www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
285
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Postmodernizm ədəbi janr yox, müxtəlif ədəbi janrları,
stilləri özündə birləşdirən geniş bir ədəbi hərəkatdır.
Intertekstuallıq, haşiyə çıxma, imitasiya, eklektisizm,
dekonstruksiya postmodernizmin ÇOXLU SAYDA
xarakterisitkalarından bir neçəsidir, amma postmodernizm
həm də müxtəlif çox ciddi ədəbi janrları əhatə edir. Bu
janrlardan biri də sehrli realizmdir (magical realism).
Terminin tarixi qədimdir, amma daha çox Markesin
əsərlərindən sonra populyarlaşdığı üçün bəzən müəyyən
dövr Latın Amerikası ədəbiyyatına aid edilisə də, əlbəttə,
bir ciddi ədəbi janr kimi ayrıca tərifi verilir, və təbii, hər
hansı məkana və zamana məhdudlaşdırıla bilməz. Horhe
Borhes, Toni Morrison, Salman Rüşdü kimi məşhur sehrli
realist yazıçılar həm də məşhur postmodern yazıçılardır.
Postmodernizm haqda bir-iki kəlmə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
286
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Azərbaycan ədəbi mətbuatında postmodernizm haqda ən
yaxşı halda olduqca qəribə və anlaşılmaz, ən pis halda isə
gülməli və uğunub getməli fikirlər ara vermir. Məsəlçün,
tənqidçi Esəd Cahangir 525-ci qəzetdə hansısa əsərin
postmodern olduğunu 3 müddəayla "əsaslandırır" ki,
bunlardan biri tamamilə anlashılmaz və mənasız, o birisi
dibindən yanlışdır; 3-cü müddəa isə budur: "əsər çap
olunmamışdan əvvəl onun müxtəlif kanallarla reklamı
aparılır". Yaxud, dünyanın ən məşhur postmodern
müəlliflərindən çoxunun öz əsərlərinin postmodern olub-
olmadığı haqda "bu barədə nəsə demək mənə çətindir"
kimi yazıçıya yaraşan təvazökarlıqla (və əslində əsl
həqiqəti əks etdirən) cavablar verdiyi bir zamanda
Azərbaycanda hansısa müəllif daha o yer qalmayıb car
çəkməsin ki, bunun əsəri postmoderndir, və bu hansısa bir
coğrafi məkanda guya postmodernizmin bansidir. Iş o
yerə gəlib çatıb ki, mən - riyaziyyatçı baba və həvəskar
yazıçı - nəzəri hazırlığımın çox aşağı olmasına
baxmayaraq indi də durub tənqidçilik eləmək fikrinə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
287
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
düşmüşəm və bu yaxın vaxtlarda, inşallah, "Ədəbiyyatda
postmodernizmə dair" məqaləni diqqətinizə çatdırmağı
ciddi düşünürəm.
525-ci qəzetdə və "Nar"da qarşılıqlı sayğısızlıqla müşaiyət
olunan konfliktin təcililiyini nəzərə alıb öncədən, qısaca
da olsa, aşağıdakıları demək istərdim:
Elm tarixində ən böyük şəxsiyyətlərdən olan (riyaziyyatda
topologiyanın, fizikada nisbilik nəzəriyyəsinin banisi)
fransız alimi-filosofu Anri Puankare yazırdı:" bəzən elə
olur ki, bir söz, tək bircə söz ixtira edirsən və sonra həmin
söz özü bir ixtiraçıya çevrilir…" Puankare buna misal
olaraq fizikada "enerji", riyaziyyatda "qrup" sözlərini
diqqətə çatdırırdı. Zənnimcə "postmodernizm" belə
sözlərdəndir! "Post" + "modern" kimi ilk baxışda aydın
bir mənası olan bu söz hər bir təhsilli adamın diqqətini bir
maqnit kimi çəkir, düşüncələrini sonsuzluğa qədər məşğul
etmək gücündəymiş kimi görünməkdədir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
288
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Fəlsəfənin, ədəbiyyatın, sənətin, arxitekturanın və bir çox
başqa sahələrin öz postmodernizm anlayışları mövcuddur,
və intellektual əməyin ən müxtəlif sahələrində
postmodernizm barədə ciddidən tutmuş anekdot
səviyyəsinə qədər söz-söhbətlər, mübahisələr
aparılmaqdadır. Hətta, mən özüm, bir riyaziyyatçı kimi,
riyaziyyatda postmodernizm nə deməkdir mövzusunda
mənasız spekulyasilyalar edə bilərəm. Bir şeyi demək
yerinə düşür ki, riyaziyyatda modernizm hərəkatı 20-ci
əsrin əvvəllərində başlayıb, bu hərəkatın nəticəsində çoxlu
sayda çox böyük, uzun, o vaxt üçün vərdiş edilməmiş bir
dərəcədə abstrakt nəzəriyyələr meydana gəldi, və deyək
ki, günün bu günündə də bizim Bakı universitetlərində
həmin bu qrandioz nəzəriyyələrin elementləri belə tədris
olunmur (funksional analiz istisna olmaqla). Amma 20-ci
əsrin sonlarından başlayaraq riyaziyyatçılar uzun
nəzəriyyələri yox, daha çox konkret nümunələri
öyrənməyə meylləndilər. Və təsəvvür edin, Azərbaycanda
da həmin o qrandioz nəzəriyyələrdən heç bir anlayış
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
289
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
olmadan, onların üstündən adlayıb ayrı-ayrı nümunələrin
öyrənilməsinə başlansa, bu, Qərbdəkindən fərqli bir
mənzərə yaradacaq! Bu təxminən ona bənzəyəcək ki, Iran
hökumətindən kimsə deyirmiş ki, Qərb bizi modern
olmamaqda suçlaya bilməz, çünki biz postmodernik!
Ədəbiyyatda postmodernizm fəlsəfi mənada
postmodernizmlə və daha geniş sosial mənada işlənən
"postmodernizm"lə sıx bağlıdır. "Biz postmodern
insanlarıq", "biz postmodern dövrdə yaşayırıq" kimi
cümlələr işlədə bilərik, və həqiqəti demiş olarıq.
Postmodernizm ədəbi janr yox, müxtəlif ədəbi janrları,
stilləri özündə birləşdirən geniş bir ədəbi hərəkatdır.
Intertekstuallıq, haşiyə çıxma, imitasiya, eklektisizm,
dekonstruksiya postmodernizmin ÇOXLU SAYDA
xarakterisitkalarından bir neçəsidir, amma postmodernizm
həm də müxtəlif çox ciddi ədəbi janrları əhatə edir. Bu
janrlardan biri də sehrli realizmdir (magical realism).
Terminin tarixi qədimdir, amma daha çox Markesin
Dostları ilə paylaş: |