www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
170
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
keçmişin total inkarı əsasında yalnız indiki zaman
müstəvisində təqdim olunması və yozulması, insan
böhranının səbəblərinin kənara qoyularaq yalnız onun
nəticələrinin vurğulanması mədəniyyətin özünü
―postmodern‖, yəni çağdaş dönəmdən sonrakı gerçəklik
kimi dərk və təqdim etməsinə səbəb oldu. Bu,
postmodernizmə total inkara əsaslanan modernist
konsepsiyalardan məsafələnmək və bütün XX əsr ərzində
klasslk ənənələrlə qırılmış əlaqələri yeni, fraqmentar
əsasda bərpa etmək imkanı verdi.
Lakin bu, hər şeydən əvvəl, XX əsrin ortalarından
başlayaraq bəşəriyyətin guya taleyinə təsir göstərə biləcək
hər hansı köklü qlobal hadisə ilə üz-üzə gələ bilməsi
ehtimalının sıfıra düşməsi ilə bağlı tarixin öz hərəkətini
başa vurması va onun posttarix (tarixsonrası) mərhələyə
qədəm basması haqqında müxtəlif kontekstlərdə
mülahizələr söylənilməsi ilə nəticələndi. Fransız
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
171
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
postmodernist fikrinin erkən nümayəndələrindən olan
M.Blanşo yazırdı: ―Biz bu və ya digər dərəcədə ömrünü
başa vurmuş tarixin kontekstində yaşayırıq, hamımız
yanımızdan axıb keçmiş, artıq qurumuş çayın qırağında
hərəkətsiz oturmuşuq‖.
Postmodernistlərin fikrincə, tarix təbiətləri etibarilə
yayğın, blr-birilə əlaqəsi olmayan dağınıq hadisələri bir
araya gətirməyə və onları süni şəkildə bir-birinə calamağa
cəhd göstərən mifdən başqa bir şey deyildir. Bədii fikir
sahəslndə isə roman analoji funksiyanı yerinə yetirir və bir
növ tarixin gerçəkliyin bütün hadisələri arasında məntiqi
bağlılıq olması haqqında illüziyasını bədii obrazlar
vasitəsilə əsaslandırmağa çalışır. Məhz buna görə də
―tarix əsri eyni zamanda roman əsri‖ (J.Bodriyar) hesab
oluna bilər. Bundan belə bir nəticə çıxarmaq olar ki,
tarixin və romanın məhz XIX əsrdə - bəşər nəslinin ən çox
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
172
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
illüziyaya qapıldığı yüzillikdə - iInkişaf etməsi təsadüfi
deyildir.
Bu baxımdan tarixsonrası anlayışı sosial dinamikanın xətti
şərhindən, tarixi prosesin hər hansı bir məntiqə və
məqsədə malik olması ideyasından qəti imtinadır.
Müasir amerikan filosofu F.Fukuyama bir qədər də
qabağa gedərək belə hesab edir ki, əgər tarix dövründə
brounvari, xaotik, bir-birini tarazlaşdırmayan, heç bir
məntiqə sığmayaraq gah gözlənilmədən bir-birini inkar,
gah da təsdiq edən hadisələrin cərəyan etməsi müşahidə
olunurdusa, tarixsonrası dönəm ümumiyyətlə tam
durğunluğun hökm sürməsi ilə xarakterizə olunur. Alimin
fikrincə, indən belə bəşər nəslinin taleyinə əhəmiyyətli
şəkildə təsir göstərə biləcək hər hansı bir hadisənin
meydana gəlməsi ehtimalı istisna olunur.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
173
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Postmodernizm zaman nöqteyi-nəzərindən ümumbəşər
mədəniyyət tarixini üç mərhələyə bölür: birincisi,
mifologiyanın hökm sürdüyü mənəvi dövr; ikincisi, elmi
təsəvvürlərin formalaşdırdığı dövr və nəhayət, üçüncüsü,
postmodernist dövr.
Birinci dövrdə insanın zaman haqqında təsəvvürləri çevrə
boyu hərəkəti xatırladır; eyni hadisələr dönəm-dönəm, il-
il, fəsil-fəsil təkrar olunur. Mifoloji dövrdə zaman
çevrəsinin hüdudlarını aşmaq, bir-birini təkrar-təkrar
izləyən hadisələrin təsbit olunmuş nizamını qırmaq qeyri-
mümkündür.
İkinci dövrdə bəşər nəslinin zaman haqqında təsəvvürləri
xətt boyu hərəkəti yada salır; hər bir hadisə cəmisi bircə
dəfə baş verir və heç vaxt təkrar olunmur. Bir-birini
ardıcıl şəkildə izləyən hadisələr muncuq sayağı düz xətt
kimi uzanıb gedən sapın üzərində düzülür.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
174
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Üçüncü - postmodernist dövrdə, klassik ənənəvi dönəmdə
oldugu klmi, bəşər nəslinin keçmişin tabeçiliyində olması
iddia olunur, lakin indi zaman qırılmış sap kimi təsəvvür
olunur; keçmişdə baş vermiş muncuq-hadisələr hara gəldi
səpələnir, ―əvvəl-sonra‖, məntiqi ardıcıllıq prinsipinə tabe
olmaqdan imtina edirlər. Onlar bir-birinə qarışır, xətti
düzümü bərpa etmək - zamanın qırılmış sapını
düyünləmək qeyri-mümkün olur.
Bu, əlbəttə ki, keçmişdən total imtinaya söykənən
modernist zaman təsəvvürlərinə uyğun deyil. Eyni
zamanda, postmodernizmin ənənəvi zaman
konsepsiyasından imtinası mifoloji çevrə təsəvvürlərinin
də bərpası deyil. Faktiki olaraq postmodernizmdə keçmişə
münasibət ayrı-ayrı, bir-birindən təcrid olunmuş, bir-birilə
əlaqəsi olmayan hadisələri şərh etmək, onları sitata
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
175
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
çevirmək şəklində özünü büruzə verir ki, bu da onun
zaman konsepsiyasının elmi-ənənəvi və modernist
konsepsiyaları arasında orta mövqe tutmasından xəbər
verir.
Ardıcıl şəkildə bir-birini izləyən, məntiqi ardıcıllıqla bir-
birinə bağlı olan hadisələrdən ibarət keçmişi itirmiş
postmodernist zaman konsepsiyası şaquli məhvərdən
məhrum olur, indiki zaman hüdudları ilə kifayətlənməyə
məcbur olur. Çağdaş dövrdə insan ―diaxron yox, sinxron
zamanda yaşayır‖ (Ceymison).
Postmodernistlər belə hesab edirlər ki, tarixilik ideyası
təkcə zamanın xəttilik prinsipinin təsdiqi deyil; bu
konsepsiya labüd şəkildə teleoloji (tarixi gedişin mütləq
bir sonu olması) prinsiplərinin təsbit olunmasına gətirib
Dostları ilə paylaş: |