Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə38/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   34   35   36   37   38   39   40   41   ...   111

bayramıdır.  Bahar  gecə-gündüz  bərabərliyinin  – 
Nooruzun  –  gəlişi  ilə  gündüzlər  uzanır,  gecələr 
qısalır. Bəzi alimlər Nooruzun bayram edilməsini 
zərdüştlüklə  bağlayır,  digərləri  islamla.  Lakin 
onların hamısının fikri üst-üstə düşür ki, Nooruz – 
təbiət qüvvələrinin oyanma bayramıdır.
Əcdadlarımız əmin idilər ki, insanlar bu cahana 
düşmənçilik toxumu deyil, insanpərvərlik toxumu 
səpmək üçün,  sonrakı nəsillərə barış və firavanlıq 
qoymaq üçün gəlir. Onlar sönməyən ümid və ruhdan 
düşməyən qəlblə yer əkirdilər, səpirdilər, mal-davar 
otarırdılar,  həyat  köçünü  bir  an  belə  nəzarətsiz 
qoymurdular. Hami-ruhlara xitabən müraciət edir, 
payızda şirəli zəmilər göndərmək, ocaqların istisini 
saxlamaq  üçün  onlara  yalvarırdılar.  Ələlxüsus, 
Nooruz günü edilən dualar lap təsirli sanılırdı. Bu 
gün  insanlar  incikliklərini,  ixtilaflarını  unutmalı, 
bütün  yaxın  qohumlarına,  dostlarına,  qonşularına 
xoş  arzularla  baş  çəkməlidirlər.  Onlar  qəlblərini 
pis  niyyətdən  təmizləməli,  evlərindən  isə  ardıc 
tüstüsü  –  təmizlik  və  uzunömürlülük  rəmzi  –  ilə 
bəd ruhları qovmalıdırlar. Bu gün hər bir müsəlman 
xoş  niyyətlə,  daha  yaxşı  gələcəyə  ümidlə  ağac 
əkməlidir. Nooruz hər kəsin qəlbinə xeyir, sülh və 
yaxınına  rəhm  gətirir.  Demək  olar  ki,  bu  bayram 
vaqiən  birliyi,  dostluğu  və  insan  qəlblərinin 
paklığını tərənnüm edir. 
“Nooruz”un  bayram  edilməsi  zamanı  hər 
qırğız  ailəsində  ənənəvi  surətdə  bu  gün  səslənən 
ayin nəğmələri və alqışlar səslənir. Məs.:
Alas, alas, 
Ar baləədən kalas
Əski jıl ketti, 
Janı jıl kəldi.
Alas, alas,
Aydan aman,
Jıldan əsən,
Jakşılıktı berdi tenir,
Jarık kündü berdi tenir.
Alas, alas, 
Bəladan qoru bizi,
Köhnə il getdi,
Təzə il gəldi.
Alas, alas.
Aydan ruzi,
İldən nemət, 
Yaxşılıqdır, verdi göylər,
Açıq gündür, verdi göylər.
Alas, alas.
 “Orozo-ayt” və “Kurman-ayt” dirçəldilmişdir. 
Birinci bayram müsəlmanlarda 30 günlük orucdan 
sonra  rəhmətə  getmiş  yaxınların  xatirəsinə  qeyd 
olunur.  Bu  gün  insanlar  açıq-açığına  bir-birinin 
evinə  gedib-gəlir  və  uzun  ömür,  sağlamlıq,  uğur 
arzulayırlar.  Əgər  sovet  dövründə  orucluqda 
oxunan  “jaramazan”  mərasim  mahnıları  qadağan 
olunmuşdusa,  müstəqillik  qazanandan  sonra 
onların hər yerdə ifası ənənəsi yenidən dirçəlmişdir. 
Bu  mahnıların  mahiyyəti  xeyrin,  səadətin  və 
rəhmanlığın təsdiqidir:
Jaramazan aytıp keldim əşiqinə!
Baktıluu nariste bersin beşiqine!
Jaramazan oxuyuram qapınızda!
Beşiyinizə Allah xoşbəxt tifil versin!      
104


Həyatda  yaşayan  insanların  şərəfinə  qeyd  olunan  bayram  –  “Kurman-ayt”  –  həmçinin  qırğızların 
məişətinə möhkəm daxil olmuşdur. Bu gün yaxınlar və dostlar dəvətsiz, səmimi-qəlbdən bir-birinə baş 
çəkir, hər işdə uğur arzulayırlar. Dindarlıq səviyyəsindən asılı olmayaraq, əhalinin hamısı bu bayramı 
qeyd etməyə başlamışdır.
Deymant L.F. “Sağıcıların toplantısı” 1963-cü il, kətan, yağlı boya, 62 x 120 
Gəlin başlıqsız (kalımsız) da olur, 
amma adətsiz olmur.
105


Təsviri və tətbiqi incəsənət
Sonuncu yüzilin tarixi icadları ilə tanış olanda 
əminlik  hasil  etdim  ki,  qırğız  xalqı  hələ  uzaq 
keçmişdə  təsviri  və  tətbiqi  incəsənətə  meylli 
olmuşdur.  Qırğız  dekorativ-tətbiqi  incəsənətinin 
təşəkkülü  ev  təsərrüfatının  və  məişətin  təcrübi 
tələbatından, eləcə də mənəvi istəklərdən – xalqın 
gözəlliyə  duyduğu  tükənməz  məhəbbətindən  irəli 
gəlirdi. 
Hərçənd köçəri həyat tərzi incəsənətin inkişaf 
imkanlarını  məhdudlaşdırırdı,  amma  milli  məişət 
əşyalarının  bir  çoxu  bədii  zövq  və  sənətkarlığı 
ilə  fərqlənir:  zinət  əşyaları,  qoşqu,  libas,  ev 
təsərrüfatı  əşyaları,  mətbəx  əşyaları,  evin  daxili 
və zahiri bəzəkləri və s. Əksəriyyət elə dekorativ 
nəqşlənməyə malik idi ki, əsla təcrübi istifadəsinə 
maneçilik törətmirdi. 
Bəzəkli  əşyalar  heç  vaxt  unikal  bədii 
sənətkarlıq  nüsxələri  kimi  qəbul  olunmurdu  – 
onlar  məişət  sahmanından  ayrılmaz  idilər.  Qırğız 
tətbiqi incəsənətinin seçmə əsərləri heç vaxt xəlqi 
keyfiyyətini itirməmiş və özlərində nəsildən nəslə 
ötürülən ən yaxşı bədii ənənələri ehtiva etmişdir. 
Qırğızlar atlarının bəzənməsinə xüsusi diqqət 
yetirmişlər.  At  ləvazimatı  üstün  nəqşlənmiş, 
döyməli,  cızmalı,  qara  savadlı  ,  şəbəkəli  metal, 
yaxud  gümüş  lövhəciklərdən  və  piləklərdən 
hazırlanırdı.  Həmçinin  minalı,  iri  dəncikli,  əlvan 
daş-qaşlı, mərcanlı zinətlər tətbiq olunurdu. Tərlik, 
çul nəbati motivli parlaq tikmələrlə işlənir, çuldan 
iri qotazlar sallanırdı. Qotazlar təkcə effektli bəzək 
deyil,  həmçinin  bəd-nəzərdən  qoruyan  talisman, 
gözmuncuğu rolunu oynayırdı.
Gümüşdən  həm  qadın  zinətləri  hazırlanırdı, 
həm  kişi  kəmərləri.  Gümüşün  ən  geniş  yayılmış 
hazırlanma  texnikası  dəmirin  üstündə  gümüşlə, 
yaxud  gümüş  torla  qurama,  həmçinin  zərgərlərin 
bu gün də geniş istifadə etdikləri möhürləmə üsülu 
idi. 
Geniş  yayılmış  ağac  üzərində  oyma  da  uzaq 
ulularımızdan  qalma  məşğuliyyətdir.  Yurtada 
qapılar  və  qapı  çərçivələri,  sandıqlar,  dolablar, 
musiqi  alətləri  müxtəlif  nəqşlərlə  örtülürdü.  Son 
vaxtlar  ustalar  milli  özəlliyə  malik  oyma  şahmat 
fiqurları da hazırlayırlar. 
Qırğızların  tətbiqi  incəsənətinin  ən  geniş 
yayılmış  növlərindən  başqa  yundan  və  ipəkdən 
hörmələr,  naxışlı  yun  corabların  və  əlcəklərin 
toxunması, tor parçaların toxunması, dəridən hörmə 
və  dəri  üzərinə  basma,  ağac  üzərində  boyama, 
sümük  üzərində  oyma  və  s.  kimi  məişət  əşyaları 
üçün bədii emalın digər üsulları inkişaf etmişdir.  
Köçəri məişətinin ən ekzotik əşyaları müxtəlif 
qab-qacaq,  dəri  futlyarlardır.  Bu  yekə  sabaadır  – 
onda kumıs çalınır, bu – kumısın daşındığı çanaçdır, 
kumısın qonaqlara süzülüb paylandığı isə kookor 
və  qəhvədana  oxşayan  konoçokdur.  Bu  əşyaların 
dekorativliyinə  böyük  diqqət  yetirilirdi,  ona  görə 
onlar basma, metal məftillərlə tikmə, rəngli dəri ilə 
quramalarla  nəqşləndirilirdi.  Bəzəkli  dəri  qabları 
çox  vaxt  qadınlar  hazırlayırdı.  Camaat  arasında 
onlara oymoçu – “bəzəkvuran” deyirdilər. 
Ümumiyyətlə,  demək  lazımdır  ki,  köçəri 
qırğızların  ənənəvi  yaşayış  yeri  –  yurta  –  öz-
özlüyündə  tətbiqi  incəsənətin  bariz  nümunəsidir. 
Formasına və daxili sahmanına görə eyni bəzənmiş 
iki yurta tapmaq mümkünat xaricindədir, hərçənd 
yurtaların  daxili  avadanlığın  sahmanlanmasında 
əsrlik  xalq  ənənələrinin  müəyyən  standartlarının 
saxlanması bacarığı həmişə göz qarşısındadır.  
Yurtanın  divarları  üçün  yumşaq  söyüd  və 
ağ  söyüd  istifadə  olunurdu.  Yurtanın  divarlarını 
rahatlıq  üçün  xüsusi  gön  qayışlarla  bərkidilən 
hərəki yastı zolaqlı barmaqlıq şəkildə düzəldirdilər. 
Karkasın bayır hissəsini qalın keçə ilə örtürdülər. 
Daixli  qapını  incə  oymalarla  nəqşləməyə 
çalışırdılar, bayır qapısı isə palazdan, ya da çiydən 
hazırlanırdı. Əvvəlcə döşəməyə adi keçə sərirdilər
sonra  xovlu  xalça,  ardınca  üçüncü  qat  müxtəlif 
heyvanların  aşılanmış  dəriləri  örtülürdü.  Bəzəyin 
rəng  qamması,  xalçaların  nəqşləri,  yurtanın 
divarlarının rənglənməsi, daxili qapıların oymaları, 
yürüş  sandıqlarına  və  digər  ev  əşyalarına  verilən 
xüsusi zinət, görünüş tamamən yurtanın sahiblərinin 
zövqündən və ustalığından asılı olurdu.   
106


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə