Tofiq Məhəmməd oğlu Hüseynzadə
176
Bu, nə ündür, nə ahdır,
Önümüzdə sabahdır,
Göyçəsiz ötən günə
Ömür demək günahdır.
Ey, qara günlü Göyçə,
Fəryadlı, ünlü Göyçə,
Düşmənə vermə könül,
Ol, dəvə kinli, Göyçə.
Qəm yükü bağla, Göyçə,
Qəlbləri dağla, Göyçə,
El köçdü, yurd boşaldı,
Ağı de, ağla Göyçə».
Baki şəhərində yaşadiği müddətdə Tofiq Hüseynzadə pe-
daqoji və jurnalistlik fəaliyyətini davam etdirmiş, habelə Göyçə
həsrətini onun tarixini, folkloru və tarixi şəxsiyyətlərini tədqiq
etməklə ovutmağa çalişmişdir. O, Baki şəhərində nəşr olunan
«Ulu Göyçə» və yuxarida adlarini çəkdiyim sair çoxsayli mətbu
orqanlarda, Azərbaycan dövlət radiosu və televiziyasinda Göy-
çənin tarixi, folkloru, həmçinin öz ulu babasi Miskin Abdalla
bağli maraqli tarixi faktlari böyük auditoriyaya – oxucu, dinlə-
yici və tamaşaçilara çatdirmiş, Azərbaycan, o cümlədən Göyçə
folkloruna aid tarixin alt laylarinda qalib paslanmiş nadir folk-
lor nümunələrini tədqiq edərək mətbuatda, habelə, Azərbaycan
Milli Elmlər Akademiyasinin Folklor İnstitutu ilə əməkdaşliq
edərək, folklor antologiyasi toplularinda dərc etdirmişdir.
Şairin 20.03.1998-ci ildə qələmə aldiği «Miskin Abdal oca-
ğinda» adli şeirinə diqqət edək:
Xəyal cığırı – I cı̇ld
177
«Bir həqiqət, min hikmət var
Miskin Abdal ocağında,
Aşıb-daşan bərəkət var
Miskin Abdal ocağında.
Adını çək, dada çatar,
El yeriyər qatar-qatar,
Sazın, sözün sirri yatar
Miskin Abdal ocağında.
O, Tanrının qismətidir,
İnsanlığın ismətidir,
Şer oxunar sətir-sətir
Miskin Abdal ocağında.
Əsrlərin yoldaşı var,
Haqqın sirli sirdaşı var,
Neçə gülüş, göz yaşı var
Miskin Abdal ocağında.
Təmiz ürək abad olar,
Xəbis könül bərbad olar,
Tanrı sevən çox şad olar
Miskin Abdal ocağında.
Ona heyran qalıb bəşər,
Ayaq açıb, yeriməz şər.
Göyçə daha gözəlləşər
Miskin Abdal ocağında.»
Tofiq Məhəmməd oğlu Hüseynzadə
178
Şair, Azərbaycanin başqa dövlətlərin əraziləri hüdudlarin-
da qalan, həmçinin, ermənilər tərəfindən əsrlərdir, hissə-hissə
ələ keçirilərək qədim Azərbaycan torpaqlari hesabina yaradilan,
dünyanin böyük güclərinin əlində alət olan qondarma «Ermənis-
tan» adli dövlətin yaranmasini ürək ağrisi ilə qeyd etmiş, doğma
vətəni Göyçənin niskilini heç cür ovundura bilməmiş, yaradici-
liğinda milli ideallara daim sadiq qalmiş, bu ideallar onun qani-
na, canina hopmuşdur. Onun, 28.05.1992-ci ildə yazdiği «Azər-
baycan deyəndə» adli, tarixi faktlara söykənən, yüksək bədiiliyi
ilə yanaşi tarixiliklə də səciyyələnən şeiri Azərbaycanin zəngin
dövlətçilik tarixi, Azərbaycan xalqinin genezisi, görkəmli şəx-
siyyətlərinin tərənnümü baximindan çox dəyərli olmaqla, sanki,
Azərbaycanin «Tarix himni»dir:
«Cavanşirin igidlikdə bənzəri yoxdu, qəti,
İşğalçıya divan tutdu Babəkin hür milləti,
Tariximdə ən qüdrətli sayılan bir dövləti,
Yaratdı, həm seçimini düzgün etdi Xətai,
«Hansı üstün, Gülüstan, ya Azərbaycan? – deyəndə...
Səttarxan, Pişəvəri azadlığa verdi töhfə,
Rəzulzadə millətinə açdı yeni səhifə,
Azərbaycan istiqlalın yaydı hər bir tərəfə,
Demokratiya yolunda çatdırdı şan-şərəfə,
Gözlərini yumdu, o an – «Azərbaycan!» – deyəndə!..
Millətini, dövlətini, vətənini sevən kəs,
Dönük çıxmaz ölkəsinə, xainlik edə bilməz!
Vətənindən uzaqlarda gün keçirənlər əbəs,
Dar günüdür Qarabağın, yurda köməyə tələs!!!
Yad ellərdə qalma mehman, Azərbaycan deyəndə...».
Xəyal cığırı – I cı̇ld
179
Şair 21.03.1998-ci ildə yazdiği «Qirati yəhərləyin» şeirində
isə xalqi mənfur erməni işğalçilarina qarşi səfərbərliyə səsləyir:
«Bir əlçatmaz dağam mən,
Üçrəngli bayrağam mən,
Ölməmişəm, sağam mən,
Qıratı yəhərləyin!».
T.Hüseynzadənin, Azərbaycanin böyük şairi Məhəmməd-
hüseyn Şəhriyarin «Heydər baba» adli poemasina nəzirə kimi
yazdiği, Azərbaycanin ümummilli lideri Heydər Əliyevi, xalqi-
mizin düşdüyü ağir vəziyyətdən yeganə xilaskar kimi görərək,
hakimiyyətə qayitmaqla bir sərkərdə kimi doğma Vətənini ya-
ğilardan azad etməyə çağirişina həsr etdiyi «Heydər baba» şe-
iri (1991 dekabr), həmin dövrdə, yəni 1991-ci ilin sonlarinda
Azərbaycan xalqinin Heydər Əliyevə sonsuz ümid və sevgisin-
dən qaynaqlanan, qəlbində püskürtdüyü od-alovun, arzu-diləyin
ümumi ifadəsi kimi son dərəcə təsirlidir:
«Heydər Baba, ildırımlar çaxdı, gəl,
Sel yerinə, göz yaşımız axdı, gəl,
Yadlar bizə pis nəzərlə baxdı, gəl,
Qurtar bizi yağıların əlindən,
Qələbəni biz eşidək dilindən.
Görmürsənmi, Vətən mülkü talandı?
El-obamız od-alova qalandı,
Səndən başqa hər bir rəhbər yalandı,
Qayıt, gəl millətin başına keç sən,
Qurtar bu zillətdən, desinlər, əhsən!
Dostları ilə paylaş: |