Taleyi niyə tənələyim mən?
İndən sonra necə yaşamaq?
Göz yaşımı quruda billəm?
Qardaş, alıcı quş itirmişəm...
Cavan yaşlarımdan böyüklərin əcdadlarımızın
ən qədim peşəsi – qırğı ovu barədə söhbətlərinə
qulaq asmaq mənim üçün həmişə maraqlı
idi. Hər tövr ov əlamətlərinin və ənənələrinin
toxunulmazlığına məəttəl qalırdım.
Bu gün yəqin məhz bizim torpaq şahinə,
berkuta, qartala, qırğıya, qızılquşa, çalağana
sədaqət qorunub saxlanan yeganə məkandır. Bu
azad quşlar dağlarda məskən salmış qırğızların
əbədi yol yoldaşı olmuş və bu gün qalmaqdadırlar.
Onlar heç vaxt unutmurlar ki, qüvvətli quş təkcə
dost deyil, ruzi gətirən də ola bilər. Qədim Misirdə
qırğıya səcdəyə gedir, onları Günəş allahının rəmzi
hesab edir, şərəflərinə daşdan heykəl yonurdular.
Orta əsrlərdə isə külleyi Avropa bu alicənab
ova aludə olmuşdu. Rusiyada quş ovu Aleksey
Mixayloviçin – Böyük Pyotrun atasının dövründə
xüsusilə populyar idi. Hal-hazırda qırğı Qırmızı
kitaba salınmış nadir quşdur.
Qırğızlar onları əhatə edən əlvan heyvanat
aləmində həmişə yaxşı istinadgah götürməyi
bacarırlar. Onlar təbir caizsə, xüsusi virtuozluqla
ovda istifadə olunan yırtıcı quşların müxtəlif
növlərini və quşların hünərlərini ayırd edirlər.
Qırğızlar qırğıların müxtəlif növlərini ayırırlar:
kırqıy (bildirçintutan qırğı), çüylü quş (tetraquşu
vuran qırğı), qırğıların arasında: şumkar (кречет),
ителги (балобан), ылаачын (сапсан), подвиды
последнего кара-ылаачын, тоо-ылаачын и др.
Mövzu ilə əlaqədar daha bir qətiyyətlə izhar
olunmuş rəyi sizin ixtiyarınıza veririk: “Orta
Asiyada lələkli yırtıcıların ən yaxşı təlimçilıəri
qırğızlar hesab olunur”. ((Г.Белугин, 1903, s.291).
Bir fikir də gətiririk: “Alıcı quşlarla ov –
həm qırğızların, həm də özbəklərin və digər yerli
əhalinin ən sevimli əyləncələrindəndir. Ələlxüsus,
bu ovu qırğızlar sevir... Qəribədir, hər əyləncəni
sevən – cıdırı, bayqunu – qırğız, qırğı ilə ovu da
xoşlayır...” (Д.Н.Кашгаров, 1931, s. 167).
Qırğı ovunun, ələlxüsus qırğızlarda populyar
olması nəticəsinə biz də gəlmişik, zira İssık-Kul
gölünün vadisi, ətrafdakı dağlar və gölün özü,
müəlliflər tərəfindən qeyd olunduğu kimi, Orta
Asiyada alıcı quşların tutulması, təlimi və ov
aparılması üçün ən münasib yerlərdəndir.
Qırğızlar alıcı quşları səciyyəvi xüsusiyyətlərinə
görə fərqləndirməyə qabildirlər. Caynaqları məftilə
oxşayan ırqak var; ak tırmak – ağ caynaqlı qartal;
motonun akşın – təlimə tez gələn; muzdakka tuuqan
muz murut – buzlaqların yanında yuva salan; ak köz
– ən itigözlü və güclü, qanadları açılanda iki m-ə
çatan və ayran kimi ağ gözlü. Dünyada quş çoxdur,
amma hamısı insanla yola gedə və ona xidmət edə
bilmir. Berkutun köməyi ilə bir mövsümə minlərlə
tülkü, marmot, dovşan əldə edirlər. Berkutla ov –
ələlxüsus, canavar düşəndə, cəzbedici mənzərədir.
Qurd – güclü və zirək yırtıcıdır. Bəzən adam elə
zənn edir ki, berkut onunla bacarmayacaq. Ancaq
quş kəskinliklə daş kimi özünü aşağı atır, dəmir
dimdiyi ilə yırtıcının təpəsinə elə vurur ki, heyvan
yerə yıxılır. Quş canavara qurtulmağa macal
vermir. Sonra qıvraq caynaqlarını heyvanın ənginə
və belinə batırıb yenə dimdiyi ilə müdhiş zərbələr
endirir. Yırtıcı halsızlaşıb çökür... Tutaşma, sözsüz,
çox amansızdır.
Əyyami-qədimdə ovçular 1 000 sehrli rəqəminə
inanırdılar. Bu o demək idi ki, insan bütün ömrü
boyu ovla məşğul olurdusa, qənimətin sayı mindən
keçirdisə, daha heyvan öldürməyə ixtiyarı yox
idi. Qırğızlar heyvanların hamisi Kaybərənə sidq-
ürəkdən inanırdı və onun amansız cəzasından
çox qorxurdular. Mən artıq qoca ovçunun yeganə
oğlunu cüyür balası ilə səhv salıb öldürdüyü
əfsanəni danışmışdım. Bu ona Kaybərənin ona
göndərdiyi lənətdən sonra baş vermişdi:
Kaybərənə qarşı çıxdım,
Lənətini mən qazandım...
Kaybərənin
qara nəfsilə
Arxam, səni özüm öldürdüm...
Qırğızıstanda vağ və durna kimi alicənab quşlar
yaşayır. Bizdə onlar lirik Leylək (tacikcə – durna)
adlı yerdə məskundur. Xalq inancına görə, durnalar
– tanrıların insanlara sülh və bəxtiyarlıq gətirən
elçiləridir. Təkcə qırğızlarda deyil, dünyanın bir
çox başqa mədəniyyətlərində də durnalara sehrli
qüvvə və mənəvi əhəmiyyət aid edirlər. Məs.,
çinlilər inanırlar ki, durnaların min il ömrü var
və onları uzunömürlülük rəmzi hesab edirlər. Bu
ölkədə uşaqlar yaşlı valideynlərinə üstünə tilsimli
qüvvəyə malik durna rəmzi tikilmiş libaslar peşkəş
edir. Bu güman edilən uzunömürlülük durnaları
həm də sağlamlıq rəmzinə çevirir.
Yaponiyada həyat amuletləri – durnacıqlar
– kağızdan düzəldilir. Burada durnanı gəlinin
kimonosunda da təsvir edirlər, çünki həm də ər-
arvad sədaqətinin və ailə saədətinin rəmzidir.
Bundan əlavə, Yaponiyada yaşayan aynlarda durna
– bataqlıq tanrısıdır və onun hərəkətlərinin təqlidini
159