Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə21/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   17   18   19   20   21   22   23   24   ...   64

74
Gündüz İsmayılov
Bakı şəhəri,
Müqəddəs Məryəmin mövludu kilsəsi.
      Ölkəmizdə rus pra-
voslavlarla  müqa yi sə-
də gürcü pravoslavla-
rın sayı xeyli azdır. 
Gürcü pravoslavlar 
əsa sən Qax rayonu 
əra zisində yaşayır və 
ümu mi  sayları 7 min 
nəfərdən çox deyildir. 
Bu rayonda onların 
iba dət etdiyi dörd kilsə 
fəaliy yət göstərir. 
Rus pravoslav kil sə sinə  mənsub xristianlar ölkə  əhalisinin 
təxminən iki faizdən çoxunu təşkil edir. Xristian icmaları içərisində 
özünəməxsus yeri olan Rus-pravoslav kilsəsinin ölkəmizdə yaran-
ma tarixçəsi çox da qədim deyildir. Bu tarix Rusiya imperiyası-
nın işğalına məruz qalan Azərbaycana XIX əsrin  əvvəllərindən 
başlayaraq rusların və xristian dininə etiqad edən digər xalqla-
rın, xüsusilə  də slavyan xalqları nümayəndələrinin köçürülməsi 
dövrünə təsadüf edir.
1813-cü il Gülüstan müqaviləsindən sonra Azərbaycanın Bakı, 
həmçinin, digər iri şəhər, qəsəbə və kəndlərində rus hərbiçilərinin, 
müstəmləkə üsuli-idarəsi məmurlarının, onların ailələrinin məs-
kun laşması, habelə, Rusiyanın müxtəlif  əyalətlərindən olan 
təriqətçilərin ölkəmizə köçürülməsi rus millətindən olan əhalinin 
sayını süni şəkildə artırıb. Elə rus pravoslavlığı da Azərbaycanda 
XIX  əsrin  əvvəllərindən etibarən çarizmin bölgədə  tətbiq etdiyi 
“köçürmə siyasəti” çərçivəsində təşəkkül tapıb.
Beləliklə, o dövrdə Azərbaycanda sayı xeyli artan rus əhalinin 
dini tələbatını ödəmək məsələsi gündəmə  gəlib və onun həlli 
istiqamətində  tədbirlərin  görülməsi aktuallaşıb. Məsələnin həlli 
özünü çox gözlətməyib və 1815-ci ilin əvvəlində Bakıda ilk Rus-
pravoslav kilsəsinin açılması barədə qərar qəbul olunub. Bu qərar 


75
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Şamaxı əyalətinin (quberniyasının) rus qoşunlarının baş komanda-
nı, general N.F.Rtişşevin müvafi q sərəncamı ilə hüquqi təsdiqini 
tapıb və yeni kilsənin tikintisi üçün vəsait toplanmağa başlanılıb. 
Lakin tikinti işləri üçün xeyli vaxt tələb olunduğundan, dindarla-
rın müvəqqəti olaraq ibadəti üçün yer lazım idi. Elə bu məqsədlə 
həmin vaxtlar Qız qalası yaxınlığında ərzaq dükanı kimi istifadə 
edilən baxımsız köhnə bir məscid binası “Müqəddəs Nikolay” 
adı ilə pravoslav kilsəsinə çevrilib və Tifl isdən dəvət olunan Da-
vid  İvanov adlı bir keşiş burada fəaliyyət göstərməyə başlayıb. 
Sonralar bu kilsəni 1850-1858-ci illərdə İçərişəhərdə, Qoşa Qala 
qapısının yanında inşa edilmiş yeni “Müqəddəs Nikolay” kilsəsi 
əvəz edib. Yararsız vəziyyətə düşən köhnə Nikolay kilsəsi isə bir 
müddət bağlı qalıb, lakin 1892-ci ildən yenidən təmir olunaraq ki-
çik kilsəyə çevrilib. Bundan başqa, həmin dövrdə Bakıda Bayıl 
donanma və hərbi dairə kilsələri də fəaliyyət göstərib.
XIX  əsrin II yarısında isə ölkəmizdə neft sənayesinin sürətli 
inkişafı ilə  əlaqədar Rusiya imperiyasının müxtəlif  ərazilərindən 
çoxlu işçi qüvvəsinin və mütəxəssislərin  gəlməsi ilə Azərbaycanda 
Rus-pravoslav xristianlığına mənsub əhali daha da çoxalıb. Şərait və 
mövcud vəziyyət daha böyük sahəyə malik kilsələrin inşa edilməsi 
zərurətini yaradıb. Beləliklə, 1888-1898-ci illərdə Bakıda “Alek-
sandr Nevski” adlı yeni kilsə inşa olunub ki, bu kilsə XIX əsrdə 
Cənubi Qafqazda tikilmiş ən iri və möhtəşəm pravoslav kilsəsi idi. 
Kilsənin təməlqoyma mərasimində imperator III Aleksandr və onun 
ailə üzvləri iştirak ediblər (kilsə 1937-ci ildə Sovet hökumətinin 
qərarı ilə dağıdılıb. Hazırda Bakı şəhərində onun yerində 189 və 190 
nömrəli orta məktəblər yerləşir). Ümumilikdə həmin dövrdə Bakıda 
17 pravoslav kilsəsi fəaliyyət göstərib. Sovetlər zamanı üçü istisna 
olmaqla pravoslav kilsələrinin hamısı məhv edilib. 
XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycanda pravoslav-
lığın ən çox yayıldığı dövrdür. 1913-cü ilin statistikasına görə, o 
illərdə təkcə Bakıda on minlərlə pravoslav yaşayıb.   Bakı şəhərində 
bir sıra məhəllə kilsələri (prixodlar) və sovmələr (çasovnya) də 


76
Gündüz İsmayılov
açılıb. Bu dövrün tendensiyaları Azərbaycanın digər bölgələrində 
də müşahidə olunub. Məsələn, Şamaxı şəhərində Rusiya imperiya 
ordusunun hərbi dairə komandanlığı yaradılandan sonra, 1820-ci 
ildə ilk Rus-pravoslav prixod kilsəsi fəaliyyətə başlayıb. 1843-cü 
ildə isə  Şamaxı  şəhər kilsəsi tikilib. Bundan başqa, Bakı quber-
niyasının Quba qəza mərkəzində  və bu qəzanın ruslar yaşayan 
kəndlərində, Cavad qəzasının on kəndində, Lənkəran  şəhərində
həmçinin, Göyçay qəzasının yeddi kəndində Rus-pravoslav 
kilsələri fəaliyyət göstərib. XX əsrin əvvəllərində isə Bakı quber-
niyasında iki minə yaxın şagirdi olan kilsə-prixod dini məktəbləri 
açılıb.
Azərbaycanda olan bütün Rus-pravoslav xristianlığına aid dini 
təsisatlar 1920-ci ilə kimi Gürcüstan ekzarxının ixtiyarında olub 
və onun təyin etdiyi Bakı blaqoçinliyi tərəfi ndən idarə olunub. 
1904-ci ildə Azərbaycanda iki blaqoçinlik fəaliyyət göstərib. Bi-
rincisi Göyçay, Quba və Şamaxı qəzalarını, ikincisi isə Lənkəran 
və Cavad qəzalarını əhatə edib. Blaqoçinlikləri idarə edən yepis-
koplar Rus-pravoslav Gürcüstan ekzarxındakı arxiyepiskopa, ya-
xud mitropolitə birbaşa tabe idilər. Sonralar yepiskoplar “Bakı və 
Xəzəryanı” titulunu alıblar. Bu titulu daşıyan on bir yepiskop olub.
Azərbaycan Xalq Cümhuriyyəti dönəmində  də  vətəndaşların 
bütün hüquqları, o cümlədən dini azadlıqları  təmin edilib. Par la -
mentdə bütün dinlərdən olan deputatlar bərabərhüquqlu nüma-
yən  də səlahiyyətinə malik idilər. Dinə münasibətindən asılı olma-
ya raq, bütün vətəndaşlar Azərbaycan Xalq Cümhuriyyətinin bə-
ra  bərhüquqlu  əhalisini təmsil edirdilər. Yaradılan bu şəraitdən o 
dövrdə Azər bay candakı bütün dini konfessiya mənsubları, həm-
çinin, Rus-pravoslav kilsəsinə etiqad edənlər də geniş yararlanıblar.
Azərbaycanda Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində 
Sovet hakimiyyəti qurulduqdan sonra bütün dini qurumlar kimi 
Rus-pravoslav kilsələrinin də sayı kəskin azalıb, dini təsisatların 
qeydiyyatı  ləğv edilib, ibadət evləri və kilsələr bağlanıb. Ateiz-
min tüğyan etdiyi dönəmdə, xüsusilə XX əsrin 20-30-cu illərində 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə