Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek


Bəzi əlamətlər, məişət ənənələri və bayramlar haqqında



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə37/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   33   34   35   36   37   38   39   40   ...   111

Bəzi əlamətlər, məişət ənənələri və bayramlar haqqında
Suyunçuloo  –  hamıdan  birinci  gətirəndə 
müqabilində  muştuluq  alınan  xoş  xəbər.  Körpə 
anadan  olanda,  bu  barədə  ilk  məlumat  alan 
şəxs  qohum-əqrəbaya  xəbər  gətirir  və  əvəzində 
muştuluq alır.   
Suyunçu – qohumun evliliyi, yaxud özgə yaxşı 
xəbər müqabilində alınan sovqatdır. Məs., Manasın 
atası  –  Jakıp  oğlunun  anadan olmasını eşidəındə, 
bu gözəl ismarıcı gətirən şəxsə bir kurcun (xurcun) 
qızıl vermişdi. 
Jentek – körpənin anadan olması münasibətilə 
verilən ziyafət. Uşaq doğulan yurtada süfrə açırlar 
ki, qonaqlar balacaya baxsınlar və bu münasibətlə 
hazırlanan  təamlardan  dadsınlar.  Yurta  sahibi 
sevincini qonaqlarla bölüşür ki, yeni insanın gəlişi 
ilk gündən cahanı sevindirə bilsin.
Beşikke  saluu  –  çağanın  ilk  dəfə  beşiyə 
qoyulması. Beşiyi və bütün lazımi ləvazimatı ana 
tərəfdən nənə bağışlayır.
Beşiyi ardıc tüstüsü ilə pak edir, çağaya şirin 
yuxu,  cansağlığı  və  müdriklik  arzulayırlar.  Bu 
ayinin  şahidləri  evə  əlidolu  gələn  qohum-əqrəba 
olur. Balacanı beşiyə ilk dəfə qoymaq çoxlu övladı 
və nəvə-nəticəsi olan möhtərəm ağbirçəyə həvalə 
olunur.  Bu  zaman  qadın  belə  sözlər  deyir:  “Ana 
beşik,  möhkəm  dayan.  Umay-ənə,  çağaya  sakit 
yuxu ver”.
“Yeddi”  rəqəmi  nəinki  qırğızlar,  külleyi 
müsəlmanlar üçün xüsusi əhəmiyyətə malikdir. 7 – 
müqəddəs sayılır, zira həftədə 7 gün var, asimanda 
7  ən  parlaq  ulduz  var,  yerin  7  qatı  var,  hava  7 
atmosferdən  ibarətdir.  Ona  görə  çağanı  beşikdə 
7  nazik  örtüklə  örtür,  hərəsi  üçün  ayrıca  xüsusi 
sözlər deyir, arzular diləyirlər. Beşiyin başını, ayaq 
hissəsini ərinmiş yağla yağlayırlar, uşağa bəxtəvər 
uşaqlıq istəyirlər. Mərasim bitəndən sonra çağanın 
anası  baş  əyir  və  ağbirçəklərin  xeyir-duasını  alır. 
Bu münasibətlə çağanın valideynləri kiçik ziyafət 
qurur  və  dəvət  olunan  qonaqlara  şirniyyat  və 
boorsok (yağda qızardılmış xəmir) paylayır. 
Beşik  çox  bərk  oduncaqlı  ağacdan  yonulur, 
adətən,  ardıcdan,  palıddan,  küknardan.  Ona  görə 
nəsildən  nəslə  ötürülə  bilir.  Hərgah  beşik  layiqli 
insana mənsub olmuşsa, hər ana körpəsini o beşiyə 
qoymağı şərəf sanır. 
Korunduk  –  “koruu”  –  görmək,  baxmaq 
felindən. Qırxı çıxmış çağanı, gəlini, bəyi ilk dəfə 
görəndə xoş niyyəti, xeyirli arzunu bildirmək üçün 
təqdim olunan peşkəş.
 Tuşoo kesuu – körpənin ilk sərbəst addımına 
həsr olunmuş bayram. Bayramda təzə-təzə gəzməyə 
başlayan balacanın qılçalarında rəmzi  “kəndirləri 
kəsirlər”.  Uşağın  qılçalarını  nazik  kəndirlə 
kəndirləyirlər və balacanı bir az aralıda dayanmış 
uşaqların  dəstəsinin  qarşısında  saxlayırlar. 
Böyüklərin  işarəsi  ilə  körpəyə  qaçıb  ilk  çatan  və 
kəndiri kəsən uşaq bəxşiş alır. Belə özünəməxsus 
yarışda  böyüklər  də  iştirak  edir  və  ərməğan  alır. 
Həmin  gün  böyük  ailə  bayramı  təşkil  olunur. 
Keçmişdə  ən  sürətli  yarışmaçıya  qırmanc  peşkəş 
olunurdu.  Hesab  edilir  ki,  kəndirləri  kəsəndən 
sonra  uşaq  daha  arxayın,  yıxılmadan  gəzməyə 
başlayır. Ona xeyir-dua verirlər ki, həyat yolu düz 
və bəxtəvər olsun. 
Kırkın  çıqaruu.  Çağanın  qırxı  çıxanda, 
saçlarını  qırxır,  qırx  qaşıqda  duz  əridib  suyunda 
uşağı çimizdirirlər. Hesab edilir ki, bu su körpənin 
sağlamlığını  möhkəmlədir.  Bu  ayini  çağanın  ana 
tərəfinin qohumları icra edir. Əsas hədiyyə balaca 
dayça sayılır.
Yeni  evə  köç.  Yeni  evə  köçə  yaxın  qohum-
əqrəba,  dostlar,  tanışlar  gəlib  ən  zəruri  əşyaları 
hədiyyə  verirlər:  şırdaklar,  ala-kiyizlər,  balışlar, 
tuş-kiyizlər, toşoklar, yataq dəstləri, qab-qacaq, ev 
hacətləri və s. Lakin ən dəyərli peşkəş ev heyvanı, 
çox vaxt at sayılır. 
Tabak tartuu – qonaqlara təqdimat. Milli xörəyin 
düzgün təqdimatı incə yanaşma, bacarıq və biliklər 
tələb edən incəsənətdir. Tabak (ət xörəyi ilə nimçə) 
–  qonağın yaşına və  mövqeyinə uyğun  olmalıdır. 
102


Baş  tabak  -  əsas  nimçə;  sıy  tabak  –  fəxri  nimçə; 
kuyoo  tabak  –  kürəkən  üçün  nimçə;  kelin  tabak 
– gəlin üçün nimçə. Tabak tartuu – sadəcə ənənə 
deyil, bu hər şeydən öncə, adətlərdən xəbərdarlıq, 
ədəb-ərkan  və  qonaqpərvərlik  qanunlarına  riayət 
deməkdir.   
Terqoo  –  qadınların  ərinin  qohumlarına 
xitabən  söylədiyi  məcazi  sözlərdir.  Məs.,  gəlin 
ərinin ən yaxın qohumlarını adbaad çağıra bilməz 
–  ədəbsizlik  sayılır.  Və  gəlin  sözləri  seçir  və  bu 
minvalla  öz  hörmətini  izhar  edir.  Bu  zaman  belə 
münasibət təkcə yaşca böyüklərə aid edilmir, habelə 
ərin kiçik qardaşına, yaxud bacısına ərz edilir. 
Otko  kiruu  –  gəlinin  ilk  dəfə  bəyin 
qohumlarının,  yaxud  qonşularının  evinə  getməsi, 
sovqatların  təqdimatı  və  yeni  ocağın  sahibəsi 
şəxsində tanınması. Bəyin valideynləri ona örpək 
hədiyyə verirlər və bu andan etibarən gəlin ümumi 
ev təsərrüfatı işlərinə qoşulmalı və özünü evindəki 
kimi duymalıdır. 
Bu  münasibətlə  müəyyən  dərəcədə  qorunub 
saxlanmış  qadının  ərinin  qohumlarından  və  ərin 
arvadının  qohumlarından  “qaçması”  ayinini  yada 
salmaq lazımdır. Qırğızca “uyat bolot” – “kimdənsə 
qaçmaq”,  “utanmaq”  deməkdir,  eyni  zamanda 
“hörmət  bəsləmək”  sözünə  sinonimdir.  Bu  adət 
özünü fərqli göstərir. Bəzən gəlinə ərinin ailəsinin 
bir neçə üzvü ilə görüşmək, ən yaxınlarını adbaad 
çağırmaq  qadağan  edilirdi.  Gəlin  saçlarını  örtən 
örpək  örtməli  idi.  Gəlinlə  qayınata  eyni  vaxtda 
yurtada bulunmamalı idilər. Gəlin qohum-əqrəbanı 
görəndə  baş  əyməli  idi.  Qayınataya  hörmət  və 
məhəbbət ən xırda detallarda təzahür edirdi. Hətta 
ona qədər ki, gəlin qayınatanın gözünün içinə dik 
baxa, kobudluq edə, sözləşə bilməzdi. Uşaqlıqdan 
təlqin edilmiş belə tərbiyə qız ərə gedəndə özünü 
göstərirdi. O, qayınatasının, qayınlarının gözünün 
içinə dikbaşlıqla baxa bilməzdi...
İlk  uşaq  anadan  olandan  sonra  bu  qadağalar 
tədricən  yumşalırdı.  Qadağaların  hamısı  gəlin 
ərinin  qohumlarından  xeyir-dua  alandan  sonra 
tamamən götürülürdü.
Xalq  arasında  deyilir:  gəlin  yaxşı  deyil, 
düşdüyü  yer  yaxşıdır.  Adətə  görə  qayınana 
narazılığını  birbaşa  gəlinin  üzünə  deməməlidir, 
sanki kimə isə ayrı adama xitabla bildirməli, gəlin 
isə mətləbi tutmalıdır. 
Çox  gözəl  mərasimlər  var.  Məs.,  gəlinin  ər 
evinə gələndə hamıya hörmətlə təzimi. Cavabında 
ərin  valideynləri  cavanlara  yaxşılıq  və  möhkəm 
ailə bəxtəvərliyi arzulayırlar. “Ağ örpək başından 
düşməsin” duası solmaz gözəllik, təvazökarlıq və 
ailə səadəti arzusu rəmzidir. Mənə bəllidir ki, məs., 
İssık-Kul vilayətində gəlinlər hələ də bu ənənəyə 
sadiqdirlər. Belə bir hadisə baş vermişdi ki, gəlin 
qəzaya düşüb xəstəxanaya aparılmışdı. Qayınanası 
onu  yoluxmağa  gələndə,  ayağa  durmağa  halı 
olmayan gəlin üzr istəyərək, təzimini qəbul etməyi 
rica ertmişdi. Minnətdar qayınana xoşbəxtliyindən 
ağlamışdı  –  gəlinin  bu  dərəcədə  diqqətcil  olması 
onu riqqətə gətirmişdi.
Sut akı – “müqəddəs ana südü haqqı”. Gələcək 
kürəkənin  ona  layiqli  arvad  doğmuş  və  tərbiyə 
etmiş  qız  anasına  minnətdarlıq  ifadəsi.  Gəlinin 
ər  evindəki  gələcək  ocağına  aparılması  qarşılıqlı 
surətdə  qudalar  tərəfindən  danışılıb  razılaşdırılır. 
Bəy  gəlinin  arxasınca  qızın  ata  evinə  gələndə, 
digər sovqatların arasında qız anası üçün nəzərdə 
tutulmuş sut akı da götürür. Bir qayda olaraq, bu ən 
dəyərli peşkəşdir – at, inək, hətta dəvə. 
Kiyit. Elçilikdən sonra gəlinin atası qudalarına 
hədiyyə  verir    və  ən  dəyərli  kiyit  (geyim  əşyası) 
bəyin atasına təqdim olunur. Ümumiyyətlə, qırğız 
adətlərinə  görə  bütün  bəxşişlər  qohumluq  və 
layiqlilik dərəcəsinə görə paylanır. Gəlin tərəfdən 
qudalar  da  öz  növbəsində  kiyit  alırlar,  ancaq 
nisbətən aşağı vəzndə.
Ooz basırık. Pis vəziyyətə düşmüş və bu barədə 
söz-söhbətin  yayılmasını  istəməyən  şəxs,  şahidə 
ooz basırık – susma rəhni verir. Qiymətli pay almış 
adamların sirri faş etməyə ixtiyarları yoxdur. Bu, 
and içməyə bərabərdir. 
Ooz tiyu – qədim, xoş qırğız ənənəsi. Hərgah 
adam evə gəlmişsə, mütləq bir fincan çay içməli, 
yaxud  ev  sahibləri  ilə  nahar  etməlidir.  Bu  ənənə 
xalqımın  mehmannəvazlığının  və  əliaçıqlığının 
daha bir isbatıdır. 
Uquzuu.  Qırğızlarda  bineyi-qədimdən  dəfnlə 
bağlı  çox  ayinlər  var  ki,  bu  gün  də  onlara  qeyd-
şərtsiz əməl olunur. Uquzuu – ölüm haqqında xəbər 
mühüm iş sanılır. Ölüm barədə söz açmağı həmişə 
möhtərəm,  ədəb-ərkan  gözləyəməyi  bacaran, 
doğmaları  və  yaxınları  ağır  xəbərə  hazırlayan, 
rəhman bir şəxsə tapşırırlar. Məs., ölən adamın son 
sözünü  –  kereezi  eşitmək  vacibdir.  Ölüm  haqda 
danışmağa  başlayanda  mətləbə  dərhal  keçmirlər. 
Söhbət uzaqdan, qeyri-birbaşa yumşaq söz ifadələri 
seçməklə gedir. Məs., “Biz onsuz qaldıq” ya da “O 
bizi tərk edib uçdu” və s.
Nooruz  –  yeni  gün.  Şərq  xalqları  Yeni  ilin 
gəlişini  martın  21-də  bayram  edir.  Burada  dərin 
fəlsəfə təzahür edir – insanın sanki qüdrətli təbiət 
qüvvəsi  önündə  təzimi.  Bu,  yenilənmiş  təbiətin 
təntənəsinin  və  bahar  gecə-gündüz  bərabərliyinin 
103


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə