www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
187
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Ənənəvi tənqiddə əsərin müəllifi onun bütün məzmununu,
bütün mümkün məna variantlarını müəyyənləşdirən, özü
isə əsərin hüdudlarından kənarda yerləşən xarici
instansiyadır, bir növ yaratdığı ―bədii dünyanın Allahıdır‖
və eyni zamanda, əsərinin bu gün və gələcəyin istənilən
məqamında çıxarılan və çıxarıla biləcək bütün nəticələr
üçün məsuliyyət daşıyır. Məhz sənətkarın əsərə nisbətən
xarici instansiya rolunu oynamasını və Allah statusunu
nəzərə alaraq R.Bart yazırdı: ―Xarici səbəb bütün başqa
səbəblərdən daha artıq səbəbdir‖.
Bu isə qətiyyən mümkün deyil, çünki hər hansı bir əsər
oxucu (sonralar öz əsərini yenidən nəzərdən keçirən
sənətkar daxil olmaqla) tərəfindən qiraət və qavrayış
prosesində yeni, son dərəcə rəngarəng məna çalarları,
ağlasığmaz məzmun kəsb edib gözlənilməz
assosiasiyalara rəvac verə bilər.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
188
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Postmodernist konsepsiyaya görə, yaradıcı demiurq
statusundan məhrum olmuş sənətkar əslində əsər yox,
mətn yaradır. Mətnin oxucu tərəfindən qavranılması
postmodernizmin aparıcı kateqoriyalarından biri olan
dekonstruksiya əsasında həyata keçirilir. J.Derrida
tərəfindən təklif olunan bu neologizm ―destruksiya‖
(‖dağıtma‖, ―sökmə‖) və ―konstruksiya‖ (‖quraşdırma‖,
―tikmə‖) anlayışlarının blr-birilə çulğalaşması nəticəsində
meydana gəlmişdir. Dekonstruksiya prinsipi oxucuya
mətni bütün mümkün müstəvilərdə - kompozisiya, süjet,
üslub, psixologiya və sairə baxımdan sökmək və özümlü
şərh əsasında yenidən yığmaq imkanı verir. Əslində hər
bir oxucu mətnin yaradıcısı statusunu qazanır. Məhz buna
görə də ―hər bir mətn daim (oxucu tərəfindən. - Q.Q.)
burada və indi yazılır‖‗. (R.Bart).
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
189
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Postmodernistlərin fikrincə, mətn heç vaxt avtonom
şəkildə mövcud olmur. Əslində, postmodernizmin mətnə
bu konseptual münasibətinin əsası M.Baxtin tərəfindən
qoyulmuşdur; tədqiqatçı F.Dostoyevskinin ―polifonik‖
(çoxsəsli) romanı konsepsiyasını təhlil edərkən onun
əsərlərinin mətnlərinin ondan əvvəl və onunla eyni
zamanda mövcud olan mətnlərlə dialoqa girməsi
fenomenini üzə çıxarmışdır. Çağdaş hermenevtikanın ən
görkəmli nümayəndəsi H.Gadamer də özünün ―Həqiqət və
metod‖ əsərində göstərirdi ki, hər bir deyim öz-özlüyündə
yox, ondan əvvəl deyilmiş və hələ deyilməmiş deyimlərlə
bir yerdə həqiqəti ortaya qoyur. Filosofun
terminologiyasında ―deyim‖ və ―mətn‖ sinonim anlayışlar
olduqlarına görə, onun da mətnin yalnız başqa mətnlərin
kontekstində mövcud olması ideyasından çıxış etməsi
nəticəsinə gələ bilərik. Bu faktların əsasında fransız
postmodernist fikrinin nümayəndəsi Y.Kristeva
―intertekstuallıq‖ anlayışını irəli sürmüş və göstərmişdir
ki, ―hər bir söz (mətn) başqa sözlərin (mətnlərin) kəsişdiyi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
190
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
yerdir‖. Tədqiqatçının mətnə verdiyi bu tərifdən məlum
olur ki, mətn digər mətnlərin eklektik toplusu yox, onların
bir-biri ilə mübarizə apardığı, bir-birini təsdiq və inkar
etdikləri meydandır. Məhz bu mübarizə, bu qarşılıqlı inkar
və təsdiq əsasında mətn müxtəlif semantik qəlpələrin
çulğalaşıb üzvi vəhdət təşkil etdir...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
191
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Rahid Ulusel
“TƏNQİDİN METODOLOJİ PROBLEMLƏRİ”
Tənqid haqqında hədsiz rəylər ixtilafını nisbətən
modelləşdirilmiş halda aşağıdakı müddəalar şəklində
qruplaşdırmaq mümkündür: I. Bir sıra tədqiqatçıların
fikrincə, tənqid - "ədəbiyyatdır", onun "tərkib hissəsidir",
"komponentidir". Y.Borev "Ədəbi prosesdə tənqidin rolu
haqqında" məqaləsində yazır: "Bədii tənqid ədəbiyyat və
incəsənətin tərkib hissəsidir, o, xüsusi tələbat əsasında və
cəmiyyətin incəsənəti xüsusi istehlakı əsasında... bədii
prosesin özündən törəyir". V.Kocinov da bu fikrin
tərəfdarı kimi çıxış edir: "Ciddi desək, "tənqid və
ədəbiyyat" qarşıqoyulması düzgün deyildir. Tənqid və söz
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
192
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
sənətini əlaqələndirmək olar, ancaq tənqid və ədəbiyyat
ayrılmazdır, çünki tənqid ədəbiyyatın özünün tərkib
hissəsi, cəhəti, komponentidir, həm də "aparıcı",
təşkiledici komponentidir".
II. Başqa bir fikrə görə, tənqidi fəaliyyətin əsasını
yalnız publisistika təşkil edir və hətta o, publisistikanın
növüdür. Məsələn, Y.Surovtsev "tənqidi fəaliyyətin
təbiətini", "elmi-publisistik şəkildə" müəyyənləşdirir və
qeyd edir ki, tənqidçi "məhz publisistcəsinə yazır".
Tənqidi ədəbiyyatın komponenti hesab edən V.Kocinov
da "tənqid və publisistika arasında prinsipial fərq" görmür
və belə bir fikir irəli sürür: "gtənqidi publisistikanın növü
kimi, əxlaqi-etik, elmi, fəlsəfi, pedaqoci, iqtisadi, siyasi,
hüquqi publisistika və sairlə bir cərgəyə daxil olan "ədəbi
publisistika" kimi müəyyənləşdirmək, ümumən tam
düzgündür". Y.Surovtsev və V.Kocinovun tənqid üçün
irəli sürdükləri elmi-publisistik konsepsiyasının
yarımçıqlığını S.Əsədullayev "Prometeylə Orfeyin
Dostları ilə paylaş: |