Tofiq Məhəmməd
oğlu Hüseynzadə
172
Hüseynovun (Hüseynzadənin) 23 yaşinda xəstəlikdən vəfati
ilə əlaqədar həyatinda çox böyük sarsinti keçirməsi onun ya-
radiciliğinda da dərin iz buraxmiş və onun vəfati ilə əlaqədar
yüksək poetik təsir gücü ilə seçilən çox dəyərli şeirlər yazmiş-
dir. Həmin şeirlərin həyati təsir gücü o qədərdir ki, özündən
asili olmadan, onlari oxuduqca sanki, eyni ağir hadisəni özün
yenicə yaşayirsanmiş kimi onun yaşadiği hissləri, qəm-kədə-
ri bölüşməli olursan. Belə məzmunda olan şeirləri ürək ağrisi
keçirmədən oxumaq mümkünsüzdür. Şeirlərinin təhlilindən də
görünür ki, şairin bu hadisədən sonra həyatinda baş verən heç
nə, o ağir hadisəni azca da olsa ona unutdura bilməmiş, qardaş
itkisi bütün ağri-acisi ilə onun sonraki yaradiciliğina bütünlük-
lə sirayət etmişdir. O, qardaşinin vaxtsiz vəfati ilə əlaqədar, bə-
dii təxəyyülün ən yüksək qatlari ilə səsləşən fəlsəfi məzmunda
son dərəcə həyati şeir və poemalar yazmişdir ki, həmin əsərlər
böyük faciə yaşamiş insanin fəryadi, ah-naləsinin yüksək ədəbi
ifadəsi kimi çox dəyərlidir.
T.Hüseynzadənin 25.01.1972-ci il tarixdə bu mövzuda yaz-
diği «Beşik və həyat» şeirindən parçalara diqqət yetirək:
«Beşik yırğılanır...
beşik yol gedir...
Beşiyin içində bir oğul gedir...
Yol gedir bir ömrün yarım dünyası,
Yol gedir beşiklə ana laylası.
O, yatmır...
Günəşlə qalxır o başdan,
Bircə qığıltıya milyon «can» deyir!
Xəyal cığırı – I cı̇ld
173
Bilmir ki, oğlunu, elə, bu başdan,
Dəmirlər çeynəyir,
dəmirlər yeyir.
Təbiət fırlanır, ömür yol gedir,
Xeyir-şər qandığı yaşa çatmamış,
Arzusu, sevgisi başa çatmamış,
Dünyadan günahsız bir oğul gedir...
Tabut silkələnir,
tabut yol gedir...
Tabutun içində bir oğul gedir...
Yol gedir bir gəncin nakam dünyası,
Yol gedir tabutla ana laylası!
Beşik yırğalanır...
tabut yol gedir...
Beşikdən tabuta bir oğul gedir...
Beşik yırğalanır, fırlanır həyat,
Beşikdən tabuta kəsilmir fəryad!
Beşik yırğalanır...
zaman yol gedir...
Min oğul yaranır, min oğul gedir...
Fırlanır, dəyişir, yol gedir zaman,
Doğulur, böyüyür, məhv olur insan».
11.10.1981-ci il tarixdə Tofiq Hüseynzadə həyatinda ikin-
ci ağir sarsinti yaşamiş, atasi Məhəmməd 54 yaşinda vəfat
etmiş, vəsiyyətinə uyğun olaraq, Gəncə şəhərində yerləşən
Tofiq Məhəmməd oğlu Hüseynzadə
174
«İmamzadə» qəbristanliğinda mərhum oğlu Rafiqin qəbrinin
yaninda dəfn olunmuşdur. Bu, ikinci ağir zərbənin təsirindən
o, «Atam öldü!» adli çox təsirli şerini qələmə almişdir. Şairin
1981-ci ilin oktyabr ayinda yazdiği «Atam öldü» adli şeirindən
parçalar:
«Atan öldü!!!» – dedilər,
Üstümə dağ yeridi...
Kim çəkəcək bu dərdi?
Bu, nə ağır xəbərdi?..
Həyatım çıraq oldu –
Yandı-yandı əridi...
Qayıtmaz baş tacımız,
Ha... axtar, ha da ara...
Anam çəkdi bayatı,
Ellər qara büründü,
Bir insanın həyatı,
Nə tez yoxluğa döndü?!.
Nə dözülməz dərd oldu...
Arxamdan uçdu dağım,
(Boş qaldı solum-sağım,)
Viranə qaldı bağım,
Söndü odum-ocağım,
Tənha qaldım həyatda,
Məhv oldu təmtarağım.
Hardan gəldi qəzəbin?
Bu, nə dərddi, Allahım?
Xəyal cığırı – I cı̇ld
175
Göyə yüksəldi ahım...
Nəydi mənim günahım?
Niyə tək qoydun məni?
Mənim tək qibləgahım!!!».
Şair, həyatda ən yaxin doğmalarinin itkisi acilarini yaşadiq-
dan sonra 1988-ci ilin məlum hadisələri ilə əlaqədar olaraq, Er-
mənistanin apardiği soyqirim siyasəti nəticəsində qədim Azər-
baycan torpaqlari, Oğuz yurdlarinda qurulmuş qondarma «Er-
mənistan»da yaşayan Azərbaycanlilarin kütləvi şəkildə soyqi-
rima məruz qalaraq, yaşadiqlari əzəli yurdlarindan deportasiya
edilmələri səbəbindən, 1988-ci ilin dekabr ayinda Göyçədən
ailəlikcə əvvəlcə Qazax rayonuna, oradan isə 1989-cu ildə Baki
şəhərinə köçmüşdür. Əvvəlcə qardaşini, sonra atasini itirən şair,
Vətən itkisi ilə həyatinda üçüncü ən böyük sarsintini yaşamiş,
bu itki onun həyatini, taleyini büsbütün dəyişmişdir.
1989-1990-ci illərdə qələmə aldiği «Göyçə bayatilari»ndan
qəlbləri dağlayan bəzi parçalara nəzər salaq:
«Dağda dumanım qaldı,
Haqqa gümanım qaldı,
Göyçədə od-ocağım,
Dinim, imanım qaldı.
Bu, yaralı quş bizik,
Qanadı sınmış bizik,
Qürbətdə «Vətən» – deyib,
Budağa qonmuş bizik.