Tofiq Məhəmməd oğlu Hüseynzadə
16
MÜŞFİQƏ
Bir səhər çəmənə düşmüşdü yolum,
Günəş boylanirdi üfüqdən təzə...
Güllər çəmənlikdə çixirdi dizə.
Dolandi nərgizin boynuna qolum,
Bu zaman çəməndən bir bülbül uçdu,
Səni soruşdu...
Daldim təbiətin seyrinə dərin,
Keçmişi təzədən varaqladim mən...
Bir bülbül səsini soraqladim mən.
Qurbani olmadim ahin, kədərin,
Yadima min yeni xatirə düşdü,
Səni soruşdu...
Köçdü dağ başindan çənlər, dumanlar,
Ulduzlar sayrişdi dəstəbədəstə...
Ay da xumarlandi bir şeir həvəsdə.
Hər şeyə bir yeni nəğmə umanlar,
Ah çəkdi, dad etdi, qəlbi üşüdü,
Səni soruşdu...
1968 aprel
Xəyal cığırı – II cı̇ld
17
AD YERİ
Həmdostumla bir gün biz
Şeir verdik qəzetə,
Çox keçmədi şerimiz
Çap oldu dəstə-dəstə.
Qəlbimi ovdu bir səs...
Onun adi yuxarida,
Mənim adim aşağida
Yazilmişdi, niyə bəs?..
Başimdan keçdi duman,
Düşündüm xeyli zaman,
Boğdu məni bu həsrət...
Tapmişam ki, nəhayət,
Şerin, sözün altinda
Hələ mən inləyirəm.
Söz məni yox, bu anda
Mən sözü dinləyirəm.
Dostum isə yol keçib,
Hər şeri ölçüb-biçib,
Sözlər ilə vuruşmuş,
Bu eşqinə and içib,
Sözün başinda durmuş.
Billəm, adim heç zaman
Dayanmaz sözdən uca,
Dostum kimi bir, böyük
Sənətkar olmayinca.
1968 aprel
Tofiq Məhəmməd oğlu Hüseynzadə
18
CEYRANI
Aman ovçu, insaf eylə, vurma sən
Sol yanindan yaralanmiş ceyrani.
Qoy yetişsin, son nəfəsdə yorma sən,
Balasindan aralanmiş ceyrani.
De, kim vurdu ona çatib xanədə?
Nahaq qanlar nahaq qalmaz sinədə.
Unudarmi qoca dağlar yenə də
Ürəyindən paralanmiş ceyrani?..
Qəmli deyər, yazda çiçək solarmi,
Boşalan qab dönə-dönə dolarmi?
Sağalsa da, de, gətirmək olarmi,
Bu yerlərdən qaralanmiş ceyrani?
1968 aprel
Xəyal cığırı – II cı̇ld
19
SƏNİ DÜŞÜNÜB, ANA
Ay ana, de, saçlarin,
Nə tez ağardi, niyə?
Yox idi bəyazlarin,
Niyə ağardi, niyə?..
Görüb qəmgin olmadin,
Ürəyə bax, ürəyə...
Çox gəncdir yaşin sənin,
Ağarir başin sənin.
Bəlkə də olmasam mən,
Saçina gec düşər dən.
Mənim ki, ömrüm, günüm
Qəlbində boy atibdir.
Ürəyində gəncliyim,
Uşaqliğim yatibdir.
Çəkdiyin zəhmətlərin
Saçina ağ qatibdir...
Varliğimla yaşayib,
Gülüşümlə gülmüsən.
Qəm-qüssəmi daşiyib,
Qədrimi çox bilmisən.
Mən dönəndə iməyə
Üzümdən az öpəydin.
Dərdimi az çəkəydin,
Niyə qocaldin, niyə?
Tofiq Məhəmməd oğlu Hüseynzadə
20
Əl eyləyib gəncliyə
Nə tez qocaldin, niyə?
Görəndə nə vaxt səni,
Baş endirib həmin dəm
Saçindan utaniram,
Utaniram, yaniram…
Könlümdən getməz bu qəm.
Səni düşünüb, ana!
Düşünüb yana-yana
Təbiətə baxiram.
Üfüqlər ağ rəngdədir,
Günəşdən, Aydan qopan
Şəfəqlər ağ rəngdədir.
Səhralara baxiram,
Ağ dumanlar sürünür.
Qərəz, hara baxiram,
Hər şey düm ağ görünür.
Mən buna mat qaliram,
Xəyallara daliram...
Şəlalə tək axiram,
Şeriyyətə baxiram...
Düşüncəm boğur məni.
Deməmişəm qəlbimi,
Kağizlar ağ rəngdədir.
Bunun sirri nədəndir?..
Xəyal cığırı – II cı̇ld
21
Arzu, xəyal yelkəni
Qoparir fəryad, aman?!
Qulağima bu zaman
Ağ rəngli bir səs gəlir...
Səs gəlir, çox yüksəlir;
– Analarin saçlari,
Yolunda övladlarin
Vaxt-vədəsiz ağarir.
Təbiət də ananin
Çəkdiyini çəkərək,
Analarin saçi tək
Aləmi ağ boyayir.
Ay ana, mənim ömrüm
Qəlbində boy atibdir.
Ürəyində gəncliyim,
Uşaqliğim yatibdir.
Ana, ay əziz ana,
Saçini tez ağartdin...
Ay qəlbi təmiz ana,
Pis günü uda-uda,
Məni azad dünyada,
Ağ günlərə çixartdin.
1968 aprel
(«Gənc müəllim» qəzetinin 03.06.1968-ci il tarixli
sayında «Anama» başlığı ilə dərc olunmuşdur).
Tofiq Məhəmməd oğlu Hüseynzadə
22
ARZU
Dilbər gülüşlümü görsəydim əgər,
Qara saçlarini hörsəydim əgər,
Yenə eşitsəydim şirin sözünü,
Görsəydim sevdiyim şəhla gözünü,
Dinləsəydim onun o, şux səsini,
Yenə də duysaydim qəhqəhəsini...
Nə dərdim...
Qara torpaqlari o gün öpərdim.
Atsaydim mən ona sari qədəmlər,
Görsəydim mən onu... yenə o dəmlər,
Ölüm varliğima soraq salsa da,
Canimi o yerdə yenə alsa da...
Nə dərdim...
Ruhən bülbül kimi daim ötərdim.
Eşqini eşqimə ad eyləsəydim,
Dünyani onunla gəzə bilsəydim,
Yar deyib, əlinə dəysəydi əlim,
O vaxt varliğimi yixsaydi ölüm...
Nə dərdim...
Dünyadan lap, dərdsiz köçüb gedərdim.
1968 aprel
(«Gənc müəllim» qəzetinin 08.01.1970-ci
il tarixli sayında dərc olunmuşdur.)
Xəyal cığırı – II cı̇ld
23
ÜRƏYİM MƏNİM
Dostum, ayaq saxla, mənə qulaq as,
Hər sadə kəlməmi düşünmə dayaz.
Bir əlimdə şeir, bir əlimdə saz,
De, niyə sixilir ürəyim mənim?
O nədir? Görünür bir çəmən par-par,
Durma, əlimdən tut, məni də apar.
Kökümdən zəifəm, qorxma, çək qopar!
Qoy yada qalmasin kürəyim mənim.
Acizəm, hər şeyə dayanmişam lal,
Gəlir sinəm üstə qüssə dalbadal.
Yeyirəm. Qorxuram. Deyildir halal,
Halal qazandiğim çörəyim mənim.
1968 aprel
Dostları ilə paylaş: |