Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə79/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   75   76   77   78   79   80   81   82   ...   93

 
254
 
nizamnamələrində göstərilən məqsəd və vəzifələrin həyata keçirilməsi 
üsullarını və formalarını müəyyənləşdirmək; 
kitabxana fondunun komplektləşdirmə  mənbələrini müəyyənləş-
dirmək; 
köhnəlmiş  və ya yararsız hala düşmüş kitabları qanunvericilikdə 
müəyyən olunmuş qaydada kitabxananın fondundan çıxarmaq; 
fiziki və hüquqi şəxslər tərəfindən kitabxanaya dəymiş ziyanın 
ödənilməsini qanunvericilikdə müəyyən olunmuş qaydada tələb etmək; 
kitabxana birliklərinin yaradılmasında iştirak etmək; 
beynəlxalq kitabxana təşkilatları ilə  əlaqə yaratmaq, kitabxana, 
biblioqrafiya və informasiya sahəsində keçirilən tədbirlərdə iştirak etmək. 
 
Maddə 22. Kitabxanaların vəzifələri 
Kitabxanalar oxucuların mədəniyyət təsisatları və mədəni sərvətlərdən 
istifadə etmək hüquqlarını, habelə  məlumat  əldə etmək azadlığını  təmin 
etməli, onların kitabxana fondlarından tam istifadə etməsi üçün hər cür 
şərait yaratmalıdırlar. 
 
Maddə 23. Kitabxanalardan istifadə sahəsində oxucuların hüquq 
və vəzifələri 
Azərbaycan Respublikasında hər kəsin kitabxanalardan istifadə etmək 
hüququ vardır. 
Kitabxanalardan istifadə qaydaları 
və göstərilən xidmətlər 
kitabxanaların nizamnamələri və müvafiq normativ hüquqi aktları ilə 
müəyyənləşdirilir. 
Oxucuların kitabxanalardan istifadə hüquqlarını  məhdudlaşdırmaq 
qadağandır. 
Oxucular kitabxanalardan istifadə qaydalarına  əməl etməli, kitab 
fonduna qayğı ilə yanaşmalı, çap materiallarının və digər vəsaitlərin 
itirilməsinə və ya yararsız hala salınmasına yol verməməlidirlər. 
 
  
 
 
 
 
 
 


 
255
V fəsil 
KİTABXANA İŞİNİN İDARƏ OLUNMASI 
 
Maddə 24. Kitabxana işinə dövlət idarəetməsi 
Azərbaycan Respublikasmda kitabxana işinə dövlət idarəetməsi 
müvafiq icra hakimiyyəti orqanları tərəfmdən həyata keçirilir. 
 
Maddə 25. Kitabxana işində ictimaiyyətin iştirakı 
Dövlət və qeyri-dövlət orqanları, kitabxana işi sahəsində ictimai 
birliklər, hüquqi və fiziki şəxslər, kitabxana fondlarının 
zənginləşdirilməsi, oxuculara xidmət işinin təkmilləşdirilməsi
kitabxanaçılıq proqramlarının və  tədbirlərinin hazırlanması  və  həyata 
keçirilməsində iştirak edirlər. 
 
Maddə 26. Kitabxana işinin elmi-metodik və kadr təminatı 
Mülkiyyət formasından asılı olmayaraq kitabxanaların elmi-metodik 
təminatı Milli Kitabxana və elmi-metodik mərkəz statusuna malik olan 
kitabxanalar tərəfindən həyata keçirilir. 
Elmi-metodik mərkəz statusuna malik olan kitabxanalar ki-
tabxanaşünaslığa, biblioqrafiyaya və informasiyaya dair metodik 
materiallar nəşr edir, kitabxanaçılıq nəzəriyyəsi və  təcrübəsində 
mütərəqqi iş üsullarını ümumiləşdirib tətbiq edir, kadrların ixtisasının 
artırılmasını təmin edir. 
Kitabxanaların kadr təminatında müvafiq peşə-ixtisas təhsili olan 
şəxslərə üstünlük verilir. Müstəsna hallarda müvafiq peşə-ixtisas təhsili 
olmayan, ancaq yüksək təcrübəyə və kitabxanada çoxillik iş stajına malik 
olan mütəxəssislər də kitabxanada işləyə bilərlər. 
 
Maddə 27. Kitabxanalarm maliyyələşdirilməsi 
Dövlət kitabxanaları  və büdcədən maliyyələşdirilən təşkilatların 
tabeçiliyində olan kitabxanalar dövlət büdcəsi vəsaitləri, hüquqi və fiziki 
şəxslərin könüllü ayırmaları  və qanunvericilikdə qadağan olunmayan 
digər mənbələr hesabına maliyyələşdirilir. 
Dövlət kitabxanaları maliyyələşdirilərkən büdcədən kitab fondlarının 
komplektləşdirilməsinə yönəldilən vəsait ayrıca maddədə göstərilməli və 
bu vəsait müntəzəm olaraq artırılmalı- 
  
 
 


 
256
dır. Ayrılmış  vəsait kitabxanaların sərəncamında qalır və onların 
nizamnamə  fəaliyyətini həyata keçirmək üçün istifadə edilir. İdarə, 
müəssisə  və  təşkilatların, habelə ictimai birliklərin kitabxanaların 
təsisçilərinin vəsaitləri hesabına maliyyələşdirilir. 
 
Maddə 28. Dövlət kitabxanalarının büdcədənkənar vəsaitləri 
Dövlət kitabxanalarının işinin genişləndirilməsi, maddi-texniki 
bazasının möhkəmləndirilməsi və  əməyin stimullaşdırılması  məqsədilə 
nizamnamələrində göstərilən qaydada təsərrüfat fəaliyyəti və pullu 
xidmət əsasında büdcədənkənar fondlar formalaşdırılır. 
Dövlət kitabxanalarında pullu xidmət yalnız  əlavə  əmək sərfi təl
əb 
edən və müvafiq icra hakimiyyəti orqanı  tərəfindən müəyyənləşdirilən 
xüsusi xidmət növlərinə aid edilir. 
 
Maddə 29. Kitabxanaların inkişaf fondu 
Kitabxanalarn maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə 
dövlət və qeyri-dövlət inkişaf fondları  təsis edilə bilər. Bu fondlar 
təsisçilərin payları, hüquqi və fiziki şəxslərin könüllü ayırmaları, 
qanunvericilikdə müəyyən olunmuş qaydada keçirilən lotereya v
ə digər 
məqsədli kommersiya tədbirlərindən daxil olan vəsaitlər hesabına 
yaradılır. 
 
Maddə 30. Kitabxanaların maddi-texniki təchizatı 
Kitabxanalar kitab fondunun saxlanması  və oxuculara xidmət etmək 
üçün xüsusi layihə ilə tikilmiş binalarla və kitabxana işini 
avtomatlaşdırmaq üçün zəruri vasitələrlə təmin edilməlidirlər. 
 
Maddə 31. Kitabxanaların əmlakı və təsərrüfat fəaliyyəti 
Kitabxana onun mülkiyyətində olan və ya idarəçiliyinə verilmiş 
əmlakdan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 
istifadə edir. 
Xidmət fəaliyyətini genişləndirmək məqsədilə dövlət kitabxanalarına 
torpaq sahələri və əlavə binalar ayrıla bilər. 
Kitabxanalar qanunvericilikdə müəyyən olunmuş qaydada 
nizamnamələrinə uyğun olaraq təsərrüfat fəaliyyəti ilə məşğul  
  
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə