yerləri Son-Göl və Çatır-Göldür. Son-Göldə cəmi
30 cüt, Çatır-Göldə 50-60 cüt quş var. Dağ qazı
Qırmızı kitaba düşüb.
Yıxılmış atın cəmdəynin üstünə keçəl kərkəslər,
qızıl ağbabalar və toğlugötürənlər uçub gəldi. Bu,
nadir hallarda ələ düşən mənzərədir – müxtəlif
leşyeən quşların ziyafəti.
Qırğızıstanda qar keçəl kərkəsi yaşayır.
Qanadlarının açılmış uzunluğu 3 m-ə çatan nəhəng,
ölçüsü 12 kq-a qədər nadir quş. Lələkləri açıq-
sarıdır, qanadları və quyruğu qaradır, başı və boynu
açıq rəngli pərqu ilə örtülmüşdür. Uzaqdan lap
keçəl görünür. Uca dağlarda məskundur, əlçatmaz
qayalarda yuva qurur. Kərkəsə təbiətin sanitarı
deyirlər – leşyeyən quşdur.
Toğlugötürən – 6 kq-a qədər çəkisi olan iri
quşdur. Qanadları açılanda 3 m-ə çatır. Çənəsində
uzun saqqal şəklində uzanmış qara lələkləri var,
ona görə saqqallı da deyirlər. Kərkəskimilərə
aiddir. Heyvanların sümükləri əsas qidasıdır.
Qonur gərdənli balaca dərəquşu (susərçəsi,
olyapka) ilboyu dağ çaylarının yanında məskundur.
Onu heç vaxt sudan uzaqda görməzsən, adətən sahil
çınqılında... ya da dağ çayının dibində qidalanır.
Dərəquşu gözəl dalğıcdır. Su onun təbiətidir.
Təəccüblüdür, bu balaca və zahirdən zəif quş necə
cəsarətlə özünü guruldayan dağ çayının köksünə
atır. Caynaqları ilə daşlardan yapışan quş çayın
dibi ilə əminlikjlə və sürətlə gedir, həşəratların
sürfələrini, mollyuskları və b. yemi dartıb çıxarır.
Ular – dağ hindtoyuğu xalq arasında müqəddəs
quş sayılır. Belə bir inanc var: hərgah dağların
hündürlüyünə qalxıb uların səsini eşitmişsənsə,
demək həyatın gözəlliyini dərk etmişsən. Ularlar
şaqraq
cingilti ilə fitləşirlər, sanki fleytada çalırlar.
Ağ şumkar – ağ dağ qırğısı. Məğrur, alicənab
kübar quş. Təsadüfi deyil ki, ən ali fərqlənmə nişanı
olan Qırğızıstan Respublikasının Qəhrəmanında ağ
qırğı– Ağ Şumkar cəsarət və fədakarlıq rəmzi kimi
təsvir olunmuşdur.
Qırqovul (fazan) – Qırğızıstanın ən gözəl iri
quşlarındandır. Gur günəş işığında qırqovulun
lələkləri göy qurşağının hər rəngi ilə cilvələnir.
Qırqovulun erkəyi gözəllikdə cürətlə nağılvari
tovuz quşu ilə rəqabətə girə bilər. Qırqovulun
başlıca düşmənləri – tülkülər və canavarlardır.
Qırğızıstan – Orta Asiya qırqovulunun yayıldığı
əsas bölgələrdən biridir. Fazanın yaşadığı sahə
respublikanın bütün cənubu və şimalı, həmçinin
Mərkəzi Tyan-Şanın bir çox vadiləridir. Bu
yaraşıqlı quşlar daima təbiət həvəskarının diqqətini
özünə çəkir, amma eyni zamanda da ovçular
tərəfindən daimi ovlanmaya məhkumdurlar.
Qırqovulun nisbətən asan ovlanması, vurulan
quşların miqdarının və qırqovulun həyatında
bioloji dövriyyəni nəzərə alan ov mövsümünün
heç bir normalara salınmaması ucbatından, bu
quşların sayı bütün respublika üzrə kəskin surətdə
azalmışdır.
Sona (anır) – bu quşu peyğəmbər gəlini
adlandırırlar. Belə bir rəvayət var ki, peyğəmbər
dəstəmaz alanda, gəlin içəri girib ona baxır.
Peyğəmbər gəlinin getmək niyyətində olmadığını
anlayanda, dillənir: “Anır bol” – “sona ol”. Həmin
andaca quşa dönmüş gəlin uçub gedir.
Çalağan – yırtıcı quşdur. Çalağan göydə
süzəndə, quyruğunu yelpazə kimi açır və quyruqdakı
dərin yarıq görünür. Quyruğundakı yarığa görə onu
digər yırtıcı quşlardan seçmək mümkündür.
Bu yaxınlaradək xalq arasında inanc
mövcuddur. Keçmişdə barqı adlı bir ilahi quş var
imiş. Səhər sübh söküləndə ayaq üstə olan adamları
sanalayırmış. Əgər kimsə hələ oyanmamışdısa, quş
belələrini ölülərin siyahısına daxil edir və gələcəkdə
hər cür bərəkət-ruzidən məhrum edirmiş. Ona görə
tənbəllik təkcə rüsvayçılıq sayılmırdı. “Qara”
siyahıya düşməməkdən ötrü gününü sübhə qədər
başlamaq lazım idi.
Kəklik. Dimdik və ayaqları qırmızıdır, başında
və böyürlərində qara zolaqları var. Kəkliyin beli
boz daş rəngindədir, ona görə ovçular onu çətinliklə
sezirlər.
Qırğızıstanın çoxlu dağ dərələrində dağ
kəkliklərinin şaqraq səslərini eşitmək olar.
Daşlı sinələr, çılpaq qayalıqlar, maili ətəkli
təpəliklər, cır yulaf, ayrıq və b. quru sevən dənli
bitkilərlə örtülmüş dağ meydançaları kəkliklərin
sevimli yerləridir.
Yazdan savayı, ilin bütün mövsümlərində
kəkliklər xırda dəstələrdə yaşayırlar. Qışa yaxın isə
ətcəbala çıxarmış kəkliklər toplaşıb iri dəstələrlə
dolanırlar. Bahar çoxalma dövründə dəstələr
parçalanır, balalar qaçışıb səpələnir və kəkliklər
cütləşirlər.
Qartal – yaxşı xəbərlər rəmzidir. Qartal çox
etibar edən quşdur və tez əhliləşir. Dünyada yeganə
quşdur ki, günəşin şüalarına qarşı uçmağa qadirdir.
Manasın atası yuxusunda qartal yedirtdiyini
görəndə, anladı ki, bu, yaxşı yuxudur: qocalığında
onu çoxsaylı düşmənlərdən qoruyacaq adam
olacaq. Yuxu çin çıxdı. İki il sonra onun oğlu
doğuldu. (Dastanda bəhs edilir ki, Manasın anası
hamilə qalanda qəfildən pələng ürəyinə yerikləyir.
Bu da müdafiəçi-oğul doğulacağına işarədir).
Deyirlər ki, ötmüş XX əsrin 70-ci illərində
Prjevalsk şəhərindəki (indiki Qaragöl) aeroport
157