük şücaətlər göstərərək qəhrəmanca-
sina həlak olmuş, üzünü görmədiyi doğma babasi (Paşa Hüseyn
oğlu Həsənov) ilə xəyali dialoqunu quraraq, babasinin ona Sü-
leyman Peyğəmbərin məharətləri, şücəati, misilsiz insani key-
fiyyətləri barədə danişdiğini, bu məziyyətlərinə görə onun Alla-
hin yanindaki hörmət-izzətini, digər insanlara nümunə olmasi-
ni, mərdliyin namərdlik, ədalətin ədalətsizlik, haqsizliq və zülm
üzərində qələbə çalacağini, Azərbaycanin igid, tarixi qəhrəman-
larinin, o cümlədən Böyük Vətən müharibəsində Azərbaycanli
oğullarin – partizanlarin şücaətini vəsf etmiş, yalniz poemanin
sonunda İnqilab və Leninin həmin inqilabdaki rolunu da belə
qəhrəmanliğa, fəhlə və kəndlilərin azğin bəylərin, ağalarin zül-
mündən qurtarmaq üçün haqq mübarizəsinə başladiğini və qalib
gəldiyini yüksək bədii məharətlə təsvir etmişdir: