Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə20/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   16   17   18   19   20   21   22   23   ...   111

Səni görüm, mütərəddidləri əmin edəsən,
Xalq quraqlığa düçar olsa, 
Səni görüm, göydən yağış kimi töküləsən,
Səni görüm, ahıllara rəhmdil olasan, 
Səni görüm, aca ayran süzəsən,
Səni görüm, qovğalıları barışdırasan,
Səni görüm, xalqın üçün xəzinə olasan,
Səni görüm, bayraqdar şərəfi görəsən,
Səni görüm, çağa üçün beşik olasan, 
Səni görüm, bəxtəvərlik üçün qapı olasan,
Səni görüm, torpaqsızlara sığınacaq olasan,
Səni görüm, sakit və xeyirxah olasan
Səni görüm, şöhrətdən çaşmayasan,
Səni görüm, daim əliaçıq olasan,
Hərgah heç nəyin yoxsa belə,
Səni görüm, şöhrətpərəstin ürəyincə olasan,
Səni görüm, tərəzinin daş-mizanı olasan,
Səni görüm, həqiqətlərin həqiqəti olasan.
Qoy mənəvi var-dövlətin tükənməsin,
Qoy sözlərin vəzndə ağır olsun,
Qoy şərəfin və ləyaqətin 
Cəmi qırğız xalqına nümunə olsun!  
Xalq  yazıçısı  Tuqelbay  Sıdıkbəyovun 
özünəməxsus nəsihətləri:
–  Dərindən  düşün,  qoy  dediklərin  hamının 
ürəyinə yatsın.
–  İşində  bitərəf  və  adil  ol,  tükü  yarıdan 
bölüb  özününkünü  də,  yadı  da  qohum  etməyə 
qadir bir insan kimi. Qoy haqq işin büdrəməsin.
– Ləyaqətin, şərəfin artıq olsun.
– Hiddətini gülüşünlə söndür... 
Bir qısa, ancaq mənalı bir öyüd var: “Eldin 
uulu  bol!”  –  “Elinin  oğlu  ol!”.  Bu  kəlam  bica 
yerə  yaranmayıb.  Əcdadlarımız  çətin  vaxtlar 
yaşayanda,  ürəklərinin  dərinliyində  möcüzə 
gözləyir,  ümid  edirdilər.  Hər  yeni  doğulmuş 
çağaya böyüyüb pəhləvan olmağı arzulayırdlar 
ki, xalqı müdafiə etməyə qadir olsun. Səxavətli 
Manas da belə bahadır şəxsində zühur etdi. 
Ənənəyə  görə  çağanın  qırxı  çıxanda  ona 
xeyir-dua  verilir.  Uşağa  xeyir-dua  oxunur, 
beşiyə qoyulur. Mütləq ad seçiləndə xoş niyyət 
arzulanır.  Gəlinə,  yol  üstündə,  köçqabağı, 
səpinqabağı,  yurta  qurmazdan  öncə,  təamdan 
sonra  verilən  xeyir-dualar  var...  Təzə  bəylə 
təzə  gəlinə  verilən  öyüd,  alqış  da  var.  Onların 
başına ağ örtük salır və deyirlər: qoy bu örtük 
sizə uğur gətirsin, qoy həyatınız birgə gül açsın, 
çiçək açsın.  
Ənənələrə 
zidd 
olan 
valideynlərə 
hörmətsizlik, kobudluq əvəzində atanın yaman 
sözü (ola bilsin, qarğış-nifrini) kimi cəza növü 
vardır ki, o bağışlanıb geri götürülmür.  
Torobəyov S.S. “Tələbələr təcrübə zamanı”. Kətan, yağlı boya, 47 x 60.
51


Xalq əlamətləri haqqında
Qocaların  dediyinə  görə  yer  üzündə  canlı 
nə  varsa,  torpaqdan,  sudan,  oddan  və  havadan 
yaranıb. Yalnız iki tövr xəstəlik olur: ruhi və cismi 
xəstəlik.  Ruhi  azar  göz-nəzərdən,  cadudan  əmələ 
gəlir. Belə azar-bezara ən çox balaca uşaqlar düçar 
olur. Körpə – hələ insana çevrilməmiş mələkdir və 
adamların dünyasında zərif və köməksiz bulunur. 
Çox rahatlıqla ona saxta tərif, bəd söz, həta sadəcə 
qibtəli baxışlarla gözə gətirmək mümkündür, ona 
görə  anaya  40  gününə  qədər  çağanı  evin  yaxın 
adamlarından və ailə üzvlərindən savayı heç kəsə 
göstərməmək,  adamlar  yığılmış  tünlük  yerlərə, 
bayramlara aparmamaq tövsiyə olunur. 
Qırğızlar  əvvəl  də,  indi  də  göz-nəzəri 
deyimlərlə, tilsimlərlə, lövhlərlə çıxarırlar. Bundan 
ötrü  təmiz  su  ilə  dolu  cam  istifadə  olunur.  Camı 
uşağın başının üstündə hərləyir, lövh oxuyurlar:
          Səhərki nəzər axşam çıxsın,
          Axşamkı nəzər səhər çıxsın,
          Möhkəm axan çay suları  
          Aparsın nəzəri uca dağlara...
Sonra suyu adam ayağı dəyməyən yerə tökür 
və hesab edirlər ki, bəd-nəzər su ilə götürülmüşdür.
Bir  çox  qırğız  çağalarının  biləklərində 
ağ  “göz”lü  qara  gözmuncuğu  görmək  olar. 
Gözmuncuğu  göz-nəzərdən  qoruyur.  Çox  vaxt 
uşağın  boynuna  taxılan,  ya  da  paltarına  tikilən 
amuletdən  –  tumardan  da  istifadə  olunur.  Xalq 
arasında  inanırlar  ki,  təzə  doğulmuş  çağanın 
əllərində  qan  vardısa,  böyüyəndə,  qorxmaz 
igidlərdən  olacaq.  Uşaq  ölümü  barədə  məcazi 
mənada  söylənilir  –  sanki  quşa  dönərək  “uçub”. 
Ümumiyyətlə,  qırğızların  yaxınları  rəhmətə 
gedəndə, heç kəs dilinə gətirmir, sadəcə deyirlər ki, 
ağır xəstə yatır.  
Qırğız  adətlərinə  görə,  ağsaqqalın,  yainki  bir 
neçə  adamın  yanından  ötüb  keçən  adam  onları 
tanımasa  belə,  ayaq  saxlayıb  salamlaşmalıdır. 
Bununla da yolçu həmin obaların əhlinə hörmətini 
izhar edir. 
Qırğızların  bir  sıra  məclis  mərasimi  var. 
Bilicilər ət xörəkləri ilə əlaqədar kult səviyyəsinə 
qaldırılmış  onlarla  adət  sadalaya  bilərlər.  Məs., 
heyvanı  kəsməzdən  əvvəl  mütləq  ondan  əfv 
olunmaq  diləyər,  deyərdilər:  “Sənin  günahın 
yoxdur,  mənim  yeməyim”  və  s.  Bu  gün  belə 
ayinlərin  çoxu  gündəmdədir.  Hörmət  əlaməti 
kimi qonağa ən yaxşı yeri – toru və ətin ən yaxşı 
hissəsini  təklif  edirlər.  Məs.,  masa  arxasında 
qoyunu 12 ləziz hissəyə bölürlər ki, onların da hər 
biri öz əhəmiyyətinə malikdir.
Görüşəndə  əl  vermək  etiketi  də  mövcuddur. 
Birinci əlini yaşca kiçik verir. Hərgah qarşınızdakı 
çox  möhtərəm  adam,  yaxud  ağsaqqaldırsa,  onun 
ovcunu  ikiəlli  sıxmaq  vacibdir.  Kişilər,  yaxın 
dostlar çiyin-çiyinə qucaqlaşır, qadınlar qucaqlarını 
yüngülcə  açırlar.  Kişilər  qadınlarla  görüş  zamanı 
birinci  salamlaşır,  qadın  isə  cavabında  yüngülcə 
təzim edə, yainki sadəcə başını tərpədə bilər. 
Hələ  bineyi-qədimdə  qırğızlarda  gənclərin 
tərbiyəsinin  xalq  ənənələri  qəbul  olunmuşdur. 
Qırğız  Milli  Elmlər  Akademiyasının  akademiki 
A.E.İzmaylov  bu  barədə  əsərlərində  yazır:  “...
qırğızlar  –  həqiqətən  əsrlər  boyu  gənc  nəsilləri 
52


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə