www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
148
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
―Postmodernizm‖ anlayışına ilk dəfə R.Pankvistin
―Avropa mədəniyyətinin böhranı‖ (1917) əsərində təsadüf
olunur. Müəllif bu anlayışı Birinci dünya müharibəsi ilə
bağlı Qərb sivilizasiyasının onsuz da müharibə ərəfəsində
ağır olan vəziyyətinin faciəvi xarakter kəsb etməsini
nəzərə çarpdırmaq üçün işlətmişdir. Bu dövrdə
―postmodern‖ anlayışı əsasən sosioloji-ideoloji səciyyəyə
malikdir və estetik fikirdə modernizm qeydsiz-şərtsiz
hökm sürür.
İngilis tarixçisi A.Toynbi 1947-ci ildə yazdığı ―Tarixin
öyrənilməsi‖ əsərində yenidən ―postmodernizm‖
anlayışına müraciət edir. Müəllif məşhur alman tarixçisi-
filosofu O.Şpenqlerin sivilizasiyaların hermetik şəkiidə
bir-birindən təcrid olunması və bu zəmində labüd şəkildə
süquta uğraması konsepsiyasını din və mədəniyyət
sahəsindən gətirdiyi misallarla sübuta yetirmək üçün
postmodernizmə kulturoloji məna verir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
149
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Postmodernizmin bir anlayış kimi nə zaman və hansı
kontekstdə yaranması haqqında bizdə dəqiq məlumat olsa
da, onun bütün humanitar sferanı əhatə edən universal
düşüncə tərzi kimi təşəkkül tapma məqamı və konkret
şəraitini müəyyənləşdirmək böyük çətinliklərlə bağlıdır.
Bir qayda olaraq, postmodernizmin bir dünyagörüş
mövqeyi kimi təşəkkülünü və bir elmi-estetik konsepsiya
kimi formalaşmasını 1950-ci illərin əvvəllərinə aid edirlər.
Lakin bu prosesin ayrı-ayrı əlamətlərinə, müxtəlif təzahür
formalarına 1930-cu illərdə, hətta ondan xeyli əvvəlki
dövrlərdə təsadüf olunur: postmodernizm həqiqətən
tədricən modernizmin içində yetişmişdir. Postmodernist
ideoloqların öz konsepsiyalarına diaxron kəsikdə də
universal xarakter vermək, onun dünyagörüşünün
elementlərini mümkün qədər uzaq keçmişdə axtarıb
tapmaq cəhdlərini çağdaş italyan alimi və ədibi Umberto
Eko istehza llə ―Homerin özünü postmodernist elan
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
150
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
etmək‖ niyyəti kimi dəyərləndirmişdir. Postmodernizmin
keçmişə kök salmaq cəhdiəri iki səbəblə bağlıdır: bir
tərəfdən ümummetodoloji planda onun ideoloqları təmsil
etdikləri konsepsiyanın bütün ictimai, mədəni, fəlsəfi-
estetik hadisələr klmi boş bir yerdə meydana gələ
bilməsinin qeyri-mümkünlüyündən və tədricən özündən
əvvəlki, bəzən hətta kardinal şəkildə təbiətinə yad
hadisələrin içərisində yetişməsi müddəasından çıxış
etmişlər.
Onların fikrincə, aposteriori, yəni postmodernizm bir sabit
dünyagörüş mövqeyi kimi təşəkkül tapıb formalaşandan
sonra bu əvvəllər gözəgörünməz əlaqə və münasibətləri
üzə çıxarmaq, onların postmodernizmin təşəkkülündə
rolunu izah etmək mümkün olmuşdur.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
151
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Digər tərəfdən, postmodernizm heç vaxt bəşər nəslinin
bütün tarixi boyu əldə etdiyi nailiyyətləri həzm-rabedən
keçirmək, özününküləşdirmək iddiasından imtina
etməmişdir. Postmodernizm daim klassik dəyərlərə istinad
edərək, onları yeni zəmində canlandırmağa çalışmışdır.
Postmodernizmin erkən ideoloqlarından biri H. Arendt
postmodemizm düşüncə tərzinin formalaşdığı mədəni
şəraiti səciyyələndirərək yazırdı: ―Ənənənin ipi artıq
qırılmışdır və çətin ki, bir də onu düyünləyib bərpa edə
bilək. Keçmişin aramsızlığı məhv olub getmişdir. Lakin
buna baxmayaraq, keçmiş yoxa çıxmamışdır; biz yenə də
onunla üz-üzə durmuşuq. Fəqət bu, artıq fraqmentlərə
parçalanmış tarixdir‖.
Alman alimi burada bir tərəfdən XX əsrin sosial
kataklizmlərinin, digər tərəfdən humanitar düşüncə
sahəsində modernizmin inkaredici-dağıdıcı fəaliyyətinin
nəticəsində klassik ənənələrə söykənən bütün dəyərlərin
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
152
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
düşdüyü acınacaqlı vəziyyəti və belə bir şəraitdə
fəaliyyətdə bulunmağa məcbur olmuş postmodernizmin
bu duruma mümkün münasibətinin mahiyyətini açıqlayır.
Müəllif əmindir ki, modernizm tərəfindən qapıdan
qovulan, lakin elə həmin an pəncərədən geri qayıdan
keçmişsiz keçinmək olmaz. Amma axı, keçmişin bu günə
düşməsinin səbəbi təkcə modernizmin nəzəri fəaliyyətinin
nəticəsi deyil, eyni zamanda XX əsrin ağır böhranlarına
məruz qalmış insanın özünün artıq dünyanı bütöv kimi
dərk etmək qabiliyyətindən məhrum olması ilə bağlıdır:
artıq bu bir faktdır ki, çağdaş insan üçün keçmiş bütün
məqamları bir-birinə pərçimlənmiş, bir-birindən törəyən
və bir-birini izah edən fasiləsiz və vahid bir proses kimi
yox, aralarındakı bütün əlaqələr qırılmış, bir-birindən
təcrid olunmuş qəlpələr kimi təzahür edir. Məhz buna
görə də postmodernist dönəmdə keçmişin bütöv bərpası
artıq mümkün deyil, sitat ona müraciətin əsas formasına
çevrilmişdir.
Dostları ilə paylaş: |