Tofiq Məhəmməd oğlu Hüseynzadə
270
Düşündükcə səni mən, duman keçir başimdan,
Bircə günlük ömürdən illər ötür yaşimdan.
Ah, necə bədbəxt oldum,
Qəmlə, kədərlə doldum,
Yoxsa, bu gün dardasan?
Qişqir, tez ol, hardasan?
1967 iyun
Xəyal cığırı – I cı̇ld
271
SƏNİ AXTARIRAM
Səni axtariram. Çoxdur nazənin.
Baxiram üzünə gəlib-gedənin.
Səni görürəm…
Fikrə gedirəm…
Taniya bilmirəm, bilmirəm ki, sən
Toylarda gördüyüm həmin gözəlsən.
Xəyala daliram… çatilir qaşim,
Ağlim sual verir qarma-qarişiq.
Gəlmir köməyimə könül sirdaşim,
Bir də ki qəlbimə olan yaraşiq.
Bu işvə nədir?
Ya əfsanədir?..
Cüt gəzib, dolanir elləri tamam,
Elə bil, qəsdimə girir o haman.
Əgər ki, sən orda gəzsəydin ayri,
Dinərdi qəlbimin söz ixtiyari.
Gəl mənə inan!
Keçsə də zaman!
Səndə bu ayriliq olmazdi uzun,
Mənimlə gəzərdin, dolanib qoşa.
Bilərdim dərdini yanan ulduzun,
Həsəd aparardim o qövsi-qaşa.
Bir böyük haqla,
Yadinda saxla!
Sən ki nə zamanlar məni ki gördün,
Tərk elə dəstəni göyərçin kimi.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
272
Lakin bu gün sən,
Bilmirəm nədən,
O, gənclik atini çaparaq sürdün?
Sanki ürəyində intiqam kini!
Bilmirəm, yoxsa...
Qoy susa-susa...
Deyim ki, utandin öz gəncliyindən,
Bir də ki, həyatin dəcəlliyindən.
Bunu daha yaxşi bil,
Utanmaq vaxti deyil.
Bu dəm sən utansan məhəbbətindən,
Sabah şikayət ver bədbəxtliyindən.
Bizim qocalarin bir misali var,
Deyirəm, eşitsin vəfali ilqar:
«Utancaqliq, insanin
Qorxulu düşmənidir».
1967 iyun
Xəyal cığırı – I cı̇ld
273
HEYİF Kİ…
Heyif ki, qəlbimi açmişam sənə...
Mən bu gün duydum ki, lap aldanmişam.
Açmazdim sirrimi yel tek əsənə.
Yenə də bir dərin fikrə dalmişam...
Mən bu gün duydum ki, lap aldanmişam...
Heyif ki, arzumu, xəyallarimi,
Tək sənin yolunda qurban verirəm.
Ömrümdən ötüşən hər aylarimi,
And içib həmişə, qəlbən deyirəm:
«Tək sənin yolunda qurban verirəm».
Heyif ki, bahara, çiçəkli yaza,
Mən orda səninlə birgə olmuşam.
Bilmədim qurbanam bir sehrbaza...
Yaxşi yadindadir, fikrə dalmişam,
Mən orda səninlə birgə olmuşam.
Heyif ki, sözümə, saf ilqarima,
Sənə söyləmişəm: «Sevirəm səni»,
Vəfali olmuşam nazli yarima.
Gecəni xatirla, gəl dinlə məni,
Sənə söyləmişəm: «Sevirəm səni!»
Tofiq Məhəmməd oğlu Hüseynzadə
274
Heyif ki, çəmənə, o şehli düzə,
Səninlə gəzmişəm, dolanib qoşa.
Bir səhər ertə ki, gül üzə-üzə
Mən həsəd etdikcə o qövsi-qaşa,
Səninlə gəzmişəm, dolanib qoşa.
Heyif ki, əllərim saçini hörmüş,
Vəfa yox imiş ki, o gəncliyində.
Bu gün saf diləyim kədəri bilmiş,
Yalanlar görmüşəm dəcəlliyində.
Vəfa yox imiş ki, o gəncliyində...
Heyif ki, bu dəmlər bu şeri, sözü
Sənin əməlinə yaziram, heyif...
Qoy səndən çəkilsin qələmin gözü,
Yenə də ürəkdən «nazli yar» – deyib,
Sənin əməlini yaziram, heyif...
1967 iyun
Xəyal cığırı – I cı̇ld
275
QAZAXDADIR
Əyləşsəm də yorğun kimi,
Dinir qəlbim oğrun kimi,
Vaqif kimi, Vurğun kimi
Çox sənətkar Qazaxdadir.
Qonaq gəlin bu yerlərə,
Sevinc versin görənlərə,
Vəfa qilin gözəllərə,
Düz əhd, ilqar Qazaxdadir.
Çixsin canim desəm, yalan,
Könül qirib fikrə dalan.
Ürək yixib, canlar alan,
Çox işvəkar Qazaxdadir.
Yansa əgər eşqə biri,
Atəşlərə diri-diri,
Alovlardan çəkən geri
Nazli nigar Qazaxdadir.
Gül-çiçəkdir başdan-başa;
Bənövşələr qoşa-qoşa.
Könül baxib, gəlir cuşa,
Bir çəmənzar Qazaxdadir.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
276
Qonşu ona Göyçə eli.
Ordan qopan səhər yeli,
Qanad çəkib, keçir çölü;
Şehli nübar Qazaxdadir.
Yaz olanda budur gerçək:
Ağaclardir çiçək-çiçək;
Sallaq vurur ləçək-ləçək,
Hər bağca, bar Qazaxdadir.
Sərinləmək olsa fikrin,
Bu elləri keçmə dərin.
Tez atdan en, budur yerin,
Buz bulaqlar Qazaxdadir.
Böyük tala, yaşil dərə
Salam verir görənlərə.
Gəzməyə gəl bu yerlərə,
Uca dağlar Qazaxdadir.
Hər nə varsa şerə düzüm…
Həqiqəti gördüm özüm.
Qəmli deyər, budur sözüm:
Xoş arzular Qazaxdadir.
1967 iyun
Xəyal cığırı – I cı̇ld
277
YADIMA DÜŞDÜ
(Küsüşmüşük)
Onunla görüşdüm yenə o izdə,
Ötüşən günlərim yadima düşdü.
Danişa bilmədik hər ikimiz də,
O, şirin dillərim yadima düşdü.
Ömrümü bürüdü havali bir səs,
Qəlbimdən sönmədi yenə də həvəs,
Titrədi bədənim, dedilər, tələs!
Gəzdiyim ellərim yadima düşdü.
İlham kinlə coşdu, kinlə baxanda,
Ürək tamam susdu. Gözlər axanda,
Həmişə saçina çiçək taxanda,
Titrəyən əllərim yadima düşdü.
Çəkdim həsrətini ötdükcə dövran,
Hicranla qəlbimi eylədi viran.
Onun bir gününə həmişə qurban,
Verdiyim illərim yadima düşdü.
Oxudu. Dedim ki, bu dağ kəkliyi
Məni də çağirir, sevmir təkliyi.
İlhamla yaratdim hər gözəlliyi,
Şeir, qəzəllərim yadima düşdü.
1967 iyun
Dostları ilə paylaş: |