114
VACİB QÜSLLƏR
Məsələ 454: Əgər qadın heyz və ya bakirəlik qanı olduğunu
bilmədiyi bir qan görsə, özünü yoxlamalıdır: yəni fərcinə bir
miqdar pambıq daxil edib, bir az gözlədikdən sonra çıxarmalıdır,
əgər pambığın ətrafı bulaşmışdırsa, bakirəlik qanı, əgər qan onun
hər yerinə dəymiş olsa, heyz qanıdır.
Məsələ 455: Əgər üç gündən az müddətdə qan görüb pak olsa
və yenidən üç gündən sonra qan görsə, qanda adət və ya heyzin
əlamətləri olduğu halda, ikinci qan heyzdir. Birinci qan, adət
günlərində olduğuna baxmayaraq, heyz deyildir.
HAİZİN HÖKMLƏRİ
Məsələ 456: Haiz qadına bir neçə şey haramdır:
1. Namaz kimi dəstəmaz, qüsl, yaxud təyəmmüm ilə yerinə
yetirilməli olan ibadətlər; amma dəstəmaz, qüsl və təyəmmüm
lazım olmadığı ibadətləri meyyit namazı kimi, yerinə
yetirməsinin eybi yoxdur.
2. Cünub şəxsə haram olan bütün şeylər; Cənabətin
hökmlərində deyilib.
3. Fərc ilə (cinsiyyət üzvü ilə) cima etmək; həm kişi, həm də
qadın üçün, hətta dəllək kəsən yerə qədər daxil olmasa və məni
gəlməsə də, haramdır. Ehtiyat-vacib budur ki, dəllək kəsən
yerdən az da daxil etməsin və haiz qadınla arxadan (anal
dəliyindən) yaxınlıq etməsin.
Məsələ 457: Qadının heyz olduğu qəti olaraq məlum
olmadığı, amma şərən özünü heyzli hesab etməsi lazım olan
günlərdə də, onunla cima etmək haramdır. O halda on gündən
çox qan görən və sonradan açıqlanacaq göstərişlərə əməl edən
qadın gərək öz qohumlarının adət günlərini özünə heyz qərar
versin. Əri o günlərdə onunla yaxınlıq edə bilməz.
Məsələ 458: Əgər qadının heyz günləri üç qismə bölünsə və
kişi onlardan birinci qismdə, öz qadını ilə öndən cima etsə,
ehtiyat-müstəhəbbə görə gərək on səkkiz noxud qızıl, fəqirə
İzahlı şəriət hökmləri
115
kəffarə versin. Əgər ikinci qismdə cima etsə, doqquz noxud qızıl,
üçüncü qismdə cima etsə, gərək dörd noxud yarım qızıl, kəffarə
versin; məsələn: altı gün heyz görən qadının əri, onun birinci və
ikinci gecəsi və ya güdüzündə, onunla yaxınlıq etsə, gərək on
səkkiz noxud qızıl versin. Üçüncü və ya dördüncü gecəsi və ya
güdüzündə, yaxınlıq etsə doqquz noxud, beşinci və ya altıncı
gecəsi və gündüzündə, gərək dörd noxud yarım qızıl kəffarə
versin.
Məsələ 459: Haiz qadınla yaxınlıqdan başqa, öpüşmək və
mazaqlaşmaq kimi, sair ləzzətlər almağın eybi yoxdur.
Məsələ 460: Ehtiyat-müstəhəb budur ki, on səkkiz noxud
kəffarəni qızıl sikkə versin, əgər mümkün olmsa onun qiymətini
başqa puldan verə bilər.
Məsələ 461: Əgər yaxınlıq etdiyi vaxtındakı qızılın qiyməti,
kəffarəni fəqirə vermək istədiyi vaxtla fərqlənsə, gərək fəqirə
vermək istədiyi vaxtın qiyməti ilə hesab etsin.
Məsələ 462: Əgər bir şəxs heyzin həm birinci, həm ikinci,
həm də üçüncü qismində, öz qadını ilə yaxınlıq etsə, gərək hər
üç kəffarəni versin ki, bu da 31,5 noxud qızıla bərabərdir.
Məsələ 463: Əgər kişi heyz halında qadını ilə bir neçə dəfə
cima etsə daha yaxşı olar hər dəfə üçün kəffarə versin.
Məsələ 464: Əgər kişi yaxınlıq halında qadının heyz olmasını
başa düşsə, gərək dərhal ondan ayrılsın. Əgər ayrılmasa, ehtiyat-
müstəhəb budur ki, kəffarə versin.
Məsələ 465: Əgər bir kişi heyz halında olan naməhrəm
qadınla, öz əyalı olduğunu güman edərək cima etsə, ehtiyat-
müstəhəb budur ki, kəffarə versin.
Məsələ 466: Əgər bir şəxs bilməməzlik və ya unutqanlıq
üzündən qadın ilə heyz halında yaxınlıq etsə kəffarəsi yoxdur.
Məsələ 467: Əgər kişi həyat yoldaşının haiz olduğunu güman
edib onunla yaxınlıq etsə, sonradan haiz olmadığı bilinsə
kəffarəsi yoxdur.
116
VACİB QÜSLLƏR
Məsələ 468: Heyz halında ikən qadına təlaq vermək təlaq
hökmlərində izah olunacağı kimi, batildir.
Məsələ 469: Əgər qadın “heyzəm” və ya “heyzdən pak
olmuşam” desə, gərək onun sözü qəbul edilsin.
Məsələ 470: Əgər qadın namaz əsnasında haiz olsa, namazı
batildir.
Məsələ 471: Əgər qadın namaz əsnasında haiz olub-
olmamasında şəkk edərsə, namazı səhihdir. Amma namazdan
sonra, namaz əsnasında haiz olduğunu başa düşərsə, qıldığı
namaz batildir.
Məsələ 472: Qadının, heyz qanından pak olduqdan sonra
namaz, dəstəmaz və ya qüsllə, yaxud təyəmmüm ilə yerinə
yetirilən digər ibadətlər üçün qüsl etməsi vacibdir. Heyz qüslü
eynilə cənabət qüslü kimi yerinə yetirilir. Qüsldən qabaq
dəstəmaz da alması daha yaxşıdır.
Məsələ 473: Qadın heyzdən pak olandan sonra, qüsl etməmiş
olsa da təlaq vermək səhihdir, əri də onunla yaxınlıq edə bilər.
Amma ehtiyat-müstəhəb budur ki, qüsldən qabaq onunla
yaxınlıq etməkdən çəkinsin; Amma heyz vaxtında ona haram
olan şeylər (məsciddə dayanmaq, Quranın yazısına əl vurmaq və
s.) isə qüsl etməyincə ona halal deyil.
Məsələ 474: Əgər suyun miqdarı, qüsl və dəstəmazın hər ikisi
üçün kifayət deyilsə, qüsl və ya dəstəmazdan birini yerinə
yetirəcək miqdarda olsa, gərək qüsl etsin və dəstəmazın əvəzində
isə təyəmmüm etsin. Əgər təkcə dəstamaza kifayət edərsə və
qüsl alacaq miqdarda olmazsa, gərək dəstəmaz alsın, qüsl
əvəzində isə təyəmmüm etsin. Əgər bunlardan heç biri üçün su
olmasa, gərək iki təyəmmüm etsin; biri qüsl əvəzində, digəri isə
dəstəmaz əvəzində.
Məsələ 475: Qadının heyz halında qılmadığı gündəlik
namazların qəzası yoxdur. Amma, gərək vacibi orucların
qəzasını tutsun.
Dostları ilə paylaş: |