www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
182
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Yeri gəlmişkən, artıq həmin dövrdə Hegel konseptual
planla ―romantik istehza‖nın əleyhinə çıxış edərək belə
hesab edirdi ki, istehza son nəticə etibarilə ―mən‖in özünə
qapanması, onun bütün ətraf aləmlə əlaqələrinin qırılması
vasitəsinə çevrilir. Həm dünyaduyum forması, həm də
bədii təcəssüm üsulu kimi postmodernist istehza fəlsəfi-
estetik fikirdə tamamilə yeni hadisə olsa da, Hegelin vaxtı
ilə romantik istehzanın özgələşdirici təbiəti ilə bağlı
söylədiklərini ona da şamil etmək olar. Əhatə dairəsi
etibarilə daha qlobal xarakter daşıyan, sinxron və diaxron
kəsimlərdə mövcud olan bütün dəyərlərə təsdiqedici -
inkaredici mövqedən yanaşan postmodernist istehza total
özgələşmə üçün şərait yaradır.
Postmodernist istehza konsepsiyasının hadisələrə
təsdiqedici-inkaredici münaslbəti bəzən ilk baxışdan
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
183
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
onunla heç bir əlaqəsi olmayan bədii-estetik hadisələri
izah və həll etməyə yardım edir. Esselərinin birində
Kamal Abdulla Füzulinin qəzəllərinin son beytinə ənənəvi
olaraq öz adı ilə ―möhür basması‖nı sənətkar
şəxsiyyətinin ikiləşməsi kimi yozur. Mən isə bir vaxtlar
bu faktı şairin özünütəsdiqi kimi izah etməyə çalışmışdım.
Bu ilk baxışdan bir-birinə zidd mülahizələrdən görəsən
hansı dogrudur? Axı həqiqətən də sənətkar bir tərəfdən öz
adını çəkməklə konkret olaraq bu qəzəlin başqasına yox,
məhz ona - Füzuliyə məxsus olduğunu vurğulayır. Lakin
digər tərəfdən bu əməllyyatla şair iki cür düşünən, iki
müxtəlif dünyagörüş mövqeyində dayanan, biri müraciət
edən, digəri birincisinə qulaq asan iki şəxsiyyətə haçalanır
- özünütəsdiq özünüinkara çevrilir. Göründüyü kimi, hər
iki konsepsiyada həqiqət var, lakin eyni zamanda, onlar
bir-birinə ziddir. Yalnız postmodernist istehza işığında bu
iki mövqe arasında ziddiyyət yoxa çıxır; onlar çulğalaşır,
birləşir. Məlum olur ki, Füzuli özünə postmodernist
ruhunda istehzalı münasibət bəsləyir. Məhz sənətkarın
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
184
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
özünə bu cür münasibəti ona aciz, məhdud Füzulini ilahi
məhəbbətin yaratdığı yüksək mənəvi-gərginlik sahəsində
təsvir etmək imkanı verir. Yeri gəlmişkən, Füzuli
yaradıcılığının postmodernist konsepsiya baxımından
şərhi onun ilk baxışdan birölçülü və birtərəfli ciddi
görünən əsərlərində tamamilə yeni semantik ovqat
laylarının aşkarlanmasına gətirərdi.
U.Eko postmodernist situasiyanı, daha doğrusu,
postmodernnizmin dünya mədəniyyətinə diaxron-sinxron
planda münasibətini komplekssiz intellektual kişinin
intellektual qadına məhəbbətini izhar etməsinin mümkün
formasının timsalında izah etməyə cəhd edir: ―Kişi bilir
ki, qadına ―mən səni dəlicəsinə sevirəm‖ sözləri ilə
müraciət edə bilməz. Çünki o bilir ki, bu sözlərin artıq
Liala tərəfindən yazıldığından qadının xəbəri var. (Qadın
da bilir ki, kişi bundan məlumatsız deyil.) Amma buna
baxmayaraq, bu vəziyyətin özündə də çıxış yolu
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
185
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
mövcuddur. Kişi deyə bilər ki, ―Liala demişkən, mən səni
dəlicəsinə sevirəm‖. Bax, beləcə kişi saxta məsumluqdan
yan keçərək və aydın şəkildə indən belə məsum
söhbətlərin alınmayacağını ifadə edərək eyni zamanda
qadını sevdiyini, hətta məsumluğun yoxa çıxdığı zamanda
belə sevməkdə davam etdiyini bildirir. Onların hər ikisi
bir vaxtlar kiminsə tərəfindən deyilmiş və artıq məhv
edilməsi qeyri-mümkün olan keçmişin onlara meydan
oxumasını qəbul edirlər. Onların hər ikisi şüurlu şəkildə
və məmnuniyyətlə istehza oyununu oynayırlar. Lakin
bununla onlar bir daha məhəbbət haqqında danışmaq
imkanı əldə edirlər‖.
Beləliklə, postmodernist sənətkar dünyaya total istehza
münasibət üsulundan istifadə edərək oxucunu iqtibas
etdiyi yaxud sitat gətirdiyi mənbələr haqqında
məlumatlandırmağa, hər halda, dediklərinin ona məxsus
olmadığını bildirməyə, həm də eyni zamanda, həm sitat
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
186
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
gətirdiyi yaxud iqtibas etdiyi müəllifi, həm potensial
oxucularının hamısını, həm də xüsusilə özünü barmağına
dolayıb ələ salmalı olur. Oxucu da bütün sözü gedən
mənbələrə və özünə analoji münasibət bəsləməyə məcbur
olur. Bununla ciddilik müasir dünyanın strukturundan
sıxışdırılıb çıxarılır və total istehza bərqərar olur.
Postmodernist istehza heç zaman satiraya, yəni birdəfəlik
və qəti inkara çevrilmir. Məhz buna görə də satiradan
fərqli olaraq, postmodernizm dağıdıcı deyil, əksinə,
yaradıcı potensiala malikdir.
Əgər yeni söz demək, yeni fikir ifadə etmək mümkün
deyilsə, əgər biz vaxtı ilə kimlərinsə dediklərini sitat
gətirməyə məhkumuqsa, onda bu və ya digər bir əsərin bu
və ya digər müəllifə məxsus olması haqqında
təsəvvürlərin özləri də köklü şəkildə dəyişməlidir.
Dostları ilə paylaş: |