31
BMT-nin AFRİKA ÜÇÜN İQTİSADİ KOMİSSİYASI
(AİK) (United Nations Economic Commission for Africa, ECA) –
BMT-nin 1958-ci ildə Afrika qitəsinin inkişafı problemlərinin
öyrənilməsi və təhlilində
Аfrika xalqlarına köməkдарлыьын
göstərilməsi məqsədilə yaradılmış
йерли orqan. Afrika ölkələrinin
iqtisadi inkişafı, onun xalqlarının həyat səviyyəsinin qaldırılması,
üzv-dövlət sorğuları üzrə məsləhət köməkliyi üzrə tədbirlər
hazırlayır; afrika ölkələrinin öz aralarında və digər dövlətlər
arasında iqtisadi münasibətlərinin möhkəmlənməsinə və ona
saxlanması
цчцн kömək edir. AİK üzvləri Afrikanın 51 dövləti və
1 birləşdirilmiş üzvdür (Nambiya). Sovet İttifaqı AİK-in işlərində
müşahidəçi kimi iştirak etmişdir. 1977-ci ildə Nayrobi, Keniyada
Бюйцк сящранын cənubunda yerləşən Afrika ölkələri üçün
quraqlığa qarşı OAE simpoziumu ilə birlikdə səhralaşmaya qarşı
mübarizə üzrə BMT Konfransına regional hazırlıq iclası
keçirilmişdir. AİK Sudan-Sahel quraqlığı ilə əlaqədar səhralaşma
problemlərinin həllində geniş iştirak edir.
Baş qərargah: Əddis-Əbebə, Efiopiya.
BMT-nin DAYANIQLI İNKİŞAF ÜZRƏ KOMİSSİYASI
(UN Commission on Sustainable Development) – 1992-ci ildə
BMT-nin ətraf mühit və onun inkişafı üzrə Konfransın qərarına
əsasən yaradılmışdır. Vəzifəsi Konfransda qəbul edilmiş qərar-
ların və xüsusən də, “21-ci əsrin gündəliyi”nin yerinə yetirilməsini
izləmək
цчцн hökumətlərarası orqandır.
BMT-nin
ƏLAQƏLƏNDİRMƏ ÜZRƏ
İNZİBATİ
KOMITƏSİ /ƏİK/ (UN Adminstrative Committee on Co-
ordination, ACC) – dövlət nümayəndələri səviyyəsində BMT-nin
İqtisadi və Sosial şurasının daimi komitəsi (EKOCOC). Ilk əvvəl
proqram və
ялагяляндирмя üzrə Komitə adlanırdı. ƏİK BMT
sistemi çərçivəsində ümumi idarələrarası əlaqələndirməni həyata
keçirir.
Idarələrarası əlaqələndirmə mexanizminin qüvvətləndirilməsi
məqsədlərilə BMT-nin Baş Assambleyası (BMT BA) 32/197
32
qətnaməsi ilə (1978-ci il) onu yalnız ƏİK çərçivəsində cəmləş-
dirməsini qərara almışdır. Bu qərar nəticəsində Əlaqələndirmə
Şurasının Ətraf Mühit üzrə Komitəsinin (ƏMƏŞ) (bax) və ayrıca
xüsusi sahələrdə ƏİK-in fəaliyyətini təkrarlayan bir sıra digər
orqanların səlahiyyətləri bu quruma verilmişdir.
Nəticədə ƏİK ƏMƏŞ-nin BMT BA-nın 1997 (XXVII) və
32/172 qətnamələri ilə müəyyən edilmiş funksiyalarını və həm-
çinin UNEP-nin (bax.) İdarəedicilər Şurasının (İŞ) İllik məruzə
vermə funksiyalarını öz üzərinə götürmüşdür. ƏİK-in ilk məruzəsi
UNEP -in İdarəedicilər Şurasına 1979-cu ildə təqdim edilmişdir.
BMT-nin ƏRZAQ VƏ KƏND TƏSƏRRÜFATI TƏŞKİ-
LATI /FAO/ (Food and Agricultural Organization of the United
Nations, FAO) – vəzifəsi əhalinin kənd təsərrüfatı məhsulları ilə
təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər
aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə
hökumətlərarası təşkilatların işlərini əlaqələndirmək
цчцн BMT-
nin ixtisaslaşdırılmış təşkilatı. 1945-ci ildə yaradılmışdır. Əsas
vəzifələrindən biri – kənd təsərrüfatı istehsalı, meşə və balıq
təsərrüfatında inkişaf etməkdə olan ölkələrə kömək
дарлыг göstər-
məkdir. Inkişaf etmiş kapitalist ölkələrdən birbaşa ərzağın birbaşa
çatdırılması, kənd təsərrüfatı üçün hazırlanması və təkrar
hazırlanmasında elmi araşdırmaların və işlərin həyata keçirilməsi
və təşkilinə köməklik daxil olmaqla, FAO yardımı maddi və qeyr-
maddi xarakter daşıyır. FAO milli və beynəlxalq miqyaslı
tədbirlərdə iştirak edir. FAO Dünya torpaq xəritəsini tərtib
etmişdir, dünya səhralaşma xəritəsinin hazırlanmasında iştirak
etmişdir və s. Hal- hazırda FAO səhralaşma problemi ilə əlaqəli
50-yə yaxın layihələr həyata keçirir. Onlar arasında “Səhralaş-
manın qiymətləndirilməsi və xəritələşdirilməsi”, “Quraq və
yarımquraq otlaq yerlərinin ekoloji idarə edilməsi” və s. var.
FAO üzvü olmayan ölkələr BMTİP xətti üzrə həyata keçirilən
iri kompleks proqramlarda iştirak edirlər.
Baş qərargah – Roma, İtaliya.
33
BMT-nin ƏTRAF MÜHİT PROQRAMI ÜZRƏ SSRİ
KOMİSSİYASI (BMTİPKOM) (The USSR Commission for
UNEP, UNEPCOM) – SSRI-nin ətraf mühitin qorunması uzrə
dövlət komitəsi yanında keçmiş idarələrarası orqan (1978-ci ildə
yaradılıb). Komissiyanın əsas vəzifələri: ətraf mühitin mühafizəsi
və təbii sərvətlərdən səmərəli istifadə sahəsində beynəlxalq
təşkilatlarla əməkdaşlıq işlərində vahid hökumət siyasətinin
yaradılması üzrə təkliflərin hazırlanması; UNEP və BMT-nin
digər ixtisaslaşdırılmış sahələrinin fəaliyyətində SSRİ-nin rolunun
artırılması; bütün mövcud və proqnozlaşdırılan ekoloji problemlər
nəzərə alınmaqla, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən
səmərəli istifadə üzrə qlobal strategiyaların işlənib hazırlanmasın-
da iştirak; Sovet İttifaqının ətraf mühitin mühafizəsi ilə əlaqədar
UNEP və digər beynəlxalq təşkilatlara üzvlükdən irəli gələn
öhdəliklərinin yerinə yetirilməsi məqsədilə nazirliklərin, idarələrin
və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi; ətraf mühitin
mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələləri ilə
məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatlarında SSRİ-nin
iştirakını genişləndirmək; SSRİ-nin əldə etdiyi nailiyyətlərin
xaricdə təbliğ olunması və UNEP və ətraf mühitin mühafizəsi ilə
əlaqədar beynəlxalq təşkilatların kanalları ilə xarici ölkələrin ətraf
mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə prob-
lemlərinin həll olunmasında əməkdaşlıq təcrübələrinin öyrənilmə-
si idi. Komissiyanın tərkibinə SSRİ-nin və ətraf mühitin müha-
fizəsi üzrə respublika Dövlət komitələrinin uyğun nazirliklərinin,
idarələrinin və təşkilatlarının nümayəndələri, ətraf mühit, sənaye
və kənd təsərrüfatı sahələrində aparıcı mütəxəssislər daxil olublar.
BMT-nin QƏRBİ ASİYA ÜÇÜN İQTİSADİ KOMİSSİ-
YASI (QAİK) (United Nations Economic Commission for
Western Asia, ECWA) – BMT-nin regional orqanı. Öz fəaliyyəti-
nə 1974-cü ildə başlamışdır. Qərbi Asiyanın iqtisadi inkişafı üçün
əlverişli şərtlərin yaradılması; qərbi asiya dövlətləri üçün maraq
yaradan iqtisadi, texniki problemlərin tədqiqatını aparmaq,
Dostları ilə paylaş: |