Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə40/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   36   37   38   39   40   41   42   43   ...   143

Xəyal cığırı – I cı̇ld

183


Bu, böyük ustadı gəl yaxşı tanı,                                                            

Hələ yazılmayıb ömür dastanı.                                                                

Bu, gizli deyildir, deyirəm aşkar,                                                         

Onu vəsf etməyə varmı sənətkar?!                                                       

Bu, hələ anılmaz bir həqiqətdir,                                                        

Sevilən, sənətkar, bir də sənətdir. 

                                                                   

Şair olmasam da, tapıb cürəti,                                                           

Qələmə aldım mən bu hekayəti.                                                            

Abdalın ömrünü incilər bəzər,                                                            

Gərək layiq olsun bu, kiçik əsər.                                                                  

Qoy mənə güc versin Ulu Yaradan,                                           

Əsərin adını qoyuram: «Şadman»».

Şair,  «Şadman  poemasi»nda  tarixi  fakt  və  məlumatlara 

əsasən, Miskin Abdalin dörd övladinin olmasi, iki oğlunun (Əli 

və Həsənin) Dağistan dağlarinda tufanda həlak olmasi, övladla-

rindan Şadman və Məleykənin sağ qalmasi, Məleykənin namus 

və ismətdə mələyə bənzəməsi,  Şadmanin isə cəsur igid olmasi, 

onun «miskinliyin şadimani» olmasini, yəni atasi Miskin Ab-

dalin  «Miskin»  təxəllüsünün  də  sufiliyin  ən  yüksək  məqami 

 olmasi,  eyni  zamanda  «Şadman»  («Şad»)  sözünün  də  qədim 

Azərlərdə (As, Az), Altay, Mesopotomiya və Misir türklərində 

Tanri adi və buna müvafiq olaraq ən yüksək Türk hökmdari Titu-

lu (Xaqan kimi) olmasi (Xəzər xaqaninin da adi Şad olmuşdur), 

təsəvvüfdə də «Şad» sözünün çox yüksək dərəcə, məna ifadə 

etməsi, Miskin Abdalin Təsəvvüf Şeyxi kimi Sufi yolçuluğun-

da ən yüksək pillələrindən birinə qovuşmasi anlamini daşimasi, 

bu sözün Azər (Türk) dilindən bir çox dillərə keçdiyi kimi, fars 

dillərinə də keçməklə, onlarda «sevinc, bəxtiyarliq, xoşbəxtlik, 



Tofiq Məhəmməd oğlu Hüseynzadə

184


nəşə» mənalarini verməsi, Sufilikdə xüsusi bir məqami (Təsəv-

vüf  nəzəriyyəsində  «sufinin  «Qəbz»  (İlyas)  halindan  «Bast» 

(Xizir) halina keçməsi (şadmanliq, bəxtiyarliq, sevinc mənalari-

ni verən – «Şad») – sufinin «bəxtiyarliğa» – «Şad»a qovuşmasi-

ni ifadə edən təsəvvüf anlayişi olmasina əsaslanmişdir:

        «Olur dörd uşağı, yaxşıdır bilsən,                                                                                          

        Şadman və Məleykə, Əli və Həsən.                                                

        Dağıstan dağları tufan qoparır,                                                      

        Əlini, Həsəni birdən aparır.                                                          

        Əzəldən qisməti beləymiş, bəlkə,                                               

        Yaşayıb, ömr edir Şadman, Məleykə.                                                

        Məleykə qız deyil, o, bir mələkdir,                                      

        Namusda, ismətdə aləmdə təkdir.                                            

        Şadman miskinliyin şadimanıdır,                                                            

        Bir elin basılmaz qəhrəmanıdır.».

Tofiq Hüseynzadənin ayri-ayri mövzulari əhatə edən yüzlər-

cə belə gözəl şeir nümunələrini saymaq olar. Onun, demək olar 

ki, əksər şeirləri şeriyyətin ən zəngin incəliklərini özündə ehtiva 

edərək, «bədii icad» metodlari, səslər ahənginin özünəməxsus 

daxili  ahəngi  yerli-yataqli  şəkildə,  məcazin  forma  və  çeşidlə-

rinin geniş imkanlarindan istifadə edilməklə yazilmişdir. Şeir-

lərində vəsf olunan, istər təbiət lövhələri, istər batini (daxili), 

istərsə  də,  camal  (zahiri)  gözəllikləri  bədii  lövhələr  şəklində, 

sanki fotoşəkil və ya videogörüntü kimi insanin, oxucunun göz-

lərinin qarşisinda çox gözəl, rəngarəng mənzərə kimi canlanir. 

Onun  şeirlərinin  bədiiyyati  böyük  və  zəngin  bir  xəzinə  təşkil 

edir.  Tofiq  Hüseynzadənin  şeirləri  janr  (forma)  və  məzmun 

fərqliliyinə baxmayaraq, demək olar ki, bütün – fəlsəfi, əxlaqi 




Xəyal cığırı – I cı̇ld

185


(etik),  estetik,  ictimai,  tarixi  mövzulari  əhatə  etsə  də,  hamisi 

bütövlükdə,  ulu  babasi  Miskin Abdalin  genetik  və  ruhani  va-

risliyinin, yüksək mənəviyyatinin – safliq, təmizlik, pakliq və 

ülviyyətinin təcəllasi olmaqla, vahid əxlaqi-bədii iyerarxiya təş-

kil edərək, fəlsəfi-ürfani piramidanin ayri-ayri kərpicləri, sənət 

inciləri  rolundadir. 

Tofiq  Hüseynzadənin  bu  kitabda  verilən  şeirləri  xronolo-

ji ardicilliq ilə – yazilma tarixlərinə uyğun olaraq verilmişdir. 

Lakin  əlyazmalarinda  həmin  şeirlər  müxtəlif  cür  adlanan  10 

«Dəftər»də həm xronoloji, həm də mövzu baximindan olmaqla 

toplanildiğindan bu barədə də məlumat vermək istəyirik:

1)  «Eşqimin  yollarinda»  adli  dəftərə  –  1966-ci  ilin  aprel 

ayinda yazdiği ilk şeirindən başlayaraq, 1967-ci ilin aprel ayi-

nadək yazdiği şeirlər

2)  «Ömürdən  yarpaqlar»  adli  dəftərə  –  03.04.1967–

11.12.1967-ci il tarixlərdə yazdiği şeirlər;

3) «Qurban olaram» adli dəftərə – 11.12.1967–11.12.1968-

ci il tarixlərdə yazdiği şeirlər;

4) «Qəm dəftəri» adli dəftərə – 24.06.1968–02.07.1968-ci il 

tarixlərdə yazdiği şeirlər; 

5) «Xəyal ciğiri» adli dəftərə – 05.07.1968–30.08.1968-ci il 

tarixlərdə yazdiği şeirlər;

6) «Könül dəftəri» adli dəftərə –  20.12.1968–27.04.1971-ci 

il tarixlərdə yazdiği şeirlər;

7) «Könül nəğmələri» adli dəftərə –  09.05.1971–15.09.1978-

ci il tarixlərdə yazdiği şeirlər;

8) «Ana laylasi – Qəm dünyasi» adli dəftərə – 30.12.1971–

03.03.1980-ci il tarixlərdə yazdiği, qardaşi Rafiqin vəfatina həsr 

etdiyi şeirlər;



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə