www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
210
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Çoxlarının üzərində təkid etdiyi, ifrat
birtərəfliliklərdən xilas olmuş ən populyar konsepsiya -
tənqiddə bədiiliyin və elmiliyin vəhdətini təsdiq edən
konsepsiyadır ki, bu barədə yazımızın əvvəlində qısaca
məlumat vermişdik. Lakin bu konsepsiya ilə də xüsusən
iki cəhətinə görə razılaşmaq olmaz. Əvvələn, burada
tənqidin bədiiliyi və elmiliyi vəhdət halında dərk olunsa
da, yenə də o, spesifik idrak hadisəsi kimi yox, müvafiq
şəklində gah ədəbiyyatın, gah da publisistikanın növü
kimi təqdim edilir. İkincisi, "tənqid - bədiiliyin və
elmiliyin sintezidir" tezisinin özündə nə isə bir mexaniki
qovuşdurma, sxematizm vardır. Bu, dünyanın
mənimsənilməsinin iki fərqli üsulunun, yəni gerçəkliyin
obyektiv qanunlarını öyrənən elmin və varlığın obrazlı
dərki olan incəsənətin hüdudları barədəki antitezanın
tənqiddə birləşdirmə, calaq formasında təkrarı kimi
görünür. Məsələ burasındadır ki, tənqiddə elmilik özünü
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
211
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
bilavasitə elmdə olduğu kimi, bədiilik isə bilavasitə
incəsənətdə olduğu kimi təzahür etdirmir. Tənqiddə elmi
mahiyyət də spesifikdir, başqa cürdür, bədiilik də.
Xüsusilə tənqidin sol tərəfinə artırılan "bədii istilahı və
onun daşı-dığı mahiyyət tənqiddə tamamilə
özünəməxsusdur, onun məhz incəsənətdəki obrazlılığa
qətiyyən aidiyyəti yoxdur. Çünki "bədii" tənqid
incəsənətin bədiiliyindən törəmə deyil, onun hətta başqa
şəkildə təzahürü də deyil. O, həmçinin, elmin və
incəsənətin mexaniki birləşdirilməsi, qeyri-təbii hibridi,
"xəlitəsi" də deyil. Halbuki onun mahiyyətini bəzən məhz
elə bu şəkildə izah edirlər. - M.Boyko yazır ki, "...tənqid-
elmdir" demək, burada nöqtə qoymaq olmaz. Tənqid -
kompleksli hadisədir; o, mürəkkəb üzvi xəlitəyə daxil olan
elementlər çoxluğundan ibarətdir". V.Kubilyus isə
tənqidin "qapılarını" "müxtəlif elementlərin sintezi,
canrların diffuziyası üçün açıq" hesab eləyir. Qəribədir,
görəsən müəlliflər nəyin xatirinə "tənqid xurcununa" bu
qədər "elementləri" doldururlar? Bu süni sintetizm kimə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
212
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
lazımdır?.. Axı, tənqid mahiyyətcə belə yığnaq xarakterli
deyildir; bədiilik, elmilik və s... cəhətlər, müxtəlif
elementlər birləşərək, sintez təşkil edərək "tənqid" deyilən
bir şeyi quraşdırıb mövcudlaşdırmırlar. Əksinə, tənqiddə
təzahür edən nə varsa (ən müxtəlif formalar, canrlar, təhlil
yönləri, idraki təmayüllər...), bütün bunları elə onun öz
daxili mahiyyətindən doğan xüsusiyyətlər kimi başa
düşmək lazımdır, daha onları hardansa, hansı elm
sahəsindənsə gəlmə xüsusiyyətlər, elementlər hesab etmək
gərək deyil. Bir də, görəsən, niyə bizə elə gəlir ki,
müəyyən bir idrak hadisəsi ya mütləq elm olmalıdır, ya
mütləq incəsənət olmalıdır, ya da mütləq onların sintezi.
Əslində, belə qəti fərqləndirmə üsulu sonsuz dərəcədə
mürəkkəb olan ümumidrak hadisəsinə metafizik -
imperativ yanaşmadır. Budda kanonları, "Bibliya",
"Quran" yalnız dini kitabələrdirmi? Volterin nəsri,
Dostoyevskinin "İdiot"undakı İppolitin və Mışkinin,
"Karamazov qardaşları"nda Abid Zosimin, İvanın
monoloqları yalnız bədii təfəkkürün məhsuludurmu;
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
213
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Platonun dialoqları, M.F.Axundovun "Kəma-lüddövlə
məktubları", A.Kamyunun esseləri yalnız fəlsəfi
əsərlərdirmi! Vaqnerin "Bethoveni ziyarət"i yalnız
xatirə-oçerkdirmi?! Xüsusilə müasir ictimai-fəlsəfi şüurda
axı heç bir mütləq ayrıntı nəzərə çarpmır... İndi təfəkkür
prosesində "ümumelmi, inteqrativ proseslər" gedir və bu
müasir idrakın "xarakterik əlaməti" (Qott, Ursul,
Semenyuk) olur. Deməli, tənqidin də özünəməxsusluğunu
onun yalnız elmi, yalnız bədii olmasında, yaxud yalnız
elmi-bədii sintetizmdə, elementlər xəlitəsində deyil,
tənqidi idrakın öz qnoseoloci tipində, real daxili
qanunauyğunluqlarında axtarmaq lazımdır. Nümunə üçün
Yaşar Qarayevin "Tənqidi realizm: estetik ideal və müsbət
qəhrəman" məqaləsinə müraciət edək: "...Mirzə Cəlil
təsvir etmək üçün kəndlinin də qeyri-adisini, qəhrəmanını,
igidini yox, ən adisini, "naturalını", "novruzəlisini" seçir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
214
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Zəmanənin qəhrəmanı kimi seçilən Novruzəlidə zamanın
intellektual və ictimai həyatından bir iz, əsər-əlamət belə
yoxdur. Məhz əsrlə Novruzəli arasındakı əlaqə və təzad
baxımından Mirzə Cəlil Novruzəliyə daxili bir nəzər salır,
bir həməsr, vətəndaş kimi onun varlığında sağlam, normal
fəlsəfi-hüquqi mənada "şəxsiyyət" axtarır və tapmadığı bir
keyfiyyətin olmadığı bir boşluğu təhlil edir... İctimai
məzmunu cəhətdən bu qədər müflis Novruzəliyə ədibin
marağının səbəbi də elə budur: hər bir real Novruzəlidə
potensial bir müsbət qəhrəman mürgüləyir". Belə klassik
tənqidi təhlildə elmi analizin harda başladığını, bədiiliyin
harda qurtardığını, elmi və bədii aspektlərin necə vəhdət
tapdığını, onları bir-birindən ayıran və qovuşduran
nöqtələri müəyyənləşdirmək mümkündürmü?! Onları
ağlın nəzəriyyə zoru ilə ayrı-ayrı anlayışlar kimi təqdim
edəndə və tənqid konteks-tində birləşdirəndə, ortaya
qəribə müddəalar çıxır; məsələn, V.Kubilyus "Tənqidin
təbiəti ziddiyyətlidir" qərarına gəlir... Axı nə üçün?! Ona
görə ki, V.Kubilyusun fikrincə, tənqid "həm elmi
Dostları ilə paylaş: |