bayramıdır. Bahar gecə-gündüz bərabərliyinin –
Nooruzun – gəlişi ilə gündüzlər uzanır, gecələr
qısalır. Bəzi alimlər Nooruzun bayram edilməsini
zərdüştlüklə bağlayır, digərləri islamla. Lakin
onların hamısının fikri üst-üstə düşür ki, Nooruz –
təbiət qüvvələrinin oyanma bayramıdır.
Əcdadlarımız əmin idilər ki, insanlar bu cahana
düşmənçilik toxumu deyil, insanpərvərlik toxumu
səpmək üçün, sonrakı nəsillərə barış və firavanlıq
qoymaq üçün gəlir. Onlar sönməyən ümid və ruhdan
düşməyən qəlblə yer əkirdilər, səpirdilər, mal-davar
otarırdılar, həyat köçünü bir an belə nəzarətsiz
qoymurdular. Hami-ruhlara xitabən müraciət edir,
payızda şirəli zəmilər göndərmək, ocaqların istisini
saxlamaq üçün onlara yalvarırdılar. Ələlxüsus,
Nooruz günü edilən dualar lap təsirli sanılırdı. Bu
gün insanlar incikliklərini, ixtilaflarını unutmalı,
bütün yaxın qohumlarına, dostlarına, qonşularına
xoş arzularla baş çəkməlidirlər. Onlar qəlblərini
pis niyyətdən təmizləməli, evlərindən isə ardıc
tüstüsü – təmizlik və uzunömürlülük rəmzi – ilə
bəd ruhları qovmalıdırlar. Bu gün hər bir müsəlman
xoş niyyətlə, daha yaxşı gələcəyə ümidlə ağac
əkməlidir. Nooruz hər kəsin qəlbinə xeyir, sülh və
yaxınına rəhm gətirir. Demək olar ki, bu bayram
vaqiən birliyi, dostluğu və insan qəlblərinin
paklığını tərənnüm edir.
“Nooruz”un bayram edilməsi zamanı hər
qırğız ailəsində ənənəvi surətdə bu gün səslənən
ayin nəğmələri və alqışlar səslənir. Məs.:
Alas, alas,
Ar
baləədən kalas,
Əski jıl ketti,
Janı jıl kəldi.
Alas, alas,
Aydan aman,
Jıldan əsən,
Jakşılıktı
berdi tenir,
Jarık kündü berdi tenir.
Alas, alas,
Bəladan
qoru bizi,
Köhnə
il getdi,
Təzə il gəldi.
Alas, alas.
Aydan ruzi,
İldən nemət,
Yaxşılıqdır,
verdi göylər,
Açıq gündür, verdi göylər.
Alas, alas.
“Orozo-ayt” və “Kurman-ayt” dirçəldilmişdir.
Birinci bayram müsəlmanlarda 30 günlük orucdan
sonra rəhmətə getmiş yaxınların xatirəsinə qeyd
olunur. Bu gün insanlar açıq-açığına bir-birinin
evinə gedib-gəlir və uzun ömür, sağlamlıq, uğur
arzulayırlar. Əgər sovet dövründə orucluqda
oxunan “jaramazan” mərasim mahnıları qadağan
olunmuşdusa, müstəqillik qazanandan sonra
onların hər yerdə ifası ənənəsi yenidən dirçəlmişdir.
Bu mahnıların mahiyyəti xeyrin, səadətin və
rəhmanlığın təsdiqidir:
Jaramazan aytıp keldim əşiqinə!
Baktıluu nariste bersin beşiqine!
Jaramazan oxuyuram qapınızda!
Beşiyinizə Allah xoşbəxt tifil versin!
104
Təsviri və tətbiqi incəsənət
Sonuncu yüzilin tarixi icadları ilə tanış olanda
əminlik hasil etdim ki, qırğız xalqı hələ uzaq
keçmişdə təsviri və tətbiqi incəsənətə meylli
olmuşdur. Qırğız dekorativ-tətbiqi incəsənətinin
təşəkkülü ev təsərrüfatının və məişətin təcrübi
tələbatından, eləcə də mənəvi istəklərdən – xalqın
gözəlliyə duyduğu tükənməz məhəbbətindən irəli
gəlirdi.
Hərçənd köçəri həyat tərzi incəsənətin inkişaf
imkanlarını məhdudlaşdırırdı, amma milli məişət
əşyalarının bir çoxu bədii zövq və sənətkarlığı
ilə fərqlənir: zinət əşyaları, qoşqu, libas, ev
təsərrüfatı əşyaları, mətbəx əşyaları, evin daxili
və zahiri bəzəkləri və s. Əksəriyyət elə dekorativ
nəqşlənməyə malik idi ki, əsla təcrübi istifadəsinə
maneçilik törətmirdi.
Bəzəkli əşyalar heç vaxt unikal bədii
sənətkarlıq nüsxələri kimi qəbul olunmurdu –
onlar məişət sahmanından ayrılmaz idilər. Qırğız
tətbiqi incəsənətinin seçmə əsərləri heç vaxt xəlqi
keyfiyyətini itirməmiş və özlərində nəsildən nəslə
ötürülən ən yaxşı bədii ənənələri ehtiva etmişdir.
Qırğızlar atlarının bəzənməsinə xüsusi diqqət
yetirmişlər. At ləvazimatı üstün nəqşlənmiş,
döyməli, cızmalı, qara savadlı , şəbəkəli metal,
yaxud gümüş lövhəciklərdən və piləklərdən
hazırlanırdı. Həmçinin minalı, iri dəncikli, əlvan
daş-qaşlı, mərcanlı zinətlər tətbiq olunurdu. Tərlik,
çul nəbati motivli parlaq tikmələrlə işlənir, çuldan
iri qotazlar sallanırdı. Qotazlar təkcə effektli bəzək
deyil, həmçinin bəd-nəzərdən qoruyan talisman,
gözmuncuğu rolunu oynayırdı.
Gümüşdən həm qadın zinətləri hazırlanırdı,
həm kişi kəmərləri. Gümüşün ən geniş yayılmış
hazırlanma texnikası dəmirin üstündə gümüşlə,
yaxud gümüş torla qurama, həmçinin zərgərlərin
bu gün də geniş istifadə etdikləri möhürləmə üsülu
idi.
Geniş yayılmış ağac üzərində oyma da uzaq
ulularımızdan qalma məşğuliyyətdir. Yurtada
qapılar və qapı çərçivələri, sandıqlar, dolablar,
musiqi alətləri müxtəlif nəqşlərlə örtülürdü. Son
vaxtlar ustalar milli özəlliyə malik oyma şahmat
fiqurları da hazırlayırlar.
Qırğızların tətbiqi incəsənətinin ən geniş
yayılmış növlərindən başqa yundan və ipəkdən
hörmələr, naxışlı yun corabların və əlcəklərin
toxunması, tor parçaların toxunması, dəridən hörmə
və dəri üzərinə basma, ağac üzərində boyama,
sümük üzərində oyma və s. kimi məişət əşyaları
üçün bədii emalın digər üsulları inkişaf etmişdir.
Köçəri məişətinin ən ekzotik əşyaları müxtəlif
qab-qacaq, dəri futlyarlardır. Bu yekə sabaadır –
onda kumıs çalınır, bu – kumısın daşındığı çanaçdır,
kumısın qonaqlara süzülüb paylandığı isə kookor
və qəhvədana oxşayan konoçokdur. Bu əşyaların
dekorativliyinə böyük diqqət yetirilirdi, ona görə
onlar basma, metal məftillərlə tikmə, rəngli dəri ilə
quramalarla nəqşləndirilirdi. Bəzəkli dəri qabları
çox vaxt qadınlar hazırlayırdı. Camaat arasında
onlara oymoçu – “bəzəkvuran” deyirdilər.
Ümumiyyətlə, demək lazımdır ki, köçəri
qırğızların ənənəvi yaşayış yeri – yurta – öz-
özlüyündə tətbiqi incəsənətin bariz nümunəsidir.
Formasına və daxili sahmanına görə eyni bəzənmiş
iki yurta tapmaq mümkünat xaricindədir, hərçənd
yurtaların daxili avadanlığın sahmanlanmasında
əsrlik xalq ənənələrinin müəyyən standartlarının
saxlanması bacarığı həmişə göz qarşısındadır.
Yurtanın divarları üçün yumşaq söyüd və
ağ söyüd istifadə olunurdu. Yurtanın divarlarını
rahatlıq üçün xüsusi gön qayışlarla bərkidilən
hərəki yastı zolaqlı barmaqlıq şəkildə düzəldirdilər.
Karkasın bayır hissəsini qalın keçə ilə örtürdülər.
Daixli qapını incə oymalarla nəqşləməyə
çalışırdılar, bayır qapısı isə palazdan, ya da çiydən
hazırlanırdı. Əvvəlcə
döşəməyə adi keçə sərirdilər,
sonra xovlu xalça, ardınca üçüncü qat müxtəlif
heyvanların aşılanmış dəriləri örtülürdü. Bəzəyin
rəng qamması, xalçaların nəqşləri, yurtanın
divarlarının rənglənməsi, daxili qapıların oymaları,
yürüş sandıqlarına və digər ev əşyalarına verilən
xüsusi zinət, görünüş tamamən yurtanın sahiblərinin
zövqündən və ustalığından asılı olurdu.
106