Xəyal cığırı – I cı̇ld
129
«İstər» adli şeirində (1967 dekabr) şair bütün canlilarin son-
suz yaşamaq həvəsindən, ölməzlik, daim var olmaq arzularin-
dan danişir:
«Yaşamaq həvəsi şirindir yaman,
İnsan fikirdədir, xəyaldır duman.
Küləklər qoparıb, teyləyən zaman,
Hər sünbül bir ovuc boz torpaq istər».
T.Hüseynzadənin «Mənim arzum» adli şeiri də (1967 de-
kabr) eyni ülvi hissləri, motivləri ehtiva edir:
«Mənim də qəlbimdə min-min arzu var,
Bax, budur arzumun ən böyük andı:
Verəydim əbədi sizə, insanlar!..
Yaşamaq eşqində ömrü, həyatı!».
«Gənclik» adli şeirində (1967 dekabr) şair, həyatinin gənc-
lik çağlarinin əbədi var olmasini arzu edir:
«Ürəyim ağrıyır; şikayətim var,
Getməyə, ömrümdə qala gəncliyim.
Əbədi hüsnümdə tutaraq qərar,
Ömrümə yaz-bahar ola gəncliyim».
Şairin «Yaşamaq istəyirəm» (1967 oktyabr) şeirində, mənə-
vi dünyasinin sərhədləri onun xəyalinda canlandirdiği fiziki öm-
rünə siğmir, qələmi ilə əbədiyyətə qovuşub, həyatda özündən
sonra bir yadigar qoymaq arzusu ilə ölümə qarşi üsyan qaldirir:
Tofiq Məhəmməd oğlu Hüseynzadə
130
«Qalmamışdır əlimdən,
Həyata bir yadigar.
Barı, ölsəm qələmdən,
Qoy deyim ki, adım var.
«Ölüm! Çəkil», – deyirəm:
«Yaşamaq istəyirəm!»».
Hələ 23 yaşinda ikən qələmə aldiği «Ömrümüz gödəlsə də»
adli şeirində (06.10.1969) sabahki taleyini, əslində qeyb alə-
minə dair məlumati, yəni 60 il yaşayacağini gənc yaşindan du-
yur, bu ömrünün, sanki, haqli olaraq məzmununa görə 200 illik
ömrə bərabər olduğunu bildirir, eyni zamanda bu ömür yaşi ilə
barişmir və daha uzun bir həyat yaşamaq arzularini səsləndirir:
«Gödəldikcə ömrümüz
Arzumuz artır qat-qat,
Yaşayaydıq, gərək, biz
Daha uzun bir həyat.
Gödəlsə də, gözəldir,
Mənalıdır ömrümüz,
60 ili, elə bil,
Yaşayırıq iki yüz».
«Di gəl yüz il yaşama» (1979 may) adli şeirində də yaşa-
mağa, həyata olan sonsuz məhəbbətini gözəl sətirlərə inci kimi
düzür:
«Əsrimizin rənginə
Ağ günü nur çilədik.
Keçmişlərdən bu günə
Bir yolluq köç eylədik.
Xəyal cığırı – I cı̇ld
131
Bəxt yazmaq bizə qalsa,
Di gəl yüz il yaşama!
Sevgim, məhəbbətim də
Qanadlandı uçmağa.
Güc-qüvvət, qüdrətim də
Yeni yollar açmağa...
Ölümdə insaf olsa,
Di gəl yüz il yaşama!
Hələ, neçə diləklər
Əl eyləyir uzaqdan,
Sevgi dolu ürəklər
Uzaq qardan, sazaqdan.
Ömrümü bahar alsa,
Di gəl yüz il yaşama!».
«Demişdim, qocalmaram!..» adli şeirində (1967 sentyabr)
illər ötdükcə fiziki ömrünün keçdiyinə baxmayaraq, xəyalinin
daim gənc yaşadiğini bildirir:
«Demişdim, qocalmaram!..
Fikir məni daşıyır.
Ancaq qocalsam da mən,
Xəyalım gənc yaşayır!..»
Şairin «Hələ yol gedirəm» adli şeirinin (1968 fevral) əsas
məzmunu, həyatda əsl məqsədinin böyük əsərlər yaratmaqla
ürəkləri fəth etmək arzusu ilə bağlidir:
Tofiq Məhəmməd oğlu Hüseynzadə
132
«Belədir əzəldən arzum, muradım,
Neçə dastan qurum, dastan yaradım,
Gəzsin ürəklərdə, dillərdə adım,
Neçə ki, dünyadan köçməmişəm mən».
Tofiq Hüseynzadə ulu babasi Miskin Abdal kimi həyata,
dünyaya sufiyanə, hikmətli baxişlari ilə dünyanin faniliyi, eyni
zamanda, Allahin dünyani əzəli hikməti və hökmü ilə ilahi qanu-
nauyğunluqlar əsasinda yaratmasini dərindən dərk edərək, bütün
həyati proseslərə ilahi hikmət prizmasindan, mənəvi ucaliqdan
baxmaği bacarir, ölümü də insan ruhunun əbədi yolçuluğunda,
ömür yolunda bir keçid qapisi kimi qəbul edir. Şair, 07.07.1970-ci
il tarixdə qələmə aldiği «Yaxşi ki...» adli şeirində deyir:
«Yaxşı ki, göylər kimi
Sonsuz gördük həyatı.
Yaxşı ki…
ölüm də var,
Yoxdur vaxtı, müddəti,
Ölümsüz yox olardı
Ömrümüzün qiyməti».
«Yaşamaq şirindir» adli şeirində (07.10.1969) də o, insan
həyatinin misilsiz dəyərini önə çəkir, hər şeyin sonunun ölümə
məhkum olduğunu, həyatin da məhz müddətli, sonlu olduğuna
görə şirin olduğunu təsvir edir:
«Yaşamaq şirindir. Kim bilir bunu?!
Bilməyən, başına qan alıb, gəzir.
Məhkumdur ölümə hər şeyin sonu,
Hər şeyin başında bir ölüm gəzir.
Xəyal cığırı – I cı̇ld
133
Əvəzsiz, qiymətsiz yarandı deyə,
Şirindir dünyada ömür hər şeyə».
«Məzar daşi» adli şeirində (16.04.1971) o, insanin ölümün-
dən sonra sanki, torpaqlari yararaq «məzar daşi» qismində «dağ
kimi ucaldiğini» çox gözəl poetik təsvirlərlə vermişdir:
«Məzar daşı – baş daşı,
İnsanın min niskili,
İnsanın min göz yaşı...
Arzu, əməl, xəyallar
Daşa dönüb, qalıbdır.
Ancaq yenə, insanlıq
Yararaq torpaqları,
Dağ kimi ucalıbdır».
«Daş karxanasi» adli şeirində (31.01.1972) də o, insanlarin
uca dağlari, daş karxanalarini dağidib, kəsərək kiçik daş kərpic-
lər halina salsalar belə, sonunda, yenə də həmin daşlardan uca
dağ kimi binalar tikdiklərini – «əzəli dağ olanlarin, yenə də dağ
kimi ucaldiqlarini» son dərəcə gözəl poetik dillə çatdirir:
«Dağ kimi də ucalar
Əzəli dağ olanlar».
Yaxud, o, 21.12.1968-ci il tarixdə yazdiği «İnsan yaranma-
yib ki...» adli şeirində insanin «tarixin nağilçisi» kimi ömr et-
məsini, dünyanin faniliyi, ölümün də təbii qanunauyğun hadisə
olmasi ilə bağli fəlsəfi təxəyyülünü belə canlandirir:
Dostları ilə paylaş: |