Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə34/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   30   31   32   33   34   35   36   37   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

158


Yenə, dağ döşündə açıldı güllər,

Tutdu başqa həvəs göy səmasını.

Arzu təzələndi, il təzələndi,

Min bir arzu ilə döyündü ürək. 

Şair! Bax, bu gələn təzə gəlindi,

Bahar! Xoş qədəmin daim mübarək!!!»

Şairin  ədəbi  yaradiciliğinda Azərbaycanin  qürur  verən  ta-

rixi keçmişi, mühüm tarixi hadisələri və ictimai həyatin bütün 

sahələrində  «tarix  yazmiş»  görkəmli  şəxsiyyətlərinin  ədəbi 

tərənnümü də əsas yer tutur. O, Azərbaycan və dünya şerinin 

zirvəsi sayilan Nizami Gəncəvi haqqinda «Nizami böyükdür» 

adli şeirində (1968 mart) yazir:

«Çıxmadı bir yerə doğma Gəncədən,

Yaratdı Nizami beş böyük dastan.

Səs saldı aləmə sözdən-incidən,

Yaşadı zamanla o, böyük insan».

«Vurğun  yaşayacaq»  adli  şeirində  (20.02.1979)  xalq  şairi 

Səməd Vurğunun 

«O, nəğmələr yazmadı

Hər yoldan ötən üçün,

El bilir ki, o, yazdı

Xalq üçün, vətən üçün.



Xəyal cığırı – I cı̇ld

159


Şekspiri, Puşkini 

Sevdirdi öz elinə,

Neçə dahi gətirdi

Azərbaycan dilinə.

Hələ nələr yazardı...

Az yaşadı, o, heyhat!

Ölüm vaxtsız apardı,

Peşiman qaldı həyat.

Söz ilə hələ neçə 

Əsrlər aşacaqdır...

Həyat ilə həmişə

Vurğun yaşayacaqdır!..».

Şair, «Müşfiqi» adli şeirində (1968 mart) Azərbaycanin iste-

dadli gənc şairi Mikayil Müşfiqin aci taleyini qələmə alir:

«Mənim qisasım var qoca dünyada,

Nə idi günahı, o, getdi bada?

Günəş asimanda alovlansa da, 

Yerdə oxşadıram közə Müşfiqi.

Sevdi, bir gözəlin «qurbanı» oldu,

Yazdıqca yazdı o, sinəsi doldu.

Tez girdi qanlı qış, lalələr soldu,

Qoymadı bahardan yaza Müşfiqi.

Heyif! Təbiətin qanlı qılıncı, 

Uçurtdu sənətdə bir gözəl tacı.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

160


Bürüdü qar-boran yalı, yamacı,

Çiçəklər səslədi düzə Müşfiqi».

«Müşfiqə» adli şeirində (1968 aprel) isə eyni mətləbləri bir 

başqa prizmadan bəyan edir: 

«Köçdü dağ başından çənlər, dumanlar,

Ulduzlar sayrışdı dəstəbədəstə...

Ay da xumarlandı bir şeir həvəsdə.

Hər şeyə bir yeni nəğmə umanlar,

Ah çəkdi, dad etdi, qəlbi üşüdü,

Səni soruşdu...»

«Sənət aşiqi» («Cəfər Cabbarliya») adli şeirində (13.10.1969) 

o, Cəfər Cabbarlinin ədəbiyyatimizda tutduğu yüksək mövqeyi, 

özünəməxsus dəst-xətti, üslubu xüsusi məharətlə vəsf etmişdir:



«Bayron, Heyni, Şekspir

Az sevməmiş sənəti,

Taqor nəğmələrində

Qamçılamış zülməti.

Sevirəm sənətkarı,

Əsrinin vüqarıdır.

Daha artıq sevdiyim

Sənətkar Cabbarlıdır.

Kəlmələri dalbadal 

Kin, qəzəblə doludur,

Cabbarlının sənəti

Azadlığın yoludur.

Sənətinə onun tək


Xəyal cığırı – I cı̇ld

161


Vurğun bir insan hanı?

O, qoydu dünyamızda

Bir azadlıq dastanı.

O, qələm  götürmədi

Dağda gülə, çiçəyə, 

Nə də gözəl-göyçəyə...

Yazdı: «Hey, sən!

           Əski dünya, təslim ol!

           Sənə qarşı yürüş var!

           Yürüş var ha, 

                              yürüş var!».

Xalqinin  vətənpərvər  və  cəsarətli  mütəfəkkir  oğlu  Şixəli 

Qurbanovun ölümü ilə əlaqədar 1967-ci ilin iyul ayinda yazdiği 

«Ellər ağladi» adli şeirində isə o, yazir:



«Məni oyandırdı bir qanlı səhər,

Gördüm, yasa batıb bizim bu şəhər.

Yar ilə süründüm ora bir təhər,

Qəlbimdə titrəyən tellər ağladı.

Sel kimi axışdı övladi-Vətən,

Dedilər, can gedir vuran ürəkdən.

Baxıb izdihama, boynunu bükən,

Tərli bənövşələr, güllər ağladı...

...Fərhadın baxırıq taleyinə biz,

El ilə ağladı salonda «Sənsiz»,

Əsər dilə gəldi, danışdı sənsiz,

Qopdu sızıltılar, yellər ağladı».


Tofiq Məhəmməd oğlu Hüseynzadə

162


Tofiq  Hüseynzadə  ulu  babasi  Miskin Abdal  kimi Allahin 

ən  sevimlli,  əməlisaleh  bəndələrindən  biri  olub,  ilahi  hikmət, 

kəramət  və  fəzilətlərlə  mükafatlandirilmiş,  ruhunun  əbədi  var 

olduğuna, cisminin isə bu dünya kimi faniliyinə əmin olaraq, 

dünyəvi nemətlərdən uzaqlaşib, ancaq mənəvi dünyasinin zən-

ginləşməsi,  ruhi  təkmilləşmə  –  əbədiyyət  yolunu  seçmiş,  bu 

yolda bütün çətinliklərə sinə gərərək, maneələri mətinliklə aşa-

raq, müqəddəs yolçuluğun nurunda kamilləşərək, «kamil insan» 

mərtəbəsinə  yüksəlmiş,  onun  zəngin  şəxsiyyəti  də  məhz  belə 

yüksək əxlaqi dəyərlər iyerarxiyasindan təşəkkül tapmişdir.

 O, çox dərin mətləblərlə səsləşən və yüksək fəlsəfi məzmu-

na malik «Gedir» adli şeirində (1967 oktyabr) dünya yaranandan 

bəri insanliği düşündürən əsas fəlsəfi mühakimələrin dünyasina 

baş vurur, qəlbində yaşatdiği «min dünyaliq ah-naləsini», ulu 

babasi Miskin Abdal saza köçürtdüyü kimi, musiqi dünyasinin 

zəngin dərinliklərinə cumaraq, qoynuna aldiği tarinin tellərinə 

köçürdüyünü dilə gətirir:

«Ömür canı tərk edəndə,

Kim bilir ki, hara gedir?

Beyin cumur dərin fikrə,

Xəyal birbaş zara gedir.

...Nələr demir, mənə aləm,

Kin, qəzəbdən coşur qələm.

Min dünyalıq ahım-naləm,

Hərdən, telli tara gedir».

Kainatin sonlu və ya sonsuz olmasi və fəlsəfənin əsas prob-

lemlərindən  sayilan  digər  postulatlarla  bağli  şairin  «Səyahət» 

adli şeiri (09.02.1969) fəlsəfi ideyalarla çox zəngindir:




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə