www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
215
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
anlayışlara doğru qaçır", həm də "subyektiv əsaslarsız
ötüşə bilmir", tənqid, eyni zamanda, "bədii yaradıcılıqla
elmi analiz arasında rəqs eləyir" ...Tənqidi "bədii
yaradıcılıq, elm və publisistikanın sintezi" sayan Litva
tənqidçisinin bu son nəticələri tamamilə əsassızdır. Yaşar
Qarayevin məqaləsindən götürdüyümüz parçada və
saysız-hesabsız dəyərli tənqidi əsərlərdə biz belə bir
ziddiyyətlə, bədii yaradıcılıqla elmi analiz arasındakı
tərəddüdlə, "rəqslə", görəsən, niyə rastlaşmırıq?!. Uzun
illər ədəbiyyat haqqındakı elmlərin metodologiya
problemləri ilə məşğul olan A.S.Buşmin təhlil prosesində
bədiiliyin və elmiliyin süni sinte-zinin qeyri-
mümkünlüyünü, səmərəsizliyini, həm də qondarma
olduğunu sübut etmişdir: "Bədii obrazı məntiqi anlayışlara
calamaq olmaz, onu ancaq məntiqi anlayışların dilinə
köçürmək olar. Elmi formada incəsənətin dərk edilməsi
haqqındakı məsələni, bədii obrazların məntiqi anlayışlarla
birləş-dirilməsi haqqındakı məsələ ilə eyniləşdirmək lazım
deyil..."
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
216
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
...Yox, tənqidin özünəməxsusluğu heç bir sintez və
diffuziyada, təsadüfi məqamlarda, hansısa bir canr
paradoksunda deyil, onun öz daxili-idraki strukturunda,
sabit, uzunömürlü və eyni zamanda, daim inkişaf edən
dialektik qanunauyğunluqlar sistemindədir.
Tənqidin çox mürəkkəb psixologiyası vardır. Burada
təfəkkür fəaliyyəti ən özünəxas qaydada "işləyir". İbtidai,
bəsit mühakimə xarakterli tənqidi təfəkkür insan şüurunun
inkişafı prosesində formalaşaraq, fərdi-ləşərək, heç nəyə
bənzəməyən, özünəməxsus mükəmməl, "tənqid orqanına"
çevrilmişdir. Bu fəaliyyət növündə obyektivliklə
subyektivliyin, hissi və rasional amillərin çox oricinal
təzahür xüsusiyyətləri vardır. Adətən, idrak fəaliyyətində
hissi-emosional amilin subyektiv mənbə ilə, rasional
amilin isə obyektiv mənbə ilə bağlı olduğunu güman
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
217
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
edirlər. Ən ümumi nöqteyi-nəzərdən varlığın obrazlı
dərkində (incəsənətdə) ilkin idraki fəaliyyətin (hissi-
emosional amil - subyektiv mənbə), elmi dərkində isə
daha çox ikinci fəaliy-yət tipinin (rasional idrak - obyektiv
mənbə) müəyyənedici olduğu şübhəsiz-dir. Bax, elə
burada tənqidin elmdən və incəsənətdən fərqli cəhətləri
meydana çıxır. Çünki tənqiddə biz həmin idraki fəaliyyət
prosesinin başqa təzahürünü - yəni hissi-emosional
aspektin obyektivliklə, rasional aspektin isə subyektivliklə
qırılmaz bağlılığını müşahidə edirik. Bu paradoksdurmu?
Xeyr. Tənqidin təfəkkür texnologiyası məhz belə
qurulmuşdur; onda hissiyyatın obyektivliyi, rasional
dəyərləndirmənin isə subyektivliyi xassəsi vardır; tənqidi
təhlil prosesində rasional qiymətlər, meyarlar fərdiləşir,
özünəoxşar olur, subyektiv məzmun və forma kəsb edir,
bununla da, tənqidi ideya özünəməxsusluğu yaranır,
ümumi nəzəri model özününküləşir, ona fərdiyyətin
möhürü vurulur; subyektiv duyum və hissiyyat isə məhz
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
218
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
incəsənətdə olduğu kimi obrazlı inikas formasında deyil,
hissi-obyektiv, emosional dərketmə şəklində reallaşır.
Tənqidin spesifik idrak hadisəsi olmasının ən həlledici
şərti isə, yəqin ki, onun öz metodoloci sistemini yarada
bilməsidir. Tənqidin öz metodoloci sistemini yaratması
zəruri təbii-tarixi qanunauyğunluqdur ki, fikrimizcə, bu
proses hələ tam başa çatmamış və o tam
mükəmməlləşməmişdir. Bu sistem indi fəal formalaşma
prosesi keçirir.
Tənqidi metodun xarakterini müəyyənləşdirməyə
çalışarkən, özü-müzü dağa-daşa salmağa, hansı bir
sahəninsə metod sistemini tənqidə tətbiq etməyə ehtiyac
yoxdur. Çünki tənqidin metodoloci əsasını elə ən ümumi
halda estetikanın nəzəri bünövrəsinə, onun qanun və
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
219
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
prinsiplərinə söykənən tənqidi metod - tənqidi düşüncə
texnologiyası təşkil edir.
Tənqidi metodun xarakterinin üç əsas
müəyyənləşdiricisi vardır: dövrün və tənqidçinin fəlsəfi-
ideoloci mövqeyi (bəzən bunlar ziddiyyətdə də ola
bilirlər...); bəşər mədəniyyəti tarixinin əsrlərcə hazırlayıb
yaratdığı ümumestetik meyarlar və konkret bir dövrün
bədii sistemi. Tənqid və onun metodu bu ümumi
kontekstdə (tarixi və müasir mədəniyyət) öz mövqeyini
qərarlaşdırır. Təsadüfi deyil ki, hər hansı bir konkret
dövrün tənqid metodo-logiyasının öz ideoloci platforması,
əsaslandığı fəlsəfi-estetik konsepsiyası olmuşdur. Bundan
əlavə, müasir dövrümüzdə elmi metodologiyada baş ve-
rən yeniləşmənin tənqidin metoduna da bilavasitə dəxli
vardır. "Ümumelmi, inteqrativ proseslərin" getdiyi bir
şəraitdə, tənqid digər elmlərlə həmrəyliyini daha da
möhkəmləndirir. V.S.Çernyak yazır: "Metodologiyaların
Dostları ilə paylaş: |