Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə36/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   32   33   34   35   36   37   38   39   ...   143

Xəyal cığırı – I cı̇ld

167


«Ümmanlar, dənizlər, göllər əsəbi,

Kükrəyir onların nədən qəzəbi?..

Kəsilmir sahilə axan ləpələr,

Ləpələr sahilə inci səpələr.

 

Görünən, görünməz bütün varlıqlar,

Daim hərəkətdə, «ayaqda» olar. 

Pünhan hərəkətdə dağlar, təpələr,

Lakin aşkar coşar, daşar ləpələr.

 Kainatın sonsuz bir məkanında

Ən xırda dəyişmə, elə, o anda

Tam fərqli məkanda kiçik nöqtəyə,

Lap xırda sayılan varlığa, şeyə 

Təsirdə olarlar, bu hikmət birdir,

Kəhkaşan əzəldən qapalı sirrdir.

Ölümə məhkumdur, süküt, ətalət,

Hərəkətlə gələr cahana halət!

Kosmos, planetlər, qalaktikalar,

Atom, elektron, neytron, protonlar,

Bir-birinə bağlı hərəkətdədir,

Sevgi də, nifrət də zərurətdədir.

Varsa yerdəyişmə, həyat var demək,

Bunlara hökm edən bir Zat var demək!

Belədir, aləmin sirr xəzinəsi,

Tərs başa düşülür hər bir kəlməsi. 

Düzgün anlamağa hikmət gərəkdir,

Hikmət hər insana əsas bəzəkdir».


Tofiq Məhəmməd oğlu Hüseynzadə

168


Şairin «Hər görünən özü deyil» adli şeiri (1972 fevral) də 

insan  şüurunun  dərin  qatlarindan  soraq  verən  eyni  məzmunlu 

fəlsəfi düşüncələr kimi ən kamil mətləblərlə səsləşir:

«Tək Allahdır, O, bilir yanlış-düzü,

Nihan qalır, düşündürür dərd bizi:

Hər görünən, bəlkə, deyildir özü,

Bir nəsnə yaşadır iki tərs üzü –

Alqışa bələnmiş bir qarğış kimi.

Bir kəlmə ruhuna çox məna qatır,

Hər məna kökündə hikmət yaşadır...

Şərbət tələsində aslanlar yatır,

Dərdlərin dərmanı, sırf zəhər dadır, 

Tərbiyə təsirli sərt baxış kimi.

Baş vurub hikmətin gen dəryasından,

Dərs aldım həyatın ağ-qarasından,

Sevinc axtarmadım heç harasından,

Öyrəndim çox şeyi qəm yarasından,

Əqlə nur çiləndi, gur yağış kimi.

Niyyəti pünhandır külli-cahanın,

Dövranı çox olmaz bir adın-sanın,

Torpaqda gizlənmiş sirri zamanın – 

Nə vaxt ki, xətm oldu cismi insanın,

Çəkdi öz qoynuna bir ağuş kimi».

Şair 09.05.1967-ci il tarixdə qələmə aldiği «Səslər havada qa-

lir» adli şeirində də, elmi-texniki tərəqqinin hələ indi müəyyən 



Xəyal cığırı – I cı̇ld

169


etdiyi – kəşf etdiyi «hava məkaninin səsləri yadda saxlamasi»na 

dair ilahi sirr barədə, yarim əsr – 50 il bundan əvvəl «havanin baş 

verən bütün səsləri, ah-fəryadlari və sair sədalari maqnitofon lenti 

kimi yadda saxlamasi və nə vaxtsa bunu oxudacaği» fikrini dahi-

yanə şəkildə irəli sürmüşdür. Əslində bu elmi-texniki nailiyyətlə 

yanaşi,  «Qurani-Kərim»də  bədən  üzvlərimizin  Qiyamətdə  bizə 

qarşi şahidlik edəcəkləri barədə ayələrlə də səsləşir:  

                    



«Yer üzündə, dünyada

Gör, neçə fəryad qalıb!?

Milyon, milyardlarla da

Yarımçıq həyat qalıb.

Yüz gözəlin sevgisi

Qalıb belə, havada.

Müharibənin səsi,

Qanlı dava-şava da.

Qışqırıq, bağırtılar,

Gülüşlər, qəhqəhələr,

Partlayış, gurultular,

Eh, daha nələr, nələr...

İtib, batıbmı bu səs,

Yoxa çıxmaz heç, əlbət!

Haraya yazılıb bəs?..

Harda gizlənir xəlvət?

Fırlanır aram-aram,

Ay ilə Yer kürəsi.

Qeyd edir qram-qram,

Hər bir şeyi hərəsi.


Tofiq Məhəmməd oğlu Hüseynzadə

170


Nə varsa kainatda – 

Keçmiş, indi, gələcək, 

Saxlayır yaddaşında – 

Böyük, xırda, zərrəcik. 

Çıxır nə var səmtinə,

Dinləyir o, hər kəsi...

Maqnitofon lentinə

Yazır yerdəki səsi.

Yazır, hələ, yazacaq

Ən uzaq gələcəyi,

Nə vaxtsa oxudacaq,

İnanın, bu gerçəyi». 

Şair, «Bircə addim» adli şeirində (1968 fevral) «Qurani-Kə-

rim»in ayələrində «hər anin bir hökmü vardir» hökmünə mü-

vafiq  olaraq,  İlahi  hikmətə  söykənərək,  sadəcə  bir  anin  insan 

həyatinda  köklü  dəyişikliklərin  əsasini  qoyduğundan,  həyati 

əhəmiyyətdən danişir:



«Hökmü çox böyükdür bircə addımın,

Çoxuna çox adi görünsə də bu.

Tək bircə addımda, bəlkə, bəxtimin

Oxunur ən böyük sirli məktubu!?.».

«Bir anliq xəyal» adli şeiri (20.11.1968) də eyni fəlsəfi fik-

rin qanadlarinda şairin könül atini çapmasindan yaranan xəyali 

bir mənzərini əks etdirir:




Xəyal cığırı – I cı̇ld

171


«Yamanca az qananlar

Bilmir ki, saniyədə,

Bilmir ki, bircə anda

Necə böyük qüvvə var?..

Hər saniyə deyilmi,

İnsana yaş artıran?!

Necə, damcı deyilmi, 

Dəniz dalğalandıran?!

Deyirəm ki, ay Allah,

Əzəmətə, gücə bax.

Dünyaya bu saniyə

Gəlir başqa bir nəsil.

Dünyadan bu saniyə 

Gedir başqa bir nəsil».

Şairin «Təsadüf» şeiri (31.10.1968) də eyni ideya məzmu-

nuna malik olmasi baximindan maraqlidir: 

«Təsadüfün özündə

Arzu qədər əməl var.

Bir arzu yarananda

Bir təsadüf arzular.

Arzunun yolu uzun,

Təsadüfsə, bir anlıq.

Açıq kamalda hər sirr

Qala bilməz qaranlıq».

02.12.1971-ci  il  tarixdə  Tofiq  Hüseynzadənin  2  yaş  ki-

çik qardaşi – özü kimi fitri istedadli, gənc həkim-cərrah Rafiq 



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə