www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
143
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
şəkildə də istehlakçıya ötürülür. Zahirən yüksək sənət
əsərini xatırladan, lakin daxilən bayağı olan, hər hansı bir
dəyərdən məhrum məmulatlar istehsal etməklə məşğul
olan kitç bütün modernist cərəyanların genetik mərəzidir,
onların qanını soran tüfeylidir. Avanqard (modernizm)
ağır-ciddidir, kitç yüngüldür, amma ciddilik iddiasındadır.
Avanqard yaradıcıdır, kitç yaradıcılıqdan məhrumdur; o
bunu gizlətmir, əksinə, bununla fəxr edir. Kitç avanqardın
yaratdığı dəyərləri konsistensiyadan məhrum edir,
yüngülləşdirir, ən geniş kütlənin başa düşməsi və çətinlik
çəkmədən həzm etməsi üçün bəsit dilə çevirir. Lakin
arada bədii nümunənin kvintessensiyası da yoxa çıxır - bir
növ, F.Nitsşenin fövqəlbəşər insanı bayağı Amerikan
filmlərinin supermen qəhrəmanına dönür.
Avanqardla kitç daim qarşılıqlı şəkildə bir-birini rədd
edirlər, amma bir-birisiz keçinə bilmirlər; kitç olmasa,
avanqard insanlarla ünsiyyətini itirər, tədricən xarici
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
144
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
impulsdan məhrum olub sısqalaşar və məhv olub gedər.
Avanqard olmasa, kitç təqlidetmə qaynağından məhrum
olar və yoxa çıxar.
Kitçin ciddilik iddiası onun bayağılığını qabarıq şəkildə
üzə çıxarır, odur ki, intellektual auditoriya ikrah hissi ilə
ona arxa çevirir.
Avanqardın dəyərlər yaratmaq və kitçin bu dəyərləri
kütləviləşdirmək qabiliyyətlərini nəzərə alaraq
postmodernizm onları barişdırmağa, əl-ələ verib birgə
fəaliyyətdə bulunmaqlarına rəvac verməyə çalışır. Məhz
bu məqamda postmodernizmin öz qaynaqlarına
ambivalent münasibəti ortaya qoyulur: postmodernizm bir
tərəfdən avanqard ilə kitç arasında fərqi görür və bu fərqi
vurğulayır, digər tərəfdən, onları barışdırmağa cəhd
göstərir; bir tərəfdən avanqardı və kitçi təsdiq edir, digər
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
145
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
tərəfdən inkar edir. Postmodernist istehzaya köklənmiş bu
ambivalentlik postmodernizmə, kitçdən fərqli olaraq,
intellektual auditoriyanın diqqətini cəlb etmək imkanı
verir. Kitç kimi postmodernizm də bu və ya digər bədii
nümunənin bu və ya digər səviyyədə mexaniki
―hazırlanma‖ aktının nəticəsi olduğunu gizlətmir, əksinə,
onun açıq və yaxud üstüörtülü sitatlardan, iqtibaslardan,
işarələrdən ibarət olduğunu nəzərə çarpdırır, lakin bütün
bu vurğulama, nəzərə çarpdırma prosesi istehza ilə
müşayiət olunduğuna görə intellektual auditoriya bu
üstüörtülü sitatların mənbəyini axtarıb tapmaqla bir növ
intellektual krossvord həll edir və əylənir.
Bu göstərir ki, postmodernizmi tamamilə modernizmə
müncər etmək olmaz; bütün oxşar cəhətlərə baxmayaraq,
bu iki konsepsiya arasında prinsipial fərqlər mövcuddur.
Həqiqətdir ki, hal-hazırda tədqiqatçılar çoxsaylı faktlara
əsaslanaraq belə bir nəticəyə gəlirlər ki, əgər müxtəlif
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
146
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
modernist cərəyanlar klassik estetik fikrin çağdaş insanın
durumuna adekvat olmayan süjet, personaj, melodiya,
harmoniya kimi kateqoriyalarından qəti şəkildə imtina
edirdilərsə, postmodernizm onları bərpa etməyə, yenidən
dövriyyəyə buraxmağa cəhd göstərir. Bu baxımdan
postmodemizm ən azı bədii-estetik fikrin inkişafı
spiralının yeni burumunda klassik ənənəvi-estetik
kateqoriyaların təsdiqi/inkarıdır.
XX əsrin ikinci yarısında təşəkkül tapmış, bütün
humanitar elmləri və incəsənət sferasını ehtiva etmək,
eyni zamanda, təbiət elmləri sahəsində mövcud olan ən
yeni konsepsiyalarla əl-ələ verib birlikdə maksimum geniş
müstəvidə dünyanı izah etmək iddiasında olan və
həqiqətən də son dövrlərdə sosial-siyasi qloballaşmanın
analoqu qismində universal ümum-mədəni hadisəyə
çevrilmiş postmodernizm haqqında ətraflı və müfəssəl
məlumat vermək faktiki olaraq dünya və insanla bağlı
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
147
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
bütün mövcud bilikləri əhatə etmək niyyəti kimi
dəyərləndirilə bilərdi. Bu isə bir məqalənin çərçivəsində
qeyri-mümkündür və xüsusilə də məhdud görmə bucağına
malik müəllifin imkanları xaricindədir. Məhz buna görə
də bu yazıda postmodernizmin yalnız estetik məsələlərlə
bağlı bəzi aspektləri işıqlandırılacaq. Lakin qeyd etmək
lazımdır ki, bu özünüməhdudlaşdırma müəllifinizi iki
çətinliklə üz-üzə qoyur: birincisi, postmodernizmin estetik
konsepsiyası onun vahid dünyagörüşünün üzvi tərkib
hissəsidir. Buna görə də istər-istəməz postmodernist
şərhdə bəzi çağdaş fəlsəfi, sosioloji, psixoloji və sairə
problemlərə toxunmaq lazım gəlir. İkincisi,
postmodernizm diaxron kəsimdə bəşər nəslinin bütün
bədii irsini özümlü şəkildə ehtiva etmək iddiasındadır.
Əlbəttə ki, bu problemlərə hətta xülasə şəklində toxunmaq
belə imkan xaricindədir.
Dostları ilə paylaş: |