Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə54/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   50   51   52   53   54   55   56   57   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

300


«Allah kömək olsun!» – deyib, ağladin,

Yenə qucaqlayib, öpdün, yaladin...

Ayrildiq səninlə o gün, bir təhər, 

Məni qucağina aldi bu şəhər.

Gedirəm küçəylə, sən də mənimlə, 

Görürəm gözlərin yaşlidir hələ.

Dururam. Sən məni öpüb-yaladin,

«Allah kömək etsin!» – deyib, ağladin.

Yatiram. Görürəm yenə də səni,

Yenə də kədərli ötən səsini.

Səs gəlir, dönürəm, dayanmisan tək,

Tutur varliğimi bir aci külək.

Bəzən də ürəyim həsrətlə vurur,

Ayriliq, göz yaşi önümdə durur.

Qişqiriq. Qaçiram o səmtə sari,

Görürəm, ah çəkir kədər yaşlari. 

Bu dəm də məktuba çatmir qüdrətim,

Sənə qarşi olan böyük həsrətim. 

Şirin xəyalimi uçurur hər an,

Yenə də görürəm səni bu zaman.

Səninlə ağlayir mənim hər anim,

Unutsa virandir mənim xəyalim.

Sənə mən ömrümü, sənin tək, anam!

Göz yaşi içində versəydim qurban,

Dünyada nə qəmim?.. Xoşbəxt olardim!

And içib deyirəm: hər şehli səhər,

Sənsiz varliğima gətirir kədər. 

Bu qəmlə sönərsə mənim həyatim, 

Dünyada ən xoşbəxt insan olardim!

1967 iyul




Xəyal cığırı – I cı̇ld

301


VYETNAM NƏĞMƏLƏRİ

Hava tutqun... Duman, çən...

Bombalarin səsindən

Daşlar da gəlir dilə, 

İnsan dönüb bir selə,

Axir, axir durmadan.

Bombalardan qorxmadan

Bölünüb dəstə-dəstə, 

Keçirlər düşmən üstə.

Havadan güllə, barit 

Yağiş kimi tökülür,

Parlayanda qiğilcim,

Sanki göylər sökülür.

Amerika qudurmuş,

Qudurmuş bir it kimi,

Guya bu gün o, olmuş

Bu ellərin hakimi.

Vyetnamli qardaşim

Deyir: – Torpağim, daşim,

Olsaq da nəfərdən az, 

Düşmənə təslim olmaz! – 

Budur, hücuma keçir,

Düşmən dayanmir ancaq.

Sanki quş tək uçacaq,

Düşməni ot tək biçir.

Düşmən çəkilir geri,

Qəhrəmansa qişqirir:



Tofiq Məhəmməd oğlu Hüseynzadə

302


– Sizi tutacam diri! – 

Deyib, yenə bağirir...

Amerikan təyyarə 

Birdən meşədən çixir,

Sanki tüfəngdən çixir...

Qanad vurur göylərə, 

İçində çoxlu bomba,

Yiğilmiş tomba-tomba.

Səngərə yatan bir qiz

Tez qişqirir: – Həyasiz!

Tani indi Vyetnami, 

Di al ölüm payini! – 

Atəş ... tutulur hava...

Budur, təyyarə yanir,

Əsir olunmuş bomba, 

Düşmənə düşmən qalir.

Xeyli çəkilmiş geri

Bu gün yirtici düşmən. 

Çoxu tutulmuş diri

Vyetnama əsir düşən. 

Diz çökərək yalvarir,

Deyir, qələt etmişik,

Quduz yolla getmişik.

Yenə yalvar-yaxarir...

Bu gün yirtici əsir,

Necə titrəyib, əsir...

Axan vətən qanlari 

Bağişlamaz onlari.




Xəyal cığırı – I cı̇ld

303


Qəhrəman nişanli qiz 

Zəncirləyir onlari.

Baxir əsir üzünə 

Tüpürür. Sonra isə 

Göstərir zindanlari.

Bu eşqi həyali qiz 

Alib qələm əlinə, 

Cəbhədə sevgisinə 

Dolanib ayir-ayir,

Belə məktub başlayir:

–  Salam, əsgər yoldaşim,

–  Salam, ömür yoldaşim.

Bilirik ki, biz bu il

Məhəbbət vaxti deyil.

Bu il düşmən qaçacaq,

Sözsüz təslim olacaq.

Cəbhə də cəhbə kimi, 

Sevgi də sevgi kimi. 

Olariq onda xoşbəxt, 

Gülər bizə səadət.

Bu gün yaman qirmişiq

Qudurmuş azğinlari, 

Xeyli əsir almişiq

Buxovladiq onlari. 

Sizin cəbhədə necə?..

Yaz mənə məktubunda, 

Hələlik... Qaravulda 

Durmaliyam bu gecə.




Tofiq Məhəmməd oğlu Hüseynzadə

304


Bütün qoca, gənc-cavan

Doluşmuş səngərlərə. 

Bu qudurmuş itlərə 

Göstərir ağir divan!

Lap balaca uşaq da 

Min bir işə yarayir,

Olsa sursat uzaqda 

Daşiyib qucaq-qucaq...

Oxuyur kinli mahni:

«Amerika, it qani

Sabah təslim olacaq!»

Vyetnamin daşi da, 

Torpaği da hücumda, 

Ayaq tutub yeriyən

Uşaği da hücumda.

Şikəst qalmiş bir qoca

Qişqiraraq çox uca... 

Göstərib irəli yol,

Deyir: «Düşmən, təslim ol!»

Dünya gəlmiş qəzəbə

Bu ağir işgəncədən,

– Endirək ağir zərbə! – 

Deyirlər, hər ölkədən.

Dünya qalxmiş ayağa,

Deyir:

– Düşmən, çəkil uzağa!




Xəyal cığırı – I cı̇ld

305


Gəl oynama alovla,

Düşərsən düşməz hala.

Bütün dünya: Hindistan,

SSRİ, Pakistan...

Deyir: – Demə ki, təkik,

Vyetnam, səninləyik!!!

Şan-şöhrəti ucalan, 

Dillərə dastan olan

Azərbaycan danişir,

Kin, qəzəbdən alişir.

Qişqirir tez-tələsik:

– Vyetnam, səninləyik!!!

1967 iyul



Tofiq Məhəmməd oğlu Hüseynzadə

306


BİR ULDUZ OLDUN

(Cəlil Məmmədquluzadəyə)

Doğuldun. Cahana bir ulduz oldun,

Zamanin qüdrəti qaldi bir yana.

Qaranliq gecədə bir gündüz oldun,

Qoymadin şəfəqin şərə boyana.

Səslədin sən: «Sizi deyib gəlmişəm,

Ey mənim müsəlman, can qardaşlarim!

Ürək ağrisini bilib, gəlmişəm,

Axir sizdən ötrü qanli yaşlarim».

Sənin kədərini qişqirmaq üçün,

Həyat bəxş elədi «Molla Nəsrəddin».

«Yatib, ayilmiriq» – deyəndə – neçün,

Onun qüdrətində boğuldu şər, «cin»?..

Səni görsəydilər xəyal içində, 

Papaği bir yana, özü bir yana...

Qaçardi «molla» da, qaçardi «cin» də,

Bax budur şərəfin siğmir dastana.

Doğuldun. Öldürdün cəhalət «din»i,

Ölmədin. Zamanla yaşa dolursan.

Bildin ömrün kimi elin qədrini,

İnan bu gün daha canli durursan!

1967 iyul




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə