Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə46/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   42   43   44   45   46   47   48   49   ...   143

Xəyal cığırı – I cı̇ld

237


HANI GƏNCLİYİM, HANI?..

Üz üstə yixilmişam

Həyata mat qalmişam, 

Hani gəncliyim, hani?..

Neçə-neçə, onda, bax,

Həyat atsa badalaq,

Mən saymirdim heç onu.

Bumu həyatin sonu?!.

Açir sevgilim məndən

Dolanmiş qollarini.

Hani gəncliyim, hani?..

İstəməsəm heç nədən,

(Həyat hara, mən hara?..)

Dolayib qollarini,

Min-min gözəl yalvara.

Kiçik bir dar körpüdən

Mən keçmirəm qorxudan. 

Hani gəncliyim, hani?...

Bircə anin içində

Hoppanam neçə çaylar…

Deyirəm, gəncliyimdən 

Köçməyəydi kaş aylar...

Yeni həyat eşqinə, 

Yeni insan eşqinə 

Dağidaydim qayalar.

1967 yanvar




Tofiq Məhəmməd oğlu Hüseynzadə

238


YUXU

Bilmirəm həyatin sirdaşidirmi?

Gözümdə ölüm tək dolaşir yuxu.

İntiqam hissimin qardaşidirmi?

Görürəm, qilincla savaşir yuxu.

Xəyala gəlməyən yad bir insani,

Öldürüb bir anda, töküb qanini,

Olursan bir elin tək qəhrəmani,

Həqiqət gələndə tez çaşir yuxu.

Gəzirsən seyr ilə qalin meşədə,

Görürsən dil açir tər bənövşə də,

Asanca çixirsan sərtli döşə də,

Keçilməz dağlardan tez aşir yuxu.

Yatiram. Kim bilir, bəlkə ölmüşəm?!.

Ölüm hüzuruna durub gəlmişəm.

Yuxu mənasini bu gün bilmişəm,

Mənasiz, mənasiz bulaşir yuxu.

1967 yanvar




Xəyal cığırı – I cı̇ld

239


TEL ARASINDA

Əgər şeir yazsan – budur zəmanə,

Ömrünü gəl keçir, el arasinda.

Məhəbbət qəlbinə salsa nişanə,

Məcnun tək gəz, dolan, çöl arasinda.

İnsan ki həyatdan olurmuş yaman,

Alsa can, ömrünü bir qalin duman,

Namərdə sirrini açma heç zaman,

Qalarsan boranla sel arasinda.

Əgər dərdin çoxsa, götür telli saz,

Dağlara od salsin çağrilan avaz.

İnsanin həsrəti olanda da az,

Oxunur mizrabla tel arasinda.

1967 fevral




Tofiq Məhəmməd oğlu Hüseynzadə

240


DOSTLAR 

Könlüm havalandi bu dəmlər yenə,

Gəlin, qulaq asin sözümə, dostlar!

Bir xahiş naminə baxsaniz mənə,

Qiyaram mən onda gözümə, dostlar.

Necə bədbəxt olur həyatdan bezən;

Yerlə sürünmədim, olsam da küsən.

Yoxuşlu ellərə qalxan zaman mən,

Bir taqət verdiniz dizimə, dostlar!

Ey könül! Di bəsdir, di gəl, az inlə,

Söylə; sən gəzsən də yenə dizinlə:

«Sağ olun! Var olun! Bu gün sizinlə

Bir dağ yaratmişam özümə, dostlar!»

1967 fevral




Xəyal cığırı – I cı̇ld

241


QOCALIRAM, DEYƏSƏN...

Qocaliram, deyəsən...

Saçlarima düşür dən.

Demirəm, olum cavan,

Keçsin günüm firavan.

Ömürdəndir hər gedən.

Qocaliram, deyəsən...

Deyirlər ki, niyə sən,

Çatmamiş yari yaşa,

(Çatib cavanliq yaşa,)

Bir zeh çəkmisən başa?

Yoxsa çoxdan beləsən?..

Qocaliram, deyəsən...

Eynəyə möhtacam mən.

İndi tor görür gözüm,

İnanmiram mən özüm,

Nə tez qocaliram mən?..

Qocaliram, deyəsən... 

Saçlarima düşür dən.

Günlər nə yaman gedir,

İllər xəyal tək itir.

Ömürdəndir hər gedən.




Tofiq Məhəmməd oğlu Hüseynzadə

242


Qocaliram, deyəsən...

Tez yoruluram bəzən.

Uca dağlara yenə

Qalxiram dönə-dönə,

Lakin... qocaliram mən.

Qocaliram, deyəsən...

Ürəyimdən hər keçən,

Düşmənidir zamanin

Fikirləşir, dünyanin

Yox mənasi əzəldən.

Qocaliram, deyəsən...

Saçlarima düşür dən.

Qocaliğa nişanə 

Olmuş bu gün bəhanə. 

Sabah... bir qocayam mən.

1967 mart 



                                                    


Xəyal cığırı – I cı̇ld

243


DURMA! TEZ OL

Seyrinə çix bu aləmin, durma, tez ol!

İşvə satib, naz oynadib,

Baxişinla çox aldadib,

Yaralari ürəyimə vurma, tez ol!

Tez ol gedək, di gəl, məni yorma, tez ol!

Danişaraq min bir yalan,

Ortaliğa hər qan salan,

Hər böhtanlar, əfsanələr qurma, tez ol!

Gül-çiçəklər, bənövşələr baxir bizə,

Qipqirmizi ləçəkləri,

Şehli-şehli çiçəkləri,

Bu çöllər ki, öz əlilə taxir bizə.

Görürsənmi, kinli baxiş axir bizə,

Yadigardir. Gəz dünyada,

Duyursanmi indisə də...

Tənəli söz qismət oldu axir bizə.

Salamlayir ellər bizi, bax bu dəmlər,

Çix seyrinə gülüstanin,

Surətisən hər dastanin,

Bu aləmə işvələri yax, bu dəmlər. 

Demirəm ki, sel olaraq ax, bu dəmlər,

Deyirəm ki, gəl bir bənd ol,

Sellər kəsib mənə ver yol,

Qilincini tufanlara çax, bu dəmlər.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

244


Günəş çixir, görürsənmi, tut əlimdən!

Bu elləri gedək, gəzək,

Varliğadir sevgi bəzək.  

Bir ilham al ürəyinə xoş dilimdən,

Ürəyimə od salaraq, qaçma məndən. 

Ömrüm boyu inləyərəm,

Təkcə səni gözləyərəm.

Keçsəm yenə həsrət–həsrət göy çəməndən.

Yalvariram, gedək, gəzək durma, tez ol!

İşvə satib, naz oynadib,

Baxişinla çox aldadib,

Ciyərimə nalələri vurma, tez ol!

Tut əlimdən, di gəl, məni yorma, tez ol!

Min böhtanlar uyduraraq,

Saf eşqimə dərd salaraq,

Hər yalanlar, əfsanələr qurma, tez ol!

Getsən əgər, sən mənimlə, 

Sözlərimi yaxşi dinlə,

Gecikirik, durma! Tez ol!

1967 mart




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə