www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
176
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
çıxarar. Bu isə zamanın vahid tarixi məntiqə malik olması
ideyasının təsdiqi ilə nəticələnir.
Halbuki, postmodernist konsepsiyaya görə gerçəklikdə
həm diaxron, həm də sinxron kəsimlərdə vahid məntiq
axtarmaq, guya zamanın dünyanın həm keçmişini, həm də
gələcəyini bütövlükdə ehtiva edərək əvvəlcədən müəyyən
edilmiş istiqamətə aparmasını iddia etmək kökündən
səhvdir. Fransız postmodernist fikrinin ən görkəmli
nümayəndələrindən biri olan M.Fuko yazırdı: ―Dünya bir-
birindən doğmayan, bir-birini izah etməyən, bir-birini
tamamlamayan hadisələrin çulğalaşmasıdır. Onun
əvvəlini-axırını, mahiyyətini axtarmaq əbəsdir. Bizə elə
gəlir ki, bizim bugünkü durumumuz dəruni niyyətlərə,
əbədi zəruriyyətlərə söykənir. Tarixçilərdən də tələb
edirik ki, bizi buna inandırsınlar. Bu qətiyyən mümkün
deyil; biz, əslində, ilkin koordinatlardan məhrum saysız-
hesabsız hadisələrin içərisində yaşayırıq‖.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
177
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Heç bir məntiqə tabe olmayan saysız-hesabsız hadisələrin
içərisində yaşamağa, daim onlarla üzləşməyə məhkum
olan insan nahaq yerə onların mahiyyətini dərk etməyə
çalışır.
Sadəcə olaraq belə bir mahiyyət mövcud deyil. Belə olan
halda bəşər nəslinin artıq keçdiyi və bundan sonra
keçəcəyi yolun əsas istiqamətini, məqsədini, hədəfini
müəyyən etmək qeyri-mümkündür.
Vaxtı ilə Hegelin ―dünya idrakının hiyləgərliyi‖ kimi
dəyərləndirdiyi ―tarixin istehzası‖ fenomeni,
postmodernistlərin fikrincə, zaman-zaman bəşər övladının
tarixi proseslərə əvvəlcədən düşünülmüş və məntiqi
baxımdan götür-qoy edilmiş şəkildə müdaxilə etmək
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
178
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
cəhdləri, prosesləri istədiyi istiqamətə yönəltmək
niyyətləri daim boşa çıxır.
Tarixi hadisələrin guya hansı isə düşünülmüş bir məqsədə
xidmət etməsi illüziyasından heç cür yaxa qurtara
bllməyən insan belə hesab edir ki, onları istədiyi şəkildə
idarə edə bilər. Platondan bəri saysız-hesabsız utopiyalar,
XX əsrdə yaranmış bütöv bir futurologiya elmi məhz bu
zəmində təşəkkül tapmışdır. Halbuki tarix bizi daim
barmağına dolayır, hadisələr təşəkkül tapan kimi dərhal
nəzarətimizdən çıxır, əvvəlcədən onlara sırıdığımız
məntiqə tabe olmayaraq gözlənilmədən, bəzən bir-birini
təsdiq, bəzən də inkar və rədd edir, ağlımıza belə
gəlməyən kombinasiyalar əsasında bir-blrilə birləşirlər.
Tarixi hadisələrin gedişi heç vaxt insanların onlara
bəslədiyi ümidləri dogrultmur, heç vaxt sonda əldə olunan
nəticələr bizim ilkin niyyətlərimizlə üst-üstə düşmür.
Beləliklə, bəşər nəslinin üzləşdiyi bu və ya digər
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
179
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
problemin həllinin mümkünlüyü ilə bağlı əvvəlcə illüziya
yaradan tarix, sonra bizim planlarımızı alt-üst edir və
gözlənilməz gedişlə məqsədlərimizin gerçəkləşməsinin
qarşısını alır.
Tarixsonrası labüd şəkildə çağdaş dövrdə hər hansı yeni
bir ideyanın, yaxud konsepsiyanın yaranmasını qeyri-
mümkün edir: bütün hadisələr artıq baş vermiş, bütün
sözlər deyilmiş, bütün insan düşüncələri və hissləri ifadə
olunmuşlar. Biz təkrar-təkrar vaxtı ilə artıq baş vermiş
hadisələri yaşamağa, keçirilmiş hissləri keçirməyə,
deyilmiş sözləri deməyə məhkumuq. Bu isə postmodernist
dönəmdə yaşayan insanı keçmişdən tam asılı vəziyyətə
salır.
Çağdaş postmodernist fikrin öncüllərindən olan Umberto
Eko belə hesab edir ki, postmodernizm modernizmdən
fərqli olaraq keçmişdən imtina etmir və onu qəbul edir;
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
180
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
əgər bu gün baş verən və yaxud sabah baş verə biləcək hər
hansı bir hadisəni dəyişdirmək və hətta ləğv etmək olarsa,
keçmişi məhv etmək qəti qeyri-mümkündür… Belə olan
halda, keçmişi nəzərə almamaq, onun təsir dairəsindən
yan keçmək olmur. Keçmiş daim bizim həyatımıza
müdaxilə edir, hisslərimizi və düşüncələrimizi istədiyi
kimi dəyişdirir. Onun təcavüzündən yaxa qurtarmaq, onu
neytrallaşdırmaqdan ötrü həzm-rabedən keçirmək, onu
özününküləşdirmək lazımdır. Bu isə yalnız keçmişi eyni
zamanda həm inkar, həm təsdiq etmək, ona həm ciddi,
həm də qeyri-ciddi münasibət bəsləmək əsasında
mümkündür. Deməli, keçmişə münasibət yalnız istehza
əsasında köklənə bilər. İstehzanın postmodernist fəlsəfi-
estetik və bədii fikirdə struktur və münasibət
formalaşdıran funksiyası bununla izah olunur.
Bəşər övladının mürəkkəb və ziddiyyətli gerçəkliyi dərki
üsulu kimi hələ Sokrat tərəfindən geniş şəkildə istifadə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
181
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
olunan istehza zaman-zaman transformasiyaya uğramış,
hadisələrə ikili, haçalanmış münasibət prinsipinə riayət
etmək şərtilə müxtətif, bəzən diametral şəkildə bir-birinə
əks məqsədlərin həyata keçirilməsinə xidmət etmişdir.
Postmodernist istehza onların hamısı ilə bu və ya digər
dərəcədə baglıdır və həmin ənənələrə əsaslanır. Lakin
bununla yanaşı, postmodernist istehza ilk növbədə XVIII
əsrin əvvəllərində alman estetik fikrində təşəkkül tapmış
romantik istehza konsepsiyasının bədii-fəlsəfi inkişaf
spiralının yeni, çağdaş burumunda qayıdışı kimi
dəyərləndirilə bilər. Məlum olduğu kimi, alman
romantizmində (Şlegel qardaşlarının, müəyyən mənada
Zolgerin konsepsiyalarında) istehza gerçəkliyin
mahiyyətinin açıqlanmasının və həmçinin guya antik
dövrdə mövcud olmuş, lakin sonralar Avropa
sivilizasiyası tərəfindən itirilmiş şəxsiyyət bütövlüyünün
və universallığının bərpa olunmasının əsas bədii vasitəsi
hesab olunurdu.
Dostları ilə paylaş: |