www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
93
E-antologiya:
çağdaĢ filoloji materiallar
postmodernizm nəzəri cəhətdən bizdə
əsaslandırılmayıbsa, izah olunmayıbsa, nə cür bu xüsusda
əsər yazıla bilər? Bəlkə mən yanılıram?
Mənə elə gəlir ki, postmodernizm üslubunda yazılan
əsərləri oxuyub təsirinə düĢən əsərlər var, ancaq sırf
postmodernizm üslubunda yazılan əsər yox. Mənim bu
fikrimi Mübariz müəllim bilir, Qorxmaz Quliyevlə
söhbətdə o özü də bunu qeyd etdi. Modern üslubda
yazılan əsərlər var, onu qeyd etmək olar.
Mən Əsəd müəllimin «Azərbaycan» jurnalında bir
məqaləsini oxudum. O da türk dilindən olan tərcümə ilə
bağlı idi. Nurlan xanımın tərcüməsi idi, səhv eləmirəmsə.
REPLĠKA: Narıngül.
RAMĠNƏ MƏMMƏDOVA: Narıngül xanımın tərcüməsi
ilə bağlı. Çox qəribədi, tənqid tərcüməçiliyə heç vaxt yer
ayırmır. Bu məsələ ilə bağlı silsilə yazılarınızın olacağını
orada qeyd edirsiniz, mən çox həvəslə gözləyirəm. Lakin
mən tərcümə sahəsində tənqidi yazı görmürəm, demək
olar ki, müasir dövrümüzdə belə yazılar yoxdu.
ƏSƏD CAHANGĠR: Mən tərcümə ilə bağlı silsilə
yazıların ləngiməsinin səbəbini bayaq, əslində, dedim.
Bütün faktlar göz qabağındadı, sən də bunu sadəcə qeydə
alır, faktı konstatasiya edirsən, amma sənə qərəzçi, hətta
böhtançı damğası vurmağa çalıĢanlar olur. Ġclaslar
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
94
E-antologiya:
çağdaĢ filoloji materiallar
keçirilir, məqalən müzakirəyə qoyulur. Burda deyirlər ki,
oğru elə çığırdı, doğrunun bağrı yarıldı. Azərbaycan
dilinin qrammatikasını orta məktəb Ģagirdi səviyyəsində
bilməyəndən tərcüməçi, remarka ilə dialoqun fərqini
bilməyəndən dramaturq, «Ġnostrannaə literatura»nı
qarĢısına qoyub tələm-tələsik Azərbaycan dilinə çevirən
və orijinal əsər adı ilə təqdim edəndən nasir obrazı
yaratmaq istəyirlər, hamısı da karnaval fiqurları. Və guya
ucdantutma hamı bu yalanları müdafiə etməliymiĢ.
«Azərbaycan» dərgisinin ötən ilki dekabr sayında çağdaĢ
nəsrlə bağlı «BaĢqaları və Aslan Quliyev» adlı yazım dərc
olundu. Yazı yenilik adı altında çağdaĢ nəsrdə baĢ alıb
gedən təqlidçiliyə, özəlliklə də dünya ədəbiyyatından olan
təqlidçiliyin tənqidinə dair idi. Yeni nəsil yazarlardan
Pərviz, Həmid Herisçi, Elçin Hüseynbəyli, Xanəmir,
Balaxan, Ġlqar Fəhminin yazılarına istinadlar etmiĢdim.
Pərviz yazıya narazılıq dolu sifariĢlə, Həmid Herisçi
salam verməməklə, Xanəmir dolayısı ilə də olsa, cavab
yazdırmaqla reaksiya verdi. Elçin Hüseynbəyli isə bütün
bu reaksiya «rekorlarını kıraraq» əməlli-baĢlı
kompaniyaya baĢladı: əvvəla, yazının dərcinə mane olmaq
istədi, bu mümkün olmadıqda, mənə məlum olmayan
hansısa yollarla dərginin sözügedən sayının düz bir ay
ləngimsəsinə nail oldu – dekabr sayı yalınz fevralda iĢıq
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
95
E-antologiya:
çağdaĢ filoloji materiallar
üzü gördü. Dərginin məlum sayı Yazıçılar Birliyinin
köĢkündə «defisit» mal kimi altdan, gizli-gizli satılırdı.
Guya ki, RadiĢĢevin «Peterburqdan Moskvaya səyahət»
kitabı iĢıq üzü görmüĢdü. Amma Elçin Hüseynbəylinin
bununla da ürəyi soyumayıb özünün baĢ redaktor olduğu
«Ulduz» dərgisində mənim əleyhimə təhqirlərlə dolu iki
məqalə dərc elədi: biri Nizami Cəfərov, o biri Nizaməddin
ġəmsizadənin məqaləsi. Dedi-qodular, açıq və gizli
təhqirlər də öz yerində. Axırda Anar müəllim iĢə qarıĢmalı
oldu: Elçin haqqında «Ədəbiyyat qəzeti»ndə məqalə dərc
etdirdi, onun müxtəlif xarici ölkə yazıçılarından uğursuz
təqlidlərini dolayısı ilə təsdiq etdi, sintaksisi bərbad
vəziyyətdə olan Elçinə cümlə qurmağı öyrətdi. Üstəlik də
«Ulduz» dərgisində imkanlı müəlliflərin yazılarını dərc
etmək, qonorar-filan məsələləri ilə əlaqədar məlum iĢlərilə
bağlı onu gözütoxluğua, Ģəxsi mənafe amilinidən çıxıĢ
edərək gündə bir ədəbi və siyasi mövqe nümayiĢ
etdirməməyə, baĢqalarının uğurlarına qarĢı həsəd
hissindən uzaq olmağa çağırdı. Amma bir qədər əvvəl
APA-ya açıqlamasında tənqidçiləri qorxaqlıqda qınayan
Anar müəllim özü də də bütün bu tənqidi fikirlərində
üstüörtülü iĢarələrlə kifayətləndi.
Məni bir məsələ maraqlandırır: əvvəla, əgər tənqidçi
doğrudan da, kiməsə böhtan atır, fakta əsaslanmırsa, niyə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
96
E-antologiya:
çağdaĢ filoloji materiallar
bundan qorxurlar? Axı yalan ayaq tutsa da, yeriyən deyil.
Mən özüm haqqında yazılan ən ağ yalanlara belə cavab
vermirəm, çünki özümü heç kəsin qarĢısında cavabdeh
saymıram. Bir də heç kəs kor deyil axı, hamı yaxĢı bilir ki,
kimin qabında nə var: kim sözün patrisisi, kim plebeyidi,
kim sözün cahangiri, kim varlı adamların süfrəsinin qırın-
qırtığı ilə dolanan tamada, karyerist «payĢik»di.
Ġkincisi, əgər tənqidçi sözün düzünü yazıbsa, yenə də
qorxmaq yox, gedib ona təĢəkkür etmək lazımdı. Ən azı
ona görə ki, Aydın Xanın dili ilə desək, zəhmət çəkib zibil
bir yazını baĢdan-axıracan oxuyub, hətta onun haqqında
yazı da yazıb. Digər tərəfdən, obyektiv tənqid yazıçını
eyforiyaya uymağa qoymur, onu öz zəif tərəflərini islah
etməyə vadar edir, nəticə yazıçının xeyrinə olur. Demək,
heç bir halda nə tənqiddən qorxmağa, nə də tənqidçidən
qorxunc monstr, manyak obrazı yaratmağa dəyməz.
Həqiqət isə budu ki, məni nə tərcüməçi, nə Ģair, nə yazıçı
yox, onun iĢi maraqlandırır və heç kəslə xüsusi qərəzim,
Ģəxsi düĢmənçiliyim yoxdu. Mənim davam ədəbiyyat, söz,
istedad, ədalət davasıdı. Bir də ki, qərəzin bura nə dəxli
var? Lap qərəzim var, nəyi özümdən uydurmuĢuam ki?
Necə deyərlər, kor kor, gör gör. «Fakt na lits». Ġstər
tərcümə, istərsə də nəsrlə bağlı yazımın hərəsində
iradlarımın həqiqiliyini sübut edən az qala yüz fakt var,
Dostları ilə paylaş: |