Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə32/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   28   29   30   31   32   33   34   35   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

148


«– Baba, elə insan varmıdır indi? – 

Babam məni süzüb, sonradan dindi:

– Var oğlum, indi də belə bir insan;

Cürətdə, qüdrətdə igid Süleyman...

Dedim: – Danış görüm, deməli ki, sən,

Koroğlu, Nəbini özün görmüsən?..

– Yox, oğlum, keçmişdə yaşamış bunlar;

Süleyman qüdrətdə olan oğullar.

– Yaxşı, səni əzən azğın bəyləri

Alıb kötəkləmiş kim diri-diri?

– Sən yaxşı bilməzsən.

– Hansı oğullar?

– Partizanlar.

– Necə?

– Hə .. partizanlar...».

Tofiq  Hüseynzadənin  şeirlərində,  doğurduğu  qorxunc  bə-

lalar, gətirdiyi fəsadlar üzündən bəşəriyyəti məhvə sürükləyən 

müharibələr qətiyyətlə pislənilir, sülhün, salehliyin, dinc yaşa-

mağin bütün insanliq, xalq və millətlər üçün sonsuz əhəmiyyəti 

vəsf olunur. Şair, «Babami axtariram» adli şeirində (23.02.1969) 

II Dünya müharibəsində – Böyük Vətən müharibəsində babasi 

Paşa Həsənov və onun iki qardaşi: Hasan və İsrafil Həsənov-

larin müharibəyə gedib, sağ qayitmamalarini çox təsirli könül 

acilariyla qələmə almişdir:



«Müharibə qoxusu

Getsin, gəlməsin bir də…

Ərşə çıxıb yuxusu,


Xəyal cığırı – I cı̇ld

149


Dərin xəyal, fikirdə,

Nənəmin göz yaşında

Babamı axtarıram.

Ayrılıq bir gün deyil,

Sonsuzluğa çəkilmiş,

Hərdən, uzun-uzadı

Bir nöqtəyə dikilmiş

Atamın baxışında

Babamı axtarıram.

Qərinələr yoldadır…

Günlər qarışır ilə,

Ömrüm yaman haldadır…

Kor kimi əllərimlə

Əsrimizin yaşında

Babamı axtarıram!

Babamı axtarıram!..»

Şair,  «Ana  ürəyi»  adli  şeirində  (1968  sentyabr)  insanliği 

«milyonerlərin» amansiz müharibələrindən çəkinməyə, sülhdə 

yaşamağa  çağirir,  müharibənin  bəşəriyyətə  vurduğu  sağalmaz 

yaralari Anasinin dili ilə belə qələmə alir: 

«Radio danışır...

Deyir ki, Yer üzündə

Hələ milyonerlərin

Qan-qan səsi kəsməyib,

Neçə ölkə düzündə 



Tofiq Məhəmməd oğlu Hüseynzadə

150


Yırtıcı «hitlerlər»in

Pis nərəsi kəsməyib. 

...Düşmənlər dönə-dönə

Silaha əl atırlar,

Başlarını, bəlkə də,

Bu, qudurğan iblislər 

Dava ilə qatırlar...

...Lənətə gəlsin görüm,

Silaha əl atanlar,

Bir insanın ömrünü 

Bir gülləyə satanlar!..».

Şair, 1967-ci ilin iyul ayinda yazdiği «Vyetnam nəğmələri» 

adli  şeirində Vyetnam  xalqinin  xarici  işğalçilara  qarşi  azadliq 

mübarizəsini  tərənnüm  edərək,  həmin  vaxt  SSRİ  dövləti  tər-

kibində olan Azərbaycan xalqinin da onlarin bu mübarizəsi ilə 

həmrəy olduğunu ifadə edir: 



«Şan-şöhrəti ucalan, 

Dillərə dastan olan

Azərbaycan danışır,

Kin, qəzəbdən alışır.

Qışqırır tez-tələsik:

– Vyetnam, səninləyik!!!»

Şair, «Ağ ev» adli şeirində (01.02.1972) dünyada bütün mü-

haribə və münaqişələrin ssenarilərinin «ağ yalanlar danişanlarin 

iqamətgahi olan» – Amerika Birləşmiş Ştatlarinin dövlət başçi-

sinin oturduğu «Ağ ev»dən planlaşdirildiğini və həyata keçiril-

diyini bildirir:




Xəyal cığırı – I cı̇ld

151


«Ağ ev... insan məsləki 

Olubdur talan-talan,

Həqiqətin üzünə

Qara böhtan, ağ yalan.

Burda insan dad çəkib 

İşgəncədən boğulur, 

Ağ ev haqqdan dəm vurub,

Haqq üzünə ağ olur.

Ağ ev... ölümlərin yuvası,

Ağ ev... ağ yalanlar dünyası,    

Ağ ev... min cür fasonlu,

Ağ ev... hayıf bu ada.

Ağ evdən qara donlu

Min vay gəzir dünyada».

«Mənim əsrim» adli şeirində (07.03.1969) o, dünyanin çox 

təhlükəli dövrə qədəm qoyduğunu, bəşəriyyətin taleyinin atom 

bombalarini  işə  salacaq  bircə  düymədən  asili  qaldiğini  şeirin 

dili ilə qinayir:

                                            



«Əsrim atom əsridir,

Əsrim uran əsridir,

Əsrim bircə düymədə

Verdi-viran əsridir.

«Ölüm!» səsi ucalır

Bombaların içindən,


Tofiq Məhəmməd oğlu Hüseynzadə

152


Zaman özü də qorxur

Atomların gücündən.

Atom,

       uran,

           protonlar,

Neytronlar, fotonlar…

Bunlardır, 

              bəli, bunlar!

Bütün canlı həyatı

Bir iynəyə satanlar».

«Mənə bir mahni oxu» (1967 noyabr) adli şeirində, o, bütün 

dünyaya,  bəşəriyyətə  sülh  arzuladiğini,  dünyanin  hər  yerində 

yalniz «Sülh!» kəlməsinin eşidilməsini diləyir:



«Günəşdən də baxanda,

                       Ulduzdan da baxanda

Və yaxud da başqa bir

                        planetdən baxanda...

Bizim Yerin üstündə

                        görünməsə dərə, dağ,

Barı, orda, o zaman

                        Günəş tək işıq saçan

– Hər dünyanın gündüzü –

                  Tək görünsün – 

                              «Sülh» sözü!!!».

Tofiq  Hüseynzadənin  şeirlərinin  bir  hissəsini  də  Vətəni 

Göyçənin, həmçinin, tarixi Azərbaycan ərazilərinin əsrarəngiz 



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə