Xəyal cığırı – I cı̇ld
221
ŞİKAYƏT
Mən səni sevmişdim zülmətli bir boranda,
Sevmişdim yaz olanda.
Sənin gözəl zülfünə taxmamişdim bir çiçək,
Taxmişdim ətək-ətək.
Mən ki sənə demədim ətirli bir çiçəksən,
Aləm bilir mələksən.
Hüsnünün gözəlliyi dünyamizi mat qoyub,
Qəlbimi oyub, oyub...
Demədim ki, ömrümün sonuna bir balta vur,
Dedim, sədaqətli dur.
Arabir qəsdmi, nəmi, çəmənliyi gəzərdin,
Çiçəkləri əzərdin,
Boyuna baxmaq üçün dalinca yol alardim,
Dağlara yollanardim.
Əlvan-əlvan çiçəklər saçlarina taxardim,
Həsrət-həsrət baxardim,
Düşünərdim, dünyada ən ucadir məhəbbət.
(Aşiqlik deyil sənət.)
Hər bir əmrin ömrümə olardi böyük qərar,
İndi budur ahu-zar.
Bilmədin harda qaldi o söz, o əhd, o ilqar...
Qəlbimə olmadin yar.
Saldin məni həmişə alovlara, odlara,
Ömrümə vurdun yara.
Eylədikcə sən məndən ona, buna şikayət,
Mən oluram xəcalət.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
222
Gözlərim baxib ancaq, bircə özün desənə
Bir Günəşə, bir sənə.
İndi, budur görürəm, gəzirsən məndən kənar,
İnanimmi buna yar?!.
Anladim, düşdüm başa, səndə olan məhəbbət
Deyilmiş mənə qismət.
Ömrü boyu əzablar içində odlanib, yar,
Sədaqəti atanlar!
1966 aprel
Xəyal cığırı – I cı̇ld
223
ŞÜBHƏLƏRİM
Niyə iki olur, bilmirəm niyə?
Dünyada hər bir şey, hər bir arzu da.
Bu nəyə lazimdir, bilmirəm nəyə?
Tək olsa olmazmi hər şey dünyada?..
Yaşayir birlikdə ölümlə insan,
Ürək də ürəyə tez yoldaş olur.
Birgə doğulmuşdur azadliq, zindan,
Hər isti yayin da bir qişi olur.
Sirdaşdir o gündən pis ilə yaxşi,
Günəşin yerində gəzər qaranliq.
Kimlər görməyibdir gülüşü, yaşi?..
Vuruşda taninib hər qəhrəmanliq.
Köhnə əvəzinə olur təzə şey,
Hər dərdə tapilir bir gözəl həmdəm.
Sakitlik obada çalinir bir ney,
Gəzir talelərdə sevinc ilə qəm.
Alovu, atəşi sular söndürür,
Əridir buzlari o, böyük Günəş.
Birisi ağlayir, başqasi gülür,
Əzəldən yağidir su ilə atəş.
Mənim də ürəyim başqa ürəklə
Bir yerdə od tutub, bir yerdə yanir.
Özüm də vurğunam həmin gözələ,
Baxib ikimizə, həyat nurlanir. 1966 may
Tofiq Məhəmməd oğlu Hüseynzadə
224
ANAMIN SƏSİ
Özü müqəddəsdir, adi əzizdir,
Ömrünü, gününü bizə bağlayib.
Eşqi də qəlbi tək tərdir, təmizdir,
Vaxt olub ah çəkib, səssiz ağlayib.
Yerləri yandirib odlu nəfəsi,
Çatmayib göylərə anamin səsi.
Bizə lay-lay deyib uzun gecələr,
Doğub çox səhərlə, yanib şam kimi...
Deyiblər, həqiqət sinmaz, incələr.
O günlər ötüşüb bir axşam kimi,
Həmişə inləyib qəmli nəğməsi,
Dağ çəkib illərə anamin səsi.
Keçmişə min nifrət, alqiş sabaha,
Zəncirlər, buxovlar parçalanibdir.
Daha inanmiriq biz mövhumata,
Anam ki, nahaqdan, qəsdən yanibdir.
Kimə qurban gedib eşqi, həvəsi?!,
Tarixdən soruşur anamin səsi.
İndi dünya bizim, şadliq bizimdir,
O, qara günlərdən aralanmişiq.
Anam ürəyimdir, iki gözümdür,
Onu ömrümüzə ilah sanmişiq.
Bu gün könlümüzün olub müjdəsi,
Aparir ağ günə anamin səsi.
1966 iyun
Xəyal cığırı – I cı̇ld
225
İNSAN
İllər qanadlanib, tez ötüşəndə,
Saçlara vədəsiz bir zeh düşəndə,
Ömürü, həyati fikirləşəndə
Görürəm, su kimi bulanir insan.
Durduqca dünyanin ömrü uzanir,
Nə bir dərdi vardir, nə də ki, yanir.
Vaxt olur qudurur, hər şeyi danir,
Odlarin içində qalanir insan.
Könül, çürüyərik hər an qəm yesək,
Bu dərddən o dərdə quş kimi az sək.
Dünyada hər şeyə əbədi desək,
Əzəldən xəyal tək dolanir insan.
1966 iyul
Tofiq Məhəmməd oğlu Hüseynzadə
226
HƏKİM
Xəyali küsdürən hər iniltiyə
Ürəkdən yanaraq, «can!» deyir həkim.
Bari, o yaşasin, ölməsin deyə,
Çəkir ürəyindən, qan verir həkim.
Adi bir xətadan dayansa ürək,
(«Əcəli burdadir» – deməyək gərək!)
Hamidan artiq o, əzab çəkəcək.
Bəzən də ölümlə pəncələşərək,
Ölən bir insana...
Sönən bir həyata can verir həkim.
Zamana, hökmə bax!
Ölümdür gəzən...
Nə vaxt məhv olacaq, ah, bu, yol kəsən?
Əlində dərmani dayanib, bəzən,
Ah çəkib görürsən, yan verir həkim.
1966 avqust
(«Sosialist Sumqayıtı» qəzetinin
30.12.1967-ci il tarixli sayında
dərc olunmuşdur.)
Xəyal cığırı – I cı̇ld
227
MƏNİM DOĞMA BAKIMDIR
Ürəklərə yol açan
Mənim doğma Bakimdir.
Mahnilara nur saçan
Mənim doğma Bakimdir.
Olanda Ayli gecə,
Şirin sözə gəlincə,
Könül deyir sevincə,
Mənim doğma Bakimdir.
Səadətdən yaranmiş,
Yüksəlişlər aranmiş,
Yerdə Günəş tək yanmiş
Mənim doğma Bakimdir.
Məhəbbətin yar gözü,
Dastanlarin ilk sözü,
Həqiqətin lap özü
Mənim doğma Bakimdir.
Durarmi deyin, bari,
Ürək ürəkdən ayri?
Baharin da bahari
Mənim doğma Bakimdir.
Dostları ilə paylaş: |