www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
164
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Lakin keçən əsrin 70-ci illərində, demək olar ki, eyni
zamanda həm təbiət, həm də humanitar elmlərdə
paradiqma, yəni müəyyən tarixi dövr ərzində elmi
ictimaiyyət tərəfindən müxtəlif yönümlü problemlərin
qoyuluşunun və həllinin aparıcı modeli dəyişdi. Bu,
dünyanı dərkin bütün sahələrində köklü inqilabi
dəyişikliklərin başlanğıcı idi: son dərəcə yaxın, bəzən
hətta analoji metodoloji prinsiplərə əsaslanan
sinergetikanın və postmodernizmin təşəkkülü və inkişafı
gerçəkliyin bütün hadisələrinə eyni mövqedən nəzər
salmağa, onları tamamilə yeni rakursdan araşdırmağa və
dəyərləndirməyə gətirib çıxartdı. Əsasən təbiət
hadisələrində özünütəşkil prosesləri və açıq şistemlər
haqqında elm olan sinergetika təbiət elmlərində,
cəmiyyətlə və bədii-estetik fikirlə bağlı bütün elmləri
əhatə edən postmodernizm humanitar düşüncədə tədricən
hakim mövqe tutmağa başladılar. Gerçəkliyin hadisələrinə
metodoloji münasibət baxımından yaxın olan bu elmi
konsepsiyalar çox zaman çulğalaşır, əməkdaşlıq və
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
165
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
tərəfdaşlıq prinsiplərini rəhbər tutaraq əvvəlki modernist
paradiqmanın əsasında həlli qeyri-mümkün olan bir sıra
mürəkkəb problemlərin mahiyyətini aydınlaşdırmağa nail
olurlar. Gerçəkliyin elmi və bədii-obrazlı dərki tarixində
ilk dəfə vahid paradiqma və yaxud ona çox yaxın olan
münasibət tipi yarandı. M.A.Mojeyko həm sinergetika,
həm də postmodernizm üçün müştərək olan və onların
ümumi paradiqmasından ötru zəmin yaradan ilkin şərtləri
aşağıdakı kimi müəyyənləşdirmişdir:
1. Hadisənin unikal xarakter daşıması (kosmologiyada T0
zamanda ―Böyük partlayış‖ın baş verməsi, biologiyada
həyatın əmələ gəlməsi fenomenlərinin analoqunun
olmaması, çağdaş ekzistensializm və personalizm
konsepsiyalarında fərdiyyətin unikallığının təsdiqi);
2. Dünyanın statik dərkindən onun dinamik dərkinə keçid;
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
166
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
3. Subyekt-obyekt qarşıdurmasında həm təbiət elmlərində,
həm də humanitar elmlərdə subyektin aparıcı rolunun
vurğulanması; bədii əsərin qavranılması prosesində
oxucunun ön plana çıxarılması;
4. Subyekt-obyekt münasibətlərində sərt və barışmaz
qarşıdurmanın aradan götürülməsi;
5. Obyektin təsviri dillərinin plüralizm zəminində həyata
keçirilməsi; ―varlığın vahid düsturu‖ axtarışlarından
imtina;
6. Gələcəkdə bu və ya digər hadisənin məruz qala biləcəyi
durum və formanın əvvəlcədən dəqiq şəkildə
müəyyənləşdirilməsi cəhdləri ideyasından onların
mümkün proqnozlarının verilməsi ideyasına keçid;
7. Həm təbiət, həm də humanitar elmlərdə bu və ya digər
hadisənin izahı üçün kontekstdən istifadənin rolunun
artması.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
167
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Dünyanı dərkin, nəhayət ki, vahid paradiqmasının
yaranması humanitar yönümlü elmlərə də təsir etdi;
onlarda bir yaxınlaşma, bir sıxlaşma meyli hiss olundu:
predmetin ümumiliyi ilə bir-birilə üzvi şəkildə bağlı olan,
yalnız analitik metodologiyanın labüd təzyiqi nəticəsində
bir-birindən aralı düşmüş bir sıra elmlər vahid
postmodernist paradiqma əsasında bir araya gəldilər.
Məhz bunun nəticəsində müxtəlif problemlər vahid görmə
bucağından araşdırılmağa və izah olunmağa başladılar.
―Postmodernist fəlsəfə‖, ―postmodernist kulturologiya‖,
―postmodernist sosiologiya‖, ―postmodernist dilçilik‖,
―postmodernist estetika‖ anlayışları meydana gəldi. Vahid
paradiqmanın təsbiti ilə bağlı baş vermiş iki köklü
dəyişikliyi xüsusilə qeyd etmək lazımdır. Birincisi,
müəyyən spesifik məqamlar kənara çıxmaqla bütün
humanitar elmlər eyni anlayışlar sistemi əsasında, demək
olar ki, eyni dildə danışmağa başladılar. Bu isə onların
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
168
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
yaxınlaşması, əl-ələ verib müştərək problemləri birgə həll
etmək üçün zəmin yaratdı. İkincisi, həm sinergetik, həm
də postmodernist dünyadərkin əsasını təşkil edən
―asentrizm‖ (‖mərkəzyoxluğu‖) prinsipinə tam uyğun
olaraq hər hansı bir elmi istiqamətin hegemonluq iddiası
əsassız hesab olundu. Dünya vahid mərkəzdən məhrum
olduğu üçün, yaxud onun hər bir nöqtəsi eyni zamanda
həm mərkəz, həm də periferiya olduğuna görə, bu
mərkəzsiz dünyanı tədqiq edən elmlərin də müəyyən bir
iyerarxiya prlnsipi əsasında düzülüşü qeyri-məqbul hesab
olundu.
***
Bəs bütün XX əsr ərzində get-gedə güclənən
mərkəzdənqaçma meyllərin təsiri altında sürətlə bir-
birindən aralanan, getdikcə qarşılıqlı təmas nöqtələrindən
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
169
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
məhrum olan bu müxtəlif istiqamətli elmləri bir araya
gətirən paradiqma nə üçün məhz XX əsrin sonu - XXI
əsrin əvvəllərində meydana gəlmişdir? Mənə elə gəlir ki,
bu prosesin bir-birindən doğan, bir-birini şərtləndirən, bir-
birini tamamlayan səbəbləri çoxdur. Yəqin ki, bu, hər
şeydən əvvəl hərə öz yolu ilə gedən elmlərin müəyyən
inkişaf səviyyəsinə nail olandan sonra gerçəkliyi daha
geniş perspektivdə görmək ehtiyacları, dar rakurslarından
çıxıb bir-biri ilə çulğalaşmaları ilə bağlıdır. Artıq bu
dövrdə ən müxtəlif elmlər vahid və bütöv dünyanın
analoji, ən azı yaxın və oxşar metodlarla maksimum geniş
perspektivdə tədqiq və izah olunması zərurətini hiss
edirlər.
İkincisi, keçən əsrin sonunda təkcə ayrı-ayrı avanqardist
cərəyanların deyil, ümumiyyətlə, modernist dünyanıdərk
konsepsiyasının dərin böhrana məruz qalması, cəmiyyətdə
mövcud olan son dərəcə qarışıq və dolaşıq münasibətlərin
Dostları ilə paylaş: |