www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
119
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Nərmin Kamal
“Umberto Eko və Postmodernizm fəlsəfəsi”
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
120
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Nərmin Kamalın ―Umberto Eko və Postmodernizm
fəlsəfəsi‖ kitabı işıq üzü görüb. Müəllifin kitaba yazdığı
ön sözü təqdim edirik:
Kitabın adındakı hər iki açar-söz – Umberto Eko və
Postmodernizm fəlsəfəsi XX əsrin
ikinci yarısının hadisələridir, deməli, zamanca
müasirlərimizdir. Postmodernizm - Avropa fəlsəfi, bədii-
estetik düşüncə tarixində keyfiyyətcə yeni mərhələ sayılır.
Bizim Qərbə inteqrasiyamız yalnız onun klassik sistemləri
çərçivəsində qala bilməz, Qərbə necə varsa, olduğu kimi
yanaşmamız üçün onun ən yeni ideyalarını, ən yeni
dünyagörüşünü öyrənməli və diqqətə almalıyıq.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
121
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Umberto Eko bu fəlsəfənin daha çox akademik qanadına
məxsus bir düşüncə adamıdır. O, çoxunuza ―Qızılgülün
adı‖ roman-traktatı ilə tanışdır. U.Eko, Postmodernizm
fəlsəfəsinin banilərindən biri kimi, onun hazırda həyatda
olan azsaylı nümayəndələrindəndir. II Dünya
Müharibəsindən sonrakı filosoflar nəslinin son
nümayəndələrindən biri olaraq Eko öz ideyaları ilə
yaşadığımız dünyaya birbaşa təsir göstərmək gücündə
olan şəxsiyyət, mədəniyyətlərarası üfüqi dialoq,
çoxkültürlülük, insansevərlik (humanizm), barış kimi
bəşəri önəmli mövzularda aparıcı düşüncənin simvolu
sayılan bir ideoloqdur.
Hər bir ideya cərəyanına qarşı olduğu kimi
Postmodernizmə də münasibət birmənalı deyil. U.Eko
yazır: Bizim dövrümüzdə Postmodernizm termininə
Avropada hər dəfə nəyisə tərifləmək istəyəndə müraciət
olunur [87, 75]. Yəni bu termin bir növ ―yaxşı‖ sözünün
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
122
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
sinoniminə çevrilib. Keçmiş Sovet ölkələrində və
Azərbaycanda isə əksinə (bu ideyanı mənimsəmiş az
sayda insanı çıxmaqla), o daha çox neqativ-ironik şəkildə
yorumlanır. Postmodernin qəbul olunmamasının səbəbi
onun mədəniyyətin alışılmış estetik mahiyyəti və
ölçülərini dağıdan virus kimi təfsir olunmasıdır. Lakin
bizim məqsədimiz elmi bir yanaşma olduğundan, bu
başdan mənfi köklənmiş rəylərə önəm vermədən
məsələlərin mahiyyətinə varmalıyıq. Son bir neçə ildə
Postmodernizmin miqrasiyası nəticəsində bu fəlsəfə
mövzusunda müzakirələr və eksperimentlər Avropadan
Rusiya və Türkiyəyə, oradan isə Azərbaycan cəmiyyətinə,
xüsusən bədii üslub kimi ədəbiyyat və sənət sahələrinə
daxil olub. Ancaq Azərbaycanda bu müzakirə və
eksperimentlərin əsaslandığı heç bir fəlsəfi-elmi tədqiqat
olmadığı üçün, həmin bədii çalışma və dartışmalara bir
kor-koranəlik xasdır. Postmodernistlər məzarları təhqir
edənlər, vampirlər, özünü təsdiq edə bilməyən
qrafomanlar, estetikanı etikadan üstün görənlər,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
123
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
əxlaqsızlar, ―modernizmsiz postlar‖ və s. kimi qınaqlarla
sıxışdırılır. Azərbaycanda müasir ədəbi prosesi izləyənlərə
məlumdur, bizim ölkəyə Postmodernizm müzakirələri son
on ildə ədəbiyyat dəhlizindən ayaq açandan sonra
mətbuatda çoxlu qeyri-peşəkar tənqidlə qarşılanıb, ilk
aşamada dumanlı bir imaj qazanıb. Lakin,
Postmodernizmi Azərbaycanda ilk dəfə fəlsəfə sahəsində
elmi tədqiqata çəkərkən, ona ciddi hadisə kimi
yanaşdığımı, bu gün dünya ensiklopediyalarında
Postmodernizm kəlməsinin qarşısında ―müasir fəlsəfə və
incəsənətin əsas istiqaməti‖ kimi sanballı təyinlər
yazılmasını nəzərə alıb, ona Qərb fəlsəfə və bədii
təfəkküründə göstərilən ciddi münasibəti davam
etdirdiyimi burada ifadə etmək istəyirəm. ABŞ, Avropa
elmi dairələriylə tanışlıq sırasında onlarda Modernizm və
Postmodernizm fəlsəfəsi üzrə ixtisaslaşan alimlər
olduğunu görürük. Postmodernizm sərlövhəsi altında
onlar Postmodern dünyagörüşü, Postmodern feminizm,
Postmodern estetika, Postmodern linqvistika kimi bir çox
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
124
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
sahələrdə tədqiqat aparırlar. ―Postmodern‖ sözü Qərb
alimi üçün mürəkkəb açar-söz, konsepsiya, xüsusilə bizim
kimi ölkələri anlamaq funksiyası yerinə yetirdiyi halda,
bizim yerli auditoriyada bu söz anlaşılmaz assossasiyalar
doğurur. Biz keçid dövründən danışırıq, bu dövrün bütün
problemlərini yaşayırıq, dünyanın virtuallaşdığını,
informasiya hakimiyyəti dövrünün başladığını görürük və
hiss edirik ki, ənənəvi binar dünyagörüşümüz, xeyir və
şər, həqiqət və yalan anlayışlarımızla bu dövrü dindirə
bilmirik, elə isə ənənəvi xeyir-şər, ağ-qara, həqiqət-yalan
– anlayış aparatımızın özündə dəyişiklik etmək, müvafiq
keçid dövrü fəlsəfəsi kimi Postmodernizmi
mənimsəməliyik.
Azərbaycan Postmodernizmin fikir budaqlarından olan,
1970-ci illərdə meydana çıxmış Postkolonializmin maraq
dairəsinə daxildir. Postkolonializm vaxtilə müstəmləkə
olmuş ölkələrə, Afrika və Asiyadakı üçüncü dünya
Dostları ilə paylaş: |