www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
7
E-antologiya:
çağdaĢ filoloji materiallar
dəqiqəyə yaxın zaman ərzində məni diqqətlə dinləyən
yazar, Ģair, esseistlərdən ibarət yaradıcı gəncliyin fəal
nümayəndələri ilə neçə min sivilizasiya tarixinə,
mədəniyyət yoluna, ədəbi-bədii sözün mürəkkəb dövrlərlə
əhatələnmiĢ proseslərinə baĢ çəkdik, maraqlı ekskurslar
etdik, qəribə nəticələrə gəldik, bənzərsiz fikirlər irəli
sürdük. Əslində mən onlara bir qədər də həsəd aparırdım:
heç kimə sirr deyil ki, dövlətimiz tərəfindən gənc
yazarlara, ümumiyyətlə, yaradıcı cavanlara xüsusi qayğı
var, illik Prezident təqaüdü ayrılıb, xüsusi yaradıcılıq
fakültəsi fəaliyyətə baĢlayıb, AR Mədəniyyət və Turizm
Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə
layihəsi kimi Gənc Ədiblər Məktəbi təsis edilib, illik
gənclər mükafatları verilir, müxtəlif sənət yarıĢmaları
keçirilir, büdcədən maliyyələĢdirilən ədəbi orqanlarda iĢıq
üzü görən yazılarına qonorar ödənilir, AR Gənclər və
Ġdman, eləcə də Mədəniyyət Turizm Nazirlikləri
tərəfindən ya almanax Ģəklində, ya da ayrıca kitabları nəĢr
olunur. Mən hələ ictimai və özəl qurumlar, KĠV-lər,
həmçinin Ġnternet Ģəbəkələrində yaradılan imkanlardan
yazmıram...
Yeni ədəbi nəslin nümayəndələrinə isə yalnız əsl sənət
nümunələri yaratmaq, ədəbiyyatçı kimi tanınmaq, milli
ədəbi-bədii düĢüncəmizi zənginləĢdirmək, onu dünyada
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
8
E-antologiya:
çağdaĢ filoloji materiallar
yaymaq kimi məsuliyyətli vəzifələri layiqincə yerinə
yetirmək qalır. Deyəsən, yazımın bu hissəsi çox rəsmi
alındı, odur, keçirəm əsas mətləbə...
Bir gün dəli bir istəklə Ġnternetin innovativ imkanlarından
bəhrələnərək, “Mədəniyyət” qəzetinin saytında iki ən
yeni imza sahibinin yazdıqlarına diqqət yetirdim.
(Əslində, bu yazının qeyri-rəsmi variantında “diqqət
yetirdim” kəlmələri əvəzinə, “zövqümü zorladım” gedib:
readktorumuz etiraz etməsə, o cümlənin sonunu hər iki
variantda verərdim, baxır insafına...) Ġki gənc (oxu:
ətcəbala) qələm sahibi – Feyziyyə ilə Fəridin yazdığı nəsr
və poetik əsərləri oxuyarkən, maraqlı nəticələr əldə etdim
ki, onları oxucularla bölüĢmək fikrinə düĢdüm, yaxud
fakir mənim beynimə atıldı.
Söz yox, əgər Fəridi tanımadığımı yazsam,
səmimiyyətdən uzaq düĢər: o mənim hazırda ən real
ədəbiyyatçı dostlarımdan biridir. Daha dəqiq ifadə etsəm,
təsadüfi – təsadüfimi? – tanıĢlığın axarında (sonunda yox,
məhz axarında) güldən, bülbüldən Ģeir guppuldadan bu
qəribə gənc oğlanı, sözün poetik və fəlsəfi mənasında,
“sındırıb” əsl söz sənəti ilə nəfəs alanların sırasına
qoĢduğuma görə nə onun kədər hopmuĢ ömrü (atasını tez
itirib), nə tarix (qağa, XXI əsr ədəbiyyat dövrü deyil!), nə
də həyat yəqin məni heç vaxt bağıĢlamayacaq. Bunu dəqiq
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
9
E-antologiya:
çağdaĢ filoloji materiallar
bildiyimdən, mətləbdən uzaqlaĢmadan əsas məsələyə
istiqamətlənmək istəyindəyəm...
Doğrusu, yaĢlaĢdıqca qartımağımdan irəli gəlir, yoxsa
fəhmim mənim vicdanıma pıçıldayır, bilmirəm, hər halda,
indiyə qədər yaradıcılıqları barədə xoĢ sözlər iĢlətdiyim,
hətta bəziləri barədə yazdığım, çox zaman isə ĢiĢirtdiyim
RövĢən Naziroğlu, Səfa RəĢid, Ramal, Azər Məmmədov
və daha neçə-neçə ədəbi mühit adlı bağçada artıq çürümüĢ
yeni qələm pöhrələrindən sonra növbəti gənc nəslin
istedad saçan nümayəndələrinin bədii-poetik məhsullarını
reklam etməyi – tərifləməyi, tanıtmağı deyəsən, həqiqətən
yadırğamıĢam. Sözsüz, haqqına vaxtilə həvəslə yazdığım,
indinin özündə də hər yeni əsərini ədəbi-kulturoloji
süzgəcdən keçirərək ədəbi-mədəni ictimaiyyətə tanıtdığım
Elçin Hüseynbəyli, Qulu Ağsəs, Nərgiz Cabbarlı, Səlim
Babullaoğlu, ġərif, Həyat ġəmi, Rəsmiyyə Sabir, Ġlqar
Fəhmi, AqĢin Yenisey, Zahir Əzəmət kimi onlarla
istedadlı cavan imza sahiblərinin cərgəsində yer almayan
o kəslərə görə özüm əsər yazan deyiləm ki...
Olsun, hər halda, bu cavanların istedad qanadlarını örtsəm
belə, bugünkü oxuduqlarımın enerjisi itməsin deyə, onları
sözə çevirib hamı ilə paylaĢmaq istəyimi boğa bilmədim...
Feyziyyə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
10
E-antologiya:
çağdaĢ filoloji materiallar
Məni anti-genderizmdə suçlamasınlar deyə, ilkcə
Feyziyyənin “Mədəniyyət” qəzetinin 8 noyabr 2008-ci il
tarixli sayındakı “Avtomat qəssab bıçağı” qorxulu, yaxud
da dəhĢət-hekayəsindən baĢlamaq istəyirəm.
BaĢlamaq heç də asan olmasa da, hərnədirsə, fikirlərimi
polemikalaĢdırmağa çalıĢıram: əvvəla onu vurğulayım ki,
bütün dil və üslübi dolaĢıqlığa baxmayaraq, xanım yazarın
bədii nəsrin ən incə – çətin janrlarından sayılan
kiçikhəcmli hekayəyə qələm çevirməsi sevindirici haldır.
“O, konduktor (əlbəttə, qəzetdəki redaktədən sonra
konduktor əvəzinə bələdçi sözü daha uğurlu alınardı, -
A.X.) iĢləyirdi. Kabinəsinin (nəyin? - A.X.) – arxa tərəfi
qara ĢüĢə ilə bağlı olduğundan (yəqin, qapandığından
ifadəsi daha təsirli səslənərdi) sürücü görünmürdü…”
Bu minvalla Ģəhərdəki insanları avtobusa mindirib onların
bədən əzalarını kəsən, qanlarını ĢüĢə qablara yığanlarla
bağlı hekayətləri oxucu teletamaĢaçı simasında XX və
XXI əsr ABġ-da istehsal olunmuĢ saysız-hesabsız dəhĢət-
filimlərdə dəfələrlə seyr edib. Bir qədər də dərinə gedib,
mən hələ Edqard Ponun qorxulu novellalarından tutmuĢ,
Patrik Züskindin “Ətriyyatçı”sına, ta bizim Çingiz
Abdullayevin siyasi detektiv romanlarının səhifələrinə
səpələnmiĢ qan-ölüm qoxusu barədə təmtəraqlı cümlələr
Dostları ilə paylaş: |