www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
159
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
illüstrasiyasından başqa bir şey deyildilər, yəni əslində
tətbiqi səciyyəyə malik idilər.
Lakin ümumiyyətlə XIX əsrin ortalarından başlayaraq
həqiqətən də dərin böhrana məruz qalmış insanı adekvat
şəkildə təcəssüm etmək iqtidarında olmayan bədii fikrin
özü uzun əsrlər boyu formalaşmış, cilalanmış, öz
sahəsində həqiqətən kamil dünyanı dərk alətinə çevrilmiş
prinsiplərindən imtinası və onları elmi-texnoloji
prinsiplərin surroqatı ilə əvəz etmək cəhdi göz
qabağındadır. Eyni zamanda, XX əsrin ortalarına kimi
təbiət elmləri dünyanın bədii dərkini, habelə humanitar
elmləri, onların özümlü xüsusiyyətləri ilə bağlı təhlil
prosesini riyazi metodları prinsipial şəkildə tətbiq edə
bilmədiklərinə görə qeyri-elmi hesab edir, onlara
yuxarıdan aşağı baxırdı.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
160
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Düzdür, bununla yanaşı A.Eynşteynin özünün bir
mütəfəkkir və bir alim kimi formalaşmasında dövrünün
məşhur fiziklərinin elmi konsepsiyalarından daha artıq
F.Dostoyevski ədəbi yaradıcılığının təsir göstərməsi
haqqında etirafı və yaxud N.Borun kosmik
harmoniyalarını təcəssüm etməyin dəqiq elmlərə yox,
incəsənətlərə nəsib olması ilə bağlı mülahizəsi mövcud
idi. Lakin bu tipli gəlişigözəl deyimlər incəsənətin təbiət
elmləri ilə bərabər hüquqlu, adekvat dünyanı - dərk üsulu
olmasını təsdiq etməkdən daha çox, ona tərəf bir reverans
idi, şikəst balanı oxşayaraq onun könlünü almaq idi. Hətta
bədii ədəbiyyatsız keçinə bilməyən psixoanaliz də bədii
nümunələrdən illüstrativ material kimi istifadə edirdi.
Belə ki, Z.Freyd və K.Yunq bədii nümunələrə bol-bol
müraciət edərək öz konsepsiyalarının bu və digər
müddəasını sübuta yetirmək məqsədini güdürdülər.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
161
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Alman filosofu V.Vindelband gerçəkliyi dərk etmənin
metodları baxımından təbiət elmlərinin və humanitar
elmlərin diametral şəkildə bir-birindən fərqli olmasını
nəzərə alaraq göstərir ki, birincilər hadisələr arasında sabit
və təkrar olunan əlaqələrin mövcudluğu faktından çıxış
edərək ümumi qanunları üzə çıxarmaq iddiasındadır,
ikincilərsə yalnız ayrı-ayrı faktları bir-birindən təcrid
olunmuş şəkildə təsbit etmək məqsədini güdürlər.
V.Vindelbandın dediklərini inkişaf etdirərək Q.Rikkert
təbiət elmlərinin ümumiləşdirici metodlara, humanitar
elmlərin isə fərdiləşdirici metodlara söykəndiyini iddia
edirdi. Klassik təbiətşünaslıq özünün metodologiyası
əsasında vahid, təkrarolunmaz, fərdi səciyyəli hadisənin
mümkünlüyü ideyasını istisna edir və onu humanitar
elmlərin müstəsna səlahiyyəti hesab edirdi.
Bütün humanitar yönümlü elmlərin metodoloji məhvəri
rolunu oynayan tarixə münasibət xüsusilə mənfi idi.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
162
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Q.Rikkertin fikrincə, tarix əsl elm deyil; elm ilə tarix
dünyanı dərkin iki bir-birinə zidd qütbüdür. Belə hesab
olunurdu ki, hər hansı bir elmi qanunauyğunluq yalnız
eyni şərtlər gözlənildikdə təkrar-təkrar aparılan
eksperimentlər həmişə eyni nəticəni verdiyi halda üzə
çıxarıla və tətbiq oluna bilər. Məsələyə bu nöqteyi-
nəzərdən yanaşdıqda tarix sözün mütləq mənasında elm
deyil. Tarixin təbiət elmləri kimi eksperiment aparmağa
imkanı yoxdur, çünki o, yalnız bircə dəfə baş vermiş
hadisələri, bircə dəfə dünyaya gəlib dünyadan köçmüş
şəxsiyyətləri təsvir və tədqiq etməklə məşğuldur. Əgər bu
belədirsə - bu bir həqiqətdir! - tarixi faktlar əsasında
ümumiləşdirmələr aparmaq, hansı isə bir qanunauyğunluq
üzə çıxarmaq mümkün deyil. ―Tarixin bircə dərsi var, o da
onun heç bir dərs verə bilməməsidir‖ aforizmi də tarixə
məhz bu münasibət əsasında formalaşmışdır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
163
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Qəribə burasındadır ki, naqislik kompleksi xəstəliyinə
yoluxmuş humanitar elmlər metodoloji-nəzəri imkanlarına
olan bu nihilist münasibəti nəinki dəf etməyə cəhd
göstərməmiş, əksinə, yeri gəldi-gəlmədi, insanla və
cəmiyyətlə bağlı faktların mahiyyətini aydınlaşdırmağa
kömək etdi-etmədi, itaətkarcasına təbiət elmlərinin
dünyanı dərk etmə metodologiyasına uyğunlaşmağa,
ağına-bozuna baxmadan riyazi düsturlardan istifadə
etməyə çalışırdılar. Bu halda humanitar elmlərin tədqiqat
obyektinin spesifikliyi və onların araşdırılması prosesində
məhz özünəməxsus metodoloji prinsiplərin tətbiq
olunması zəruriyyəti yaddan çıxırdı. Bu isə, sözsüz ki,
səmərəli nəticələrin əldə olunmasına mane olurdu.
Təbiətinə yad olan metodlardan istifadəyə uyan humanitar
fikir nəinki uğur qazana bilmir, əksinə, dəqiqləşmək
əvəzinə yayğınlaşır, ənənəvi üsullarla əldə etdiyi
mövqelərini də itirirdi.
Dostları ilə paylaş: |